Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə başlayıb

İspaniyanın Alikante şəhərində gənc boksçular arasında dünya çempionatına start verilib.

Apasport.az saytının məlumatına görə, mundialın ilk günündə Azərbaycan milli komandasının 2 üzvü mərhələ adlayıb.

Boksçularımızdan Sənan Hətəmov (67 kq) Neri Kanaviri (Boliviya) ilə qarşılaşıb. 1/32 final mərhələsi çərçivəsində baş tutan görüş təmsilçimizin qələbəsi ilə başa çatıb. O, rəqibini tam üstünlüklə məğlub edib. Hətəmov növbəti döyüşündə ilk mərhələdən azad olan kanadalı Yakub Blaislə üz-üzə gələcək.

Mehparə Məmmədova (48 kq) da rinqdən qalib ayrılıb. 1/16 final mərhələsində Lyuba Atanasova (Bolqarıstan) ilə döyüşən boksçumuz rəqibinin üçüncü raundda diskvalifikasiya olunması səbəbindən növbəti görüşə vəsiqə qazanıb. Məmmədova ikinci cəhdində monqolustanlı Saruul Batsayxanla qüvvəsini sınayacaq.

Onlardan fərqli, Tural Sarıyev (48 kq) Titivat Flonqauraiyə (Tayland), Rza Rzazadə (75 kq) Antonio Leyvaya (Argentina) məğlub olaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, dünya çempionatında bu gün daha 2 boksçumuz mübarizəyə qoşulacaq. Kamil Babayev (54 kq) Riçard Erazo Çaçanı (Ekvador), Aysu Dərvişova (57 kq) Quadalupe Peresi (ABŞ) sınağa çəkəcək.

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatında komanda sayı açıqlanıb

Boks üzrə Azərbaycan çempionatında komanda sayı açıqlanıb

Döyüş növləri
Qadın boksçular arasında növbəti dünya çempionatı Hindistanda keçiriləcək

Qadın boksçular arasında növbəti dünya çempionatı Hindistanda keçiriləcək

Döyüş növləri
Taekvondo üzrə Azərbaycan çempionatının tarixi açıqlanıb

Taekvondo üzrə Azərbaycan çempionatının tarixi açıqlanıb

Döyüş növləri
Azərbaycanın 9 boksçusu Avropa birinciliyinin 1/4 finalında mübarizə aparacaq

Azərbaycanın 9 boksçusu Avropa birinciliyinin 1/4 finalında mübarizə aparacaq

Döyüş növləri
Cüdo Federasiyası rusiyalı idmançını milliləşdirib

Cüdo Federasiyası rusiyalı idmançını milliləşdirib

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsi başa çatıb

Boks üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsi başa çatıb

Döyüş növləri
Sahil Babayev naxçıvanlı boksçularla görüşüb - FOTO

Sahil Babayev naxçıvanlı boksçularla görüşüb - FOTO

Döyüş növləri
FHN idmançısı Avropa çempionatının qalibi olub

FHN idmançısı Avropa çempionatının qalibi olub

Döyüş növləri
Azərbaycanın 2 boksçusu beynəlxalq turnirdə yarımfinala vəsiqə qazanıb

Azərbaycanın 2 boksçusu beynəlxalq turnirdə yarımfinala vəsiqə qazanıb

Döyüş növləri
Azər Novruzov Avropa Cüdo Birliyində vəzifəyə təyin olunub

Azər Novruzov Avropa Cüdo Birliyində vəzifəyə təyin olunub

Döyüş növləri
FHN idmançısı Azərbaycan çempionu olub - FOTO

FHN idmançısı Azərbaycan çempionu olub - FOTO

Döyüş növləri
Azərbaycanın ən güclü boksçularımız müəyyənləşib - FOTOLENT

Azərbaycanın ən güclü boksçularımız müəyyənləşib - FOTOLENT