"Neftçi"nin futbolçusu: "FCSB üçün Bakıda "Qarabağ"la heç-heçə etmək belə çətin olacaq"

"Neftçi"nin futbolçusu: "FCSB üçün Bakıda "Qarabağ"la heç-heçə etmək belə çətin olacaq"

"Qarabağ" normal səviyyədə oynasa, FCSB üçün heç-heçə etmək belə çətin olacaq.

"QELEBE.AZ"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Yuri Matias Azərbaycan və Rumıniya təmsilçiləri arasında Bakıda keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin matçı ilə bağlı "Prosport.ro" saytına müsahibəsində deyib.

29 yaşlı müdafiəçi görüşün qonaqlar üçün çətin keçəcəyini bildirib:

"FCSB də Avropada yaxşı oyun sərgiləyir. Amma bilməlidirlər ki, burada onları asan qarşılaşma gözləmir. "Qarabağ" son 10 ildə Avropada adından söz etdirib. Ölkənin ən tarixi, böyük klubu "Neftçi"dir, lakin son dönəmlərdə rəqibimiz dominantlıq edir. Bir çox oyunçuları 5-6 ildir ki, birlikdədirlər. Baş məşqçiləri 17 ildir ki, işinin başındadır. Meydana kimin çıxmasından asılı olmayaraq, bütün futbolçular nə etməli olduqlarını bilirlər".

Y.Matias Ağdam təmsilçisinin bir neçə oyunçusunu xüsusi fərqləndirib:

"Azərbaycanda çıxış edən ən yaxşı futbolçu Olavio Juninyo idi. O da "Qarabağ"dan getdi. Amma burada yaxşı oyunçular çoxdur. Abdullah Zubir, Julio Romao və Marko Yankoviç kollektivdə mühüm rol oynayırlar".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.

Futbol
"Araz-Naxçıvan"ın oyunlarının təqvimi bəlli olub

"Araz-Naxçıvan"ın oyunlarının təqvimi bəlli olub

Futbol
Xorvatiya yığmasının futbolçusu 4 il müddətinə diskvalifikasiya olunub

Xorvatiya yığmasının futbolçusu 4 il müddətinə diskvalifikasiya olunub

Futbol
"Olimpiakos" "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

"Olimpiakos" "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

Futbol
PFL stadionlardakı projektor problemini həll etmək istəyir

PFL stadionlardakı projektor problemini həll etmək istəyir

Futbol
Qvineyaya Millətlər Kubokuna ev sahibliyi etmək qadağan olunub

Qvineyaya Millətlər Kubokuna ev sahibliyi etmək qadağan olunub

Futbol
Samuel Eto əlcəzairli yutuberin sifətinə təpiklə zərbə vurub

Samuel Eto əlcəzairli yutuberin sifətinə təpiklə zərbə vurub

Futbol
"Qarabağ"ın kapitanı "İdman ustası" fəxri adına layiq görülüb

"Qarabağ"ın kapitanı "İdman ustası" fəxri adına layiq görülüb

Futbol
Ülvi İsgəndərov: “Komanda yoldaşlarım mənə “Semih Şentürk” deyirlər”

Ülvi İsgəndərov: “Komanda yoldaşlarım mənə “Semih Şentürk” deyirlər”

Futbol
“Sabah”ın qış hazırlıq planı açıqlanıb

“Sabah”ın qış hazırlıq planı açıqlanıb

Futbol
Messi millidə çıxışını davam etdirəcək

Messi millidə çıxışını davam etdirəcək

Futbol
Azərbaycan millisinin üzvü: "Biz Moldova və Şimali Makedoniyadan daha güclüyük"

Azərbaycan millisinin üzvü: "Biz Moldova və Şimali Makedoniyadan daha güclüyük"

Futbol
DÇ-2022: Almaniya və İspaniya yığmalarının start heyətləri açıqlanıb

DÇ-2022: Almaniya və İspaniya yığmalarının start heyətləri açıqlanıb