Zeynəb Məmmədyarova: “Təcrübəm matçı heç-heçə bitirməyimə kömək etdi”

Zeynəb Məmmədyarova: “Təcrübəm matçı heç-heçə bitirməyimə kömək etdi”

Təcrübəm matçı heç-heçə bitirməyimə kömək etdi.

“QELEBE.AZ” xəbər verir ki, bunu şahmat üzrə Azərbaycan çempionatının 1/8 finalında Ayan Allahverdiyeva ilə ikinci görüşdən (0,5:0,5) sonra növbəti mərhələyə vəsiqə qazanan Zeynəb Məmmədyarova federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Qrossmeyster rəqibinin güclü olduğunu vurğulayıb:

“Rəqibim çox güclü şahmatçıdır. Son illərdə yüksək performans göstərir. Milliyə namizəddir. Mən isə son illərdə işlərimlə əlaqədar şahmata çox vaxt ayıra bilmirəm. Buna baxmayaraq, təcrübəmdən istifadə edərək üstünlük qazandım. Gərgin seytnot vəziyyətinə düşməyimə baxmayaraq, düşünürəm ki, təcrübəm matçı heç-heçə bitirməyimə kömək etdi”.

Şahmatçı 1/4 finaldakı şanslarını dəyərləndirib:

“1/4 finalda rəqiblər çox güclü olacaq. Əslində hər rəqib güclüdür. İlk turdakından da güclü rəqiblə qarşılaşacağam. Ülviyyə Fətəliyeva ilə indiyə qədər olan oyunlarda nəticələrimə baxsaq, düşünürəm ki, xal üstünlüyü məndədir. Bir mərhələ adladıq. Hər ikimiz növbəti mərhələyə hazırlaşacağıq”.

O, oyun üslubunu bəyəndiyi şahmatçının adını çəkib:

“Qızlardan Xanım Balacayevanın oyun üslubu xüsusən xoşuma gəlir. Çox enerji itirmədən partiyaları yekunlaşdırır. Əlbəttə, daha yüksək reytinqli şahmatçılar da var. Fikrimcə, belə yarış sistemi ilə Xanım daha rahat oynaya bilər”.

Qeyd edək ki, Zeynəb Məmmədyarova iki oyunun nəticəsinə görə Ayan Allahverdiyevanı 1,5:0,5 hesabı ilə məğlub edib. O, 1/4 finalda Ülviyyə Fətəliyeva ilə qarşılaşacaq.

Fərdi
Azərbaycanın sərbəst güləşçisi dünya çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın sərbəst güləşçisi dünya çempionatının yarımfinalına yüksəlib

Fərdi
Eldəniz Əzizli: "Paris-2024-də iştirak etmək üçün çəkimi dəyişəcəyəm"

Eldəniz Əzizli: "Paris-2024-də iştirak etmək üçün çəkimi dəyişəcəyəm"

Fərdi
Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

Fərdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabat konfransı keçirilib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabat konfransı keçirilib

Fərdi
Rafiz Həsənov Moskvada Ermənistanın ən yaxşı karateçisinə qalib gəlib

Rafiz Həsənov Moskvada Ermənistanın ən yaxşı karateçisinə qalib gəlib

Fərdi
Dünya çempionatı: Hacı Əliyev bu gün mübarizəyə başlayır

Dünya çempionatı: Hacı Əliyev bu gün mübarizəyə başlayır

Fərdi
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB

Fərdi
Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Fərdi
Bakıda Böyük Dəbilqə turnirinin təntənəli açılış mərasimi keçirilib

Bakıda Böyük Dəbilqə turnirinin təntənəli açılış mərasimi keçirilib

Fərdi
UFC: Nəriman Abbasov iddiaçılar turnirində uduzub

UFC: Nəriman Abbasov iddiaçılar turnirində uduzub

Fərdi
Avropa çempionatının ikinci günü Azərbaycan cüdoçuları üçün uğursuz olub

Avropa çempionatının ikinci günü Azərbaycan cüdoçuları üçün uğursuz olub

Fərdi
Azərbaycan güləşçisi: "Zədə mənə problem yaradırdı"

Azərbaycan güləşçisi: "Zədə mənə problem yaradırdı"