Azərbaycan Basketbol Federasiyası klubların etirazları ilə bağlı açıqlama yayıb

Azərbaycan Basketbol Federasiyası klubların etirazları ilə bağlı açıqlama yayıb

Azərbaycan Basketbol Federasiyası (ABF) XI turun oyunlarında hakim idarəçiliyi ilə bağlı bir sıra klublar tərəfindən edilən etirazlarla əlaqədar açıqlama yayıb.

"QELEBE.AZ" federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, oyunlar izlənilərək yenidən təhlil edilib.

"XI turun geridə qalmış oyunlarında hakim idarəçiliyi ilə bağlı bir sıra klublar tərəfindən Azərbaycan Basketbol Federasiyasına etirazlar daxil olub. Bütün bu narazılıqlardan sonra federasiyanın idman direktoru Turqay Zeytingözün rəhbərliyi ilə turun yekunlaşmış oyunları Azərbaycan Basketbol Liqasının mütəxəssis heyəti və Hakimlər Komitəsinin sədri Ələkbər Həsənovun iştirakı ilə birlikdə izlənilmiş və yenidən təhlil edilmişdir. Aparılmış təhlilin yekun nəticəsi olaraq isə oyunların birbaşa nəticəsinə təsir edəcək kobud səhvlərin olmaması və hakimlərin normal oyun standartında idarəçilik etməsi barədə qərar çıxarılmışdır. Sonda Zeytingöz Azərbaycan Basketbol Federasiyası adından çıxış edərək, verilmiş yekun qərardan sonra narazılığı davam etdirən hansısa klublar varsa, onlarla yenidən bir arada görüş təşkil edib və etirazlara səbəb olumuş epizodların birgə izlənilməsini söyləmişdir.

Qeyd edək ki, mövsümün yekunlaşmış iki dövrəsindən sonra ümumi olaraq oyunlarda hakim idarəçiliyi müsbət olaraq qiymətləndirilmiş və oyunların birbaşa nəticəsinə təsir edəcək ciddi səhvlərin olmaması təsdiq edilmişdir" - ABF-nin açıqlamasında vurğulanıb.

Komanda
"Azərreyl" klubu avrokuboklarla erkən vidalaşıb

"Azərreyl" klubu avrokuboklarla erkən vidalaşıb

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında II tura yekun vurulub

Həndbol üzrə Azərbaycan çempionatında II tura yekun vurulub

Komanda
Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Komanda
Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalın ilk oyununda uduzub

Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalın ilk oyununda uduzub

Komanda
“Murov” Azərbaycan çempionatında növbəti qələbəsini qazanıb

“Murov” Azərbaycan çempionatında növbəti qələbəsini qazanıb

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finala vəsiqə qazanıb

Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finala vəsiqə qazanıb

Komanda
Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcək

Komanda
Azərbaycanın basketbol millisinin üzvü İspaniya klubunda baxışdadır

Azərbaycanın basketbol millisinin üzvü İspaniya klubunda baxışdadır

Komanda
Voleybol üzrə Azərbaycan çempionatının oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Voleybol üzrə Azərbaycan çempionatının oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Komanda
Voleybol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

Voleybol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

Komanda
Basketbol üzrə dünya çempionatında yarımfinalçılar bəlli olub

Basketbol üzrə dünya çempionatında yarımfinalçılar bəlli olub

Komanda
"Azərreyl" Çağırış Kubokuna qələbə ilə başlayıb

"Azərreyl" Çağırış Kubokuna qələbə ilə başlayıb