Aviaqəzada həlak olan futbolçunun bibisi: "Bayramı anasının yanında keçirmək üçün Qroznıya gedirdi"

Aviaqəzada həlak olan futbolçunun bibisi: "Bayramı anasının yanında keçirmək üçün Qroznıya gedirdi"

Bayramı anasının yanında keçirmək üçün Qroznıya gedirdi.

"QELEBE.AZ" xəbər verir ki, bunu təyyarə qəzasında həlak olan Bakının "Gənclik" klubunun 13 yaşlı futbolçusu Məhəmmədəli Eqanovun bibisi Zara İvanova vida mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

"Məhəmmədəli ilə sonuncu dəfə xeyli müddət əvvəl danışmışdım. Nəsə demək çox çətindir. Bayramı anasının yanında keçirmək üçün Qroznıya gedirdi. Çox gözəl uşaq idi", - deyə mərhumun yaxını söyləyib.

Qeyd edək ki, Məhəmmədəli Eqanov Suraxanıda dəfn olunacaq.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” tipli sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.

Futbol
DÇ-2022: Xorvatiyaya uduzan Braziliya mundialla vidalaşıb

DÇ-2022: Xorvatiyaya uduzan Braziliya mundialla vidalaşıb

Futbol
Qara Qarayev: "Biz "Olimpiakos"dan daha cəsarətli oynadıq"

Qara Qarayev: "Biz "Olimpiakos"dan daha cəsarətli oynadıq"

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

Futbol
Millətlər Liqası: Azərbaycan yığması Slovakiyaya qalib gəlib

Millətlər Liqası: Azərbaycan yığması Slovakiyaya qalib gəlib

Futbol
“Turan Tovuz”la oyun Ramil Şeydayev üçün ikiqat yubileylə əlamətdar olub

“Turan Tovuz”la oyun Ramil Şeydayev üçün ikiqat yubileylə əlamətdar olub

Futbol
Canni De Byazi Polşa millisinin baş məşqçisi olmaq istəyir

Canni De Byazi Polşa millisinin baş məşqçisi olmaq istəyir

Futbol
DÇ-2022: Qrup mərhələsinin III turunda daha 4 oyun keçiriləcək

DÇ-2022: Qrup mərhələsinin III turunda daha 4 oyun keçiriləcək

Futbol
Benzema “Sevilya” ilə oyunu buraxacaq

Benzema “Sevilya” ilə oyunu buraxacaq

Futbol
Avropa çempionatı: Azərbaycanın MMA döyüşçüləri 5 medal qazanıb

Avropa çempionatı: Azərbaycanın MMA döyüşçüləri 5 medal qazanıb

Futbol
Millətlər Liqası: İtaliya İngiltərəni, Almaniya Macarıstanı qəbul edəcək

Millətlər Liqası: İtaliya İngiltərəni, Almaniya Macarıstanı qəbul edəcək

Futbol
AVRO-2024: Almaniya millisinin hazırlığına nəzarət edəcək xüsusi komitə yaradılıb

AVRO-2024: Almaniya millisinin hazırlığına nəzarət edəcək xüsusi komitə yaradılıb

Futbol
"Olimpiakos"un qapıçısı əməliyyat olunub

"Olimpiakos"un qapıçısı əməliyyat olunub