"İnter" A Seriyasında qələbə qazanıb
"İnter" İtaliya A Seriyasında qələbə qazanıb.
"QELEBE.AZ" xəbər verir ki, Milan təmsilçisi XVIII turda səfərdə "Kalyari"ni 3:0 hesabı ilə üstələyib.
Ölkə çempionunun heyətində hesabı 53-cü dəqiqədə Alessandro Bastoni açıb. 71-ci dəqiqədə Lautaro Martinez fərqi iki topa çatdırıb. Qarşılaşmada yekun hesabı 79-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Hakan Çalhanoğlu müəyyənləşdirib.
Cari mövsüm A Seriyasında 12-ci qələbəsini qazanan "İnter" turnir cədvəlində 40 xalla ilk sırada yer alıb. "Kalyari" isə 14 xalla 18-ci pillədə qərarlaşıb.

https://mail.qelebe.az//uploads/photo/inter-a-seriyasinda-qelebe-qazanib.webp











