Azərbaycan millisinin sabiq baş məşqçisi: "Son oyunlar göstərdi ki, “Neftçi” əvvəlki əzəmətini qaytarır"

Azərbaycan millisinin sabiq baş məşqçisi: "Son oyunlar göstərdi ki, “Neftçi” əvvəlki əzəmətini qaytarır"

Son oyunlar göstərdi ki, “Neftçi” əvvəlki əzəmətini qaytarır.

Bunu “Report”a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri, Azərbaycan millisinin və “Neftçi”nin sabiq baş məşqçisi Vaqif Sadıqov Misli Premyer Liqasının XXIII turunda baş tutan "Neftçi" - “Qarabağ” matçını dəyərləndirərkən deyib.

Mütəxəssis “Neftçi”nin oyuna daha fəal başladığını vurğulayıb:

“Əsl derbinin şahidi olduq. Hər iki komanda bizə futbol bayramı bəxş etdi. Onu da xüsusi qeyd etmək lazımdır ki, azarkeşsiz bayram olmur. Bunun da şahidi olduq. Stadion dolmuşdu. Futbola rəng qatan, bayramı gözəl edən azarkeşlərdir. “Neftçi” oyuna fəal və çox yaxşı başlamışdı. Fikrimcə, “Qarabağ”ın futbolçusu qırmızı vərəqə ilə cəzalandırıldıqdan sonra “Neftçi” daha çox dominant futbol oynamağa çalışdı. Başqa çıxış yolu da qalmamışdı. Sona qədər bərabər səviyyəli oyunun şahidi olduq və nəticəyə təsir edən keyfiyyət ortaya çıxdı. “Qarabağ” keyfiyyətcə üstün olduğu üçün qələbə qazandı”.

O, “Neftçi”nin əvvəlki əzəmətini qaytardığını bildirib:

“Gərgin və maraqlı oyun olacağını demişdim. Elə gözlənilən şəkildə də keçdi. Son oyunlar göstərdi ki, “Neftçi” əvvəlki əzəmətini qaytarır. Komanda ruhu, oyun intizamı var. Futbolçuların hər birini tanıyırıq. Son oyunlarda oturuşmuş heyət formalaşıb. Bu da önəmli amildir. Komanda doğma azarkeşlər önündə yaxşı futbol göstərməklə müsbət nəticə əldə etmək istəyirdi. “Neftçi”nin həmişə yüksək pillələr uğrunda mübarizə aparmasına öyrəşmişik. Komandanın çempionatın lideri “Qarabağ”la oyunda nəyə qadir olduğunu görmək çox maraqlı idi. Bundan əlavə, kubokda yoluna davam edən “Neftçi” belə rəqibə qarşı yaxşı oyun sərgiləməklə həm də psixoloji üstünlük əldə edir. Bu da istədikləri nəticəni qazanmaq üçün şansdır”.

Qeyd edək ki, "Neftçi Arena"da keçirilən qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Futbol
"Qarabağ" – "Olimpiakos" oyununu ingiltərəli hakimlər idarə edəcək

"Qarabağ" – "Olimpiakos" oyununu ingiltərəli hakimlər idarə edəcək

Futbol
DÇ-2022-də tarixi uğur qazanan yığma Afrika Millətlər Kubokuna qatılmayacaq

DÇ-2022-də tarixi uğur qazanan yığma Afrika Millətlər Kubokuna qatılmayacaq

Futbol
UEFA Avropa çempionatı iştirakçılarının sayını artırmaqdan imtina edib

UEFA Avropa çempionatı iştirakçılarının sayını artırmaqdan imtina edib

Futbol
"Neftçi"nin sabiq prezidenti Serbiya millisinin oyununa təyinat alıb

"Neftçi"nin sabiq prezidenti Serbiya millisinin oyununa təyinat alıb

Futbol
"Marsel" - "Sportinq" oyunu tıxac səbəbindən gec başlayıb

"Marsel" - "Sportinq" oyunu tıxac səbəbindən gec başlayıb

Futbol
"Qarabağ"ın rəqibi "Qalatasaray"ın hücumçusunu birfədəlik transfer edir

"Qarabağ"ın rəqibi "Qalatasaray"ın hücumçusunu birfədəlik transfer edir

Futbol
"Nant"ın baş məşqçisi: "Mərhələni "Qarabağ" da keçsəydi, məyus olmazdıq"

"Nant"ın baş məşqçisi: "Mərhələni "Qarabağ" da keçsəydi, məyus olmazdıq"

Futbol
KİV: Ronaldu “Napoli”-yə keçir

KİV: Ronaldu “Napoli”-yə keçir

Futbol
"Turan Tovuz"un futbolçusu meydanı xərəkdə tərk edib

"Turan Tovuz"un futbolçusu meydanı xərəkdə tərk edib

Futbol
Pele ailə üzvləri ilə vidalaşıb

Pele ailə üzvləri ilə vidalaşıb

Futbol
"Araz Naxçıvan"ın baş məşqçisi: "Ciddi sürpriz olmadı"

"Araz Naxçıvan"ın baş məşqçisi: "Ciddi sürpriz olmadı"

Futbol
"Turan Tovuz"un futbolçusu CAR millisinə çağırılıb

"Turan Tovuz"un futbolçusu CAR millisinə çağırılıb