Azərbaycan millisinin meneceri: “Ölkəmizdə qar voleybolu üzrə beynəlxalq yarışların keçirilməsi mümkündür”

Azərbaycan millisinin meneceri: “Ölkəmizdə qar voleybolu üzrə beynəlxalq yarışların keçirilməsi mümkündür”

Azərbaycanda qar voleybolu üzrə beynəlxalq yarışların keçirilməsi mümkündür.

Bunu “Report”un Şahdağa ezam olunan əməkdaşına açıqlamasında çimərlik və qar voleybolu üzrə milli komandaların meneceri Orxan Hüseynzadə deyib.

O, Azərbaycanda ilk dəfə keçirilən qar voleybolu üzrə ölkə çempionatı haqqında danışıb:

“Bu işlərə ötən ilin dekabrında başladıq. Millini Şahdağ Turizm Mərkəzinə təlim-məşq toplanışına gətirdik. Burada hər cür şərait var və bizə yalnız düzgün işləmək qalır. Azərbaycanda qar voleybolunu inkişaf etdirməyə çalışırıq. Məqsəd yerli voleybolçuların aşkarlanması və milliyə güclü oyunçuların cəlb olunmasıdır. Zaman keçdikcə komandaların sayını artıracağıq. Qar voleybolu digər növlərə nisbətən fərqlidir. Zədə ehtimalı daha çoxdur. Hava amili var, voleybolçular demək olar ki, buzun üzərində oynayırlar. Bunlar hamısı təsiredici amillərdir. Amma dünyada bu idman növü varsa, niyə bizdə də olmasın?”

Menecer planda Avropa çempionatında iştirak etmək olduğunu da bildirib:

“Qar voleybolunda klub yarışları yoxdur. Yalnız milli səviyyəsində oyunlar olur. Hazırda planımızda var ki, Avropa çempionatında iştirak edək. Bəzi məsələlər dəqiqləşdirilməlidir. Həm də gediriksə, yaxşı nəticə qazanmalıyıq”.

O.Hüseynzadə Azərbaycanda beynəlxalq yarışların keçirilə biləcəyini də vurğulayıb:

“Azərbaycanda beynəlxalq yarışların keçirilməsi mümkündür. Perspektivdə bu var. Hətta Avropa çempionatının keçirilməsi üçün ilkin müraciət də ünvanlamışdıq. Təbii ki, bu barədə Avropa Voleybol Konfederasiyası qərar verəcək”.

Komanda
Azərbaycan millisinin basketbolçusu NBA məktəbinə qəbul olub

Azərbaycan millisinin basketbolçusu NBA məktəbinə qəbul olub

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda 1/16 finala yüksəlib

Azərbaycan təmsilçisi Çağırış Kubokunda 1/16 finala yüksəlib

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokuna darmadağınla başlayıb

Azərbaycan təmsilçisi Çağırış Kubokuna darmadağınla başlayıb

Komanda
Basketbol üzrə dünya çempionatında yarımfinalçılar bəlli olub

Basketbol üzrə dünya çempionatında yarımfinalçılar bəlli olub

Komanda
Çağırış Kuboku: "Azərreyl" darmadağınla mərhələ adlayıb

Çağırış Kuboku: "Azərreyl" darmadağınla mərhələ adlayıb

Komanda
Avropa çempionatı: Azərbaycanın voleybol yığmasının rəqibləri bu tarixdə bilinəcək

Avropa çempionatı: Azərbaycanın voleybol yığmasının rəqibləri bu tarixdə bilinəcək

Komanda
Azərbaycan Basketbol Liqasında iştirak edəcək klublar bəlli olub

Azərbaycan Basketbol Liqasında iştirak edəcək klublar bəlli olub

Komanda
Azərbaycanın voleybol yığması bu gün final mərhələsinə vəsiqə qazana bilər

Azərbaycanın voleybol yığması bu gün final mərhələsinə vəsiqə qazana bilər

Komanda
Azərbaycanın həndbol millisi Bakıda keçirilən təsnifat turnirinə qələbə ilə başlayıb

Azərbaycanın həndbol millisi Bakıda keçirilən təsnifat turnirinə qələbə ilə başlayıb

Komanda
Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Komanda
Azərbaycan Basketbol Liqasında XII tura start verilib

Azərbaycan Basketbol Liqasında XII tura start verilib

Komanda
"Murov" klubu Polşaya yollanıb

"Murov" klubu Polşaya yollanıb