Azərbaycan millisinin baş məşqçisi: "Yunanıstan və İsveçlə olan oyunlar bizim üçün final seriyasıdır"

Azərbaycan millisinin baş məşqçisi: "Yunanıstan və İsveçlə olan oyunlar bizim üçün final seriyasıdır"

Yunanıstan və İsveçlə olan oyunlar bizim üçün final seriyasıdır.

"QELEBE.AZ" xəbər verir ki, bunu Azərbaycanın futzal millisinin baş məşqçisi Vitali Borisov deyib.

Federasiyanın mətbuat xidmətinə açıqlama verən mütəxəssis yığmanın AVRO-2026-nın əsas mərhələsində Yunanıstana qarşı keçirəcəkləri oyun barədə danışıb:

“Xorvatiya səfərindən sonra uşaqlarda yorğunluq olduğuna görə, bir qədər istirahət verdik. Bakıya döndükdən sonra iki məşqimiz oldu. Komanda olaraq məğlubiyyəti unutmalı, Yunanıstanla görüşə köklənməliyik. Çünki qarşıdakı 3 oyun – Yunanıstanla iki, İsveçlə səfərdəki görüş bizim üçün final seriyasıdır. Xüsusilə də sabahkı matç çox vacibdir".

O, heyətdə bir sıra dəyişikliklərin edildiyini söyləyib:

!Bakıya döndükdən sonra heyətdə bir dəyişiklik etmişik. İlham Alıyevin əvəzinə Seymur Məmmədovu komandaya dəvət etdik. Seymur zədəsini sağaldıb. O, daha təcrübəli futzalçıdır və müdafiədə bizə çox kömək edə bilər. Heyətimizdə müdafiəçilərin sayı azdır. İlham gəncdir, perspektivli futzalçıdır, onun da xidmətindən digər matçlarda istifadə edəcəyik.

Yunanıstanın oyununu analiz etmişik. Zəif və güclü tərəflərini gördük, uşaqlara necə oynamalı olduqlarını başa saldıq. Nə dərəcədə alınacaq, bunu sabahkı matçda görəcəyik”.

Qeyd edək ki, yığma AVRO-2026-nın əsas mərhələsində sabah Yunanıstanla qarşılaşacaq. V qrupun oyunu saat 20:00-da Bakı İdman Sarayında baş tutacaq.

Komanda
Emin Əmrullayev cəzaçəkmə müəssisəsində olub

Emin Əmrullayev cəzaçəkmə müəssisəsində olub

Komanda
Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Komanda
Atıcılıq üzrə “Zəfər Kuboku” başlayıb

Atıcılıq üzrə “Zəfər Kuboku” başlayıb

Komanda
Yüksək Liqa: "Murov" mövsümə qələbə ilə başlayıb

Yüksək Liqa: "Murov" mövsümə qələbə ilə başlayıb

Komanda
Beynəlxalq Paralimpiya Komitəsi Rusiya və Belarusun üzvlüyünü dayandırıb

Beynəlxalq Paralimpiya Komitəsi Rusiya və Belarusun üzvlüyünü dayandırıb

Komanda
Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Komanda
Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı bəlli olub

Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı bəlli olub

Komanda
Azərbaycan Voleybol Federasiyası 5 əcnəbi mütəxəssislə danışıq aparır

Azərbaycan Voleybol Federasiyası 5 əcnəbi mütəxəssislə danışıq aparır

Komanda
AVRO-2023: Azərbaycan voleybol yığması bu gün Avstriyanı qəbul edəcək

AVRO-2023: Azərbaycan voleybol yığması bu gün Avstriyanı qəbul edəcək

Komanda
Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulub

Komanda
Azərbaycanın voleybol millisinin Avropa çempionatında oyunlarının vaxtı bəlli olub

Azərbaycanın voleybol millisinin Avropa çempionatında oyunlarının vaxtı bəlli olub

Komanda
Azərbaycan millisinin üzvü Macarıstan çempionatının ən yaxşı legioneri olub

Azərbaycan millisinin üzvü Macarıstan çempionatının ən yaxşı legioneri olub