AMADA Avropa Şurasının Antidopinq Konvensiyasının iclasında təmsil olunub

AMADA Avropa Şurasının Antidopinq Konvensiyasının iclasında təmsil olunub

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Avropa Şurasının Antidopinq Konvensiyasının Uyğunluq üzrə Məsləhətçi Qrupunun iclasında təmsil olunub.

Bu barədə "QELEBE.AZ"a AMADA-nın mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə ölkəni qurumun aparıcı hüquqşünası Nicat Əmiraslanlı təmsil edib.

Müxtəlif ölkələrdən mütəxəssislər və nümayəndələrin bir araya gəldiyi toplantıda antidopinq sahəsindəki ən son məsələlər və gələcək fəaliyyətə dair vacib qərarların qəbul olunması müzakirə edilib.

Tədbirin ilk günündə Avropa Şurasının Antidopinq Konvensiyasına tərəf olan dövlətlər tərəfindən həmin Konvensiyaya uyğunluğun təmin edilib-edilməməsinin yoxlanılması məqsədilə əvvəlki illərdə Gürcüstan, Bosniya və Herseqovina, Moldova və Avstriya kimi üzv dövlətlərdə həyata keçirilmiş qiymətləndirmə səfərlərinə dair tərtib olunmuş hesabatlar və 2025-ci il ərzində həyata keçiriləcək yeni yoxlamalara dair razılıq əldə edilməsi üçün fikir mübadiləsi aparılıb.

Cari il ərzində Konvensiyaya qoşulmuş altı ölkəyə - Kanada, Türkiyə, Monako, Mərakeş, Lixtenşteyn, Şimali Makedoniyaya qiymətləndirmə səfərləri təşkil olunacağı təsdiqlənib. Həmçinin arzu edən dövlətlərin öz ekspertlərini növbəti illərdə təşkil olunacaq qiymətləndirmələrə cəlb edə biləcəyi elan edilib. Mövcud plana əsasən, Azərbaycanın Konvensiyaya uyğunluğunun müəyyən edilməsi məqsədilə Avropa Şurası tərəfindən növbəti səfərin 2032-ci ildə həyata keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, bu məqsədlə Azərbaycana son səfər 2018-ci ildə təşkil edilib.

Tədbirin ikinci günündə Birləşmiş Krallığın milli antidopinq qurumu (UKAD) tərəfindən hazırlanmış və üzv dövlətlərin illik hesabatlarında əks olunmuş məlumatları özündə əks etdirən Dinamik Panel ekspertlərə təqdim edilib. Dinamik Panel sayəsində artıq istifadəçilər istənilən üzv dövlətin 2022-2023-cü illər üzrə həyata keçirdikləri antidopinq fəaliyyəti ilə əyani şəkildə tanış ola və istədikləri ölkələri seçməklə nəticələri müqayisə edə bilərlər.

Ümumdünya Antidopinq Agentliyi (WADA) ilə əməkdaşlıq məsələləri, Ümumdünya Antidopinq Məcəlləsinə Uyğunluq üzrə Beynəlxalq Standarta dəyişikliklərlə bağlı təkliflərin müzakirəsi ilə davam edən iclas öz işini milli antidopinq qurumlarının uyğunluq sahəsində üzləşdikləri problemlərin həlli məqsədilə texniki və hüquqi dəstək təklif edilməsi ilə yekunlaşdırıb.

İclasın beynəlxalq əməkdaşlığın inkişafına, antidopinq qanunlarına uyğunluğun təmin edilməsinə və təmiz idman mühitinin yaradılmasına böyük töhfə verməklə yanaşı, gələcək fəaliyyət üçün strategiyanın müəyyən edilməsinə yeni imkanlar açacağı gözlənilir.

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala çıxa bilməyib

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala çıxa bilməyib

Fərdi
"Mingəçevir Reqatası"na qatılacaq ölkələr bəlli olub

"Mingəçevir Reqatası"na qatılacaq ölkələr bəlli olub

Fərdi
Gürcüstanlı şahmatçı Şuşadakı beynəlxalq turnirdə iştirak edəcək

Gürcüstanlı şahmatçı Şuşadakı beynəlxalq turnirdə iştirak edəcək

Fərdi
Rauf Məmmədov: "Vüqar Həşimov Memorialı-2022" maraqlı idman mübarizəsi vəd edir"

Rauf Məmmədov: "Vüqar Həşimov Memorialı-2022" maraqlı idman mübarizəsi vəd edir"

Fərdi
Hans Nimann Karlseni məhkəməyə verib

Hans Nimann Karlseni məhkəməyə verib

Fərdi
Rafael Nadal burnunu sındırıb

Rafael Nadal burnunu sındırıb

Fərdi
Dünya çempionu: "Azərbaycan üçün fantastik nəticədir"

Dünya çempionu: "Azərbaycan üçün fantastik nəticədir"

Fərdi
Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub

Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha 2 cüdoçusu medalsız qalıb

Dünya çempionatı: Azərbaycanın daha 2 cüdoçusu medalsız qalıb

Fərdi
Azərbaycan taekvondoçuları Niderland çempionatında iştirak edəcəklər

Azərbaycan taekvondoçuları Niderland çempionatında iştirak edəcəklər

Fərdi
AKAF məşqçilər üçün seminarlar təşkil edəcək

AKAF məşqçilər üçün seminarlar təşkil edəcək

Fərdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular açıqlanıb

Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular açıqlanıb