Azərbaycan millisinin futbolçusu: "Başqa ölkədən təklif alsam da, Türkiyədə qalmağı üstün tutdum" - MÜSAHİBƏ

Azərbaycan millisinin futbolçusu: "Başqa ölkədən təklif alsam da, Türkiyədə qalmağı üstün tutdum" - MÜSAHİBƏ

Azərbaycan millisinin və Türkiyənin I Liqa təmsilçisi "Bandırmaspor" klubunun futbolçusu Coşqun Diniyev "Report"a müsahibə verib. 29 yaşlı yarımmüdafiəçi qardaş ölkədə yaşadığı legioner həyatından və digər maraqlı məqamlardan danışıb. O, Azərbaycan yığmasının 2026-cı il dünya çempionatının seçmə mərhələsindəki rəqiblərini də dəyərləndirib.

- Çıxış etdiyiniz "Bandırmaspor" Türkiyə I Liqasında 3-cü sırada yer alıb. Superliqaya vəsiqə uğrunda mübarizə necə gedir?

- "Fatih Karagümrük" klubu da "Bandırmaspor" kimi 34 xala malikdir. Superliqaya vəsiqə uğrunda amansız mübarizə gedir. İlk dövrəni üçüncü pillədə başa vurduğumuza görə sevincliyik. Ümid edirəm ki, mövsümün sonunda da sevinən tərəf olacağıq. Hazırda 12-13 komanda Superliqaya iddia edir. Həqiqətən I Liqa çox çətin çempionatdır.

- İşlər qaydasında gedəcəyi təqdirdə mövsümün sonunda “Bandırmaspor”da qalmağı düşünürsünüz?

- Müqavilə şərtlərində müəyyən bəndlər var ki, onlar gerçəkləşsə, sözləşmənin müddəti avtomatik daha 1 il uzana bilər. Bu baş tutarsa, özümü daha yaxşı tərəfdən göstərməyə çalışacağam. Düşünürəm ki, bu barədə danışmaq tezdir. Mövsümün sonunu gözləmək lazımdır.

- Son iki 2 ildir ki, legioner həyatı yaşayırsınız. Ölkədən kənarda çıxış etmək necə hissdir?

- Artıq 2 ildir ki, legioner futbolçuyam. Türkiyədə özümü daha rahat hiss edirəm, hər şeyə alışmışam. Kaş ki, daha əvvəldən legioner həyatı yaşayardım. Məncə, daha 3-4 il başqa ölkədə oynaya bilərəm.

- Legioner futbolçu olmağın üstün cəhətləri hansılardır?

- Fərqli ölkədə çıxış edirsənsə, bu, birbaşa futbolçunun inkişafına müsbət təsir göstərir. Futbolçu kimi olduqca "böyüyürsən". Həm möhkəm, həm də psixoloji cəhətdən çətinliklərə hazır olursan. Həqiqətən öz çempionatında çıxış etməklə legioner olmaq arasında böyük fərqlər var.

- Başqa ölkənin klubundan təklif gəlsə, dəyərləndirərdiniz?

- Qış "transfer pəncərəsi"ndə başqa ölkədən təklif alsam da, Türkiyədə qalmağı üstün tutdum. Çünki bu ölkəni sevirəm və mənim üçün çox rahatdır. Superliqa klublarından təklif almağı çox istəyərdim. İnşallah, qarşıda vaxt var. Hər şeyin daha yaxşı olacağına inanıram.

- Misli Premyer Liqasında bir çox klublarda çıxış etmisiniz. Ölkə çempionatı kənardan necə görünür?

- İndiki vəziyyətdə bu barədə nəsə deyə bilmərəm. Çünki doğrusunu bilmək istəyirsinizsə, Azərbaycan Premyer Liqasının oyunlarını izləmirəm. Sadəcə, "Qarabağ"ın UEFA Avropa Liqasındakı matçlarına baxıram.

- Son vaxtlar Azərbaycan çempionatında legioner limitinin ləğv olunması məsələsi müzakirə olunur. Sizcə, legioner limitinin ləğvi ölkə futboluna nə kimi xeyir verə bilər?

- Hələ ki, belə bir qərar təsdiqlənməyib. Lakin qərar verilərsə, bunun müsbət və ya mənfi təsir göstərəcəyini zaman göstərəcək. Heç birimiz bunu görmədən deyə bilmərik. Hər halda, bu qərarı verən şəxslər məndən çox bilirlər. Onlar ən azı futbol mütəxəssisidirlər.

- Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində Fransa - Xorvariya cütünün qalibi, İslandiya və Ukrayna yığmaları ilə eyni qrupa düşüb. Rəqibləri dəyərləndirərkən hansısa yığmadan xal ala biləcəyimizi düşünürsünüz?

- Xallar və qələbələr qazanacağımıza inanıram. Təbii ki, bunun üçün çox çalışmaq və mübarizə aparmaq lazımdır. Azərbaycan millisinin üzvü kimi gözəl nəticə qazanmağı çox istəyirəm. İnşallah, yığmamıza azarkeşlik edən hər kəsi sevindirməyi bacaracağıq. Heç vaxt ümidimizi itirmirik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

- Almaniyanın "Nürnberq" klubunda çıxış edən Mahir Emreli müsahibələrinin birində yığmadakı nəticələrə görə çox məyus olduğunu bildirib. Klubuna qayıdanda komanda yoldaşları ilə bu barədə danışmaq ona ağır gəlir. Siz belə halla üzləşmisiniz? Ümumiyyətlə, Türkiyədə Azərbaycan millisini izləyirlər?

- Əlbəttə, məğlubiyyət barədə danışmaq hər kəs üçün üzücüdür. Hələ xaricdə oynayan azərbaycanlı futbolçu üçün bu, ikiqat çətindir. Yığmanın düşərgəsindən kluba qayıdarkən hər kəs nəticəni və necə oynadığını soruşur. Hər bir futbolçu istəyər ki, bu suala yaxşı cavab versin. Təbii ki, bunun üçün yaxşı nəticə qazanmalıyıq.

Futbol
Tbilisi "Dinamo"sunun baş məşqçisi 42 yaşında ikən infarkt keçirib

Tbilisi "Dinamo"sunun baş məşqçisi 42 yaşında ikən infarkt keçirib

Futbol
Avropa Liqasında həftənin oyunçusu bəlli olub

Avropa Liqasında həftənin oyunçusu bəlli olub

Futbol
"Milan" İtaliya çempionatında turun açılış matçında xal itirib

"Milan" İtaliya çempionatında turun açılış matçında xal itirib

Futbol
“Qarabağ” Avropada 2 pillə irəliləyib

“Qarabağ” Avropada 2 pillə irəliləyib

Futbol
İlin ən yaxşı komandası müəyyənləşib

İlin ən yaxşı komandası müəyyənləşib

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm ilk dəfə xal itirib

Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm ilk dəfə xal itirib

Futbol
DÇ-2022: İran Uelsə qalib gəlib

DÇ-2022: İran Uelsə qalib gəlib

Futbol
Səudiyyə Ərəbistanı millisinin qapıçısı komanda yoldaşına ciddi xəsarət yetirib

Səudiyyə Ərəbistanı millisinin qapıçısı komanda yoldaşına ciddi xəsarət yetirib

Futbol
Yaponiya millisinin sabiq futbolçusu 32 yaşında vəfat edib

Yaponiya millisinin sabiq futbolçusu 32 yaşında vəfat edib

Futbol
Azərbaycanın 3 komandası eyni gündə Türkiyəyə yollanacaq

Azərbaycanın 3 komandası eyni gündə Türkiyəyə yollanacaq

Futbol
“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb - VİDEO

“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb - VİDEO

Futbol
"Bavariya"nın futbolçusu Avstriya millisindəki debütünü Azərbaycanla oyunda gerçəkləşdirə bilər

"Bavariya"nın futbolçusu Avstriya millisindəki debütünü Azərbaycanla oyunda gerçəkləşdirə bilər