Premyer Liqa klubları qış fasiləsini harada keçirəcək? - SORĞU

Premyer Liqa klubları qış fasiləsini harada keçirəcək? - SORĞU

Misli Premyer Liqası təmsilçilərindən “Turan Tovuz” qış fasiləsini Türkiyədə keçirəcək.

Bu barədə “Report”a Tovuz təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Digər klubların hazırlıq planının dəqiq vaxtı, proqramı tam məlum olmasa da, əksəriyyətinin Azərbaycanda qalacaqları müəyyənləşib.

Anar Hacıyev (“Qarabağ”ın mətbuat katibi): “Toplanış Azərbaycanda olacaq. Toplanışın dəqiq vaxtı, hazırlıq oyunları və digər detallarla bağlı yaxın günlərdə açıqlama veriləcək”.

Mahal Məmmədov (“Araz-Naxçıvan”ın mətbuat katibi): “Komanda təlim-məşq toplanışını Bakıda keçirəcək. Yanvarın 5-də və ya 6-da yığışacaqlar. Ən azı bir yoldaşlıq görüşü nəzərdə tutulub, ancaq rəqib müəyyənləşməyib”.

Süleyman Tağıyev (“Turan Tovuz”un mətbuat katibi): “Komanda təlim-məşq toplanışını yanvarın 4-13-ü aralığında Türkiyədə keçirəcək. Digər detallarla bağlı açıqlama veriləcək”.

Elmar Abdullazadə (“Zirə”nin mətbuat katibi): “Hələ ki, toplanışla bağlı yekun qərar yoxdur. Müəyyənləşdikdən sonra bu barədə klub tərəfindən açıqlama veriləcək”

Elnur Həmidov (“Sabah”ın mətbuat katibi): “Komanda qış təlim-məşq toplanışını Bakıda, öz bazasında keçirəcək. Hazırlıq yanvarın 4-də başlayacaq. Toplanış müddətində keçiriləcək yoxlama oyunları ilə bağlı qarşıdakı günlərdə dəqiq məlumat veriləcək”.

Zaur Xudiyev (“Sumqayıt”ın mətbuat katibi): “Hələ hazırlıqla bağlı dəqiq qərar verilməyib. Bununla əlaqədar müvafiq məlumat klub tərəfindən elan olunacaq”.

Asəf Zeynallı (“Neftçi”nin mətbuat katibi): “Toplanış Bakıda, öz bazamızda olacaq. Komanda yanvarın əvvəlində bir araya gələcək”.

Yusif Hüseyn (“Şamaxı”nın mətbuat katibi): “Toplanış Azərbaycanda olacaq. Komanda yanvarın 3-də yığışacaq. Hazırlıq müddətində 2 yoxlama oyunu planlaşdırılıb”.

Azad Mustafayev (“Kəpəz”in mətbuat katibi): “Komanda mövsümün qalan hissəsinə Gəncədə hazırlaşacaq. Yoxlama görüşləri üçün digər bölgələrə gedə bilərik. Toplanışın başlama vaxtı hələ ki, dəqiq deyil. Çox güman, yanvarın 2-si və ya 3-də başlayacaq”.

Rəşad Məmmədov (“Səbail”in mətbuat katibi): “Komanda təlim-məşq toplanışını öz bazasında keçəcək. Yanvarın 3-də toplanışa start veriləcək. Bir yoxlama matçı nəzərdə tutulub. Rəqib isə hələ məlum deyil”.

Qeyd edək ki, Misli Premyer Liqasında 2024-cü ilin son oyunları XVIII turda dekabrın 20-22-də keçiriləcək. III dövrəyə isə yanvarın 17-19-da start veriləcək.

Futbol
İbrahima Vadji "Qarabağ"la və azarkeşlərlə vidalaşıb

İbrahima Vadji "Qarabağ"la və azarkeşlərlə vidalaşıb

Futbol
İnfantino: Mundialda komanda sayı artırılacaq

İnfantino: Mundialda komanda sayı artırılacaq

Futbol
Robert Levandovski ilin ən yaxşı hücumçusu seçilib

Robert Levandovski ilin ən yaxşı hücumçusu seçilib

Futbol
Rəşad Sadıqov: "Qarabağ"la səfərdə oynamaq həmişə ağırdır"

Rəşad Sadıqov: "Qarabağ"la səfərdə oynamaq həmişə ağırdır"

Futbol
Çempionlar Liqası: Daha 4 komanda 1/8 finala yüksələ bilər

Çempionlar Liqası: Daha 4 komanda 1/8 finala yüksələ bilər

Futbol
"Qəbələ"nin prezidenti Klublar Komitəsinin sədri seçilib

"Qəbələ"nin prezidenti Klublar Komitəsinin sədri seçilib

Futbol
Qvardiola “Mançester Siti” ilə müqaviləsini yeniləyib

Qvardiola “Mançester Siti” ilə müqaviləsini yeniləyib

Futbol
Rusiyanın tanınmış mütəxəssisi azərbaycanlı iş adamını tənqid edib

Rusiyanın tanınmış mütəxəssisi azərbaycanlı iş adamını tənqid edib

Futbol
Emin Mahmudov: "Qarabağ"a qarşı matçlar həmişə maraqlı olur"

Emin Mahmudov: "Qarabağ"a qarşı matçlar həmişə maraqlı olur"

Futbol
İlin ən yaxşı komandası müəyyənləşib

İlin ən yaxşı komandası müəyyənləşib

Futbol
Premyer Liqa: "Qəbələ" "Sumqayıt"la heç-heçə edib

Premyer Liqa: "Qəbələ" "Sumqayıt"la heç-heçə edib

Futbol
"Nant" - "Qarabağ" oyununun hakimləri açıqlanıb

"Nant" - "Qarabağ" oyununun hakimləri açıqlanıb