Azərbaycan futzal millisinin sabiq üzvü: “İsveç səviyyə baxımından bizə uyğun rəqibdir”

Azərbaycan futzal millisinin sabiq üzvü: “İsveç səviyyə baxımından bizə uyğun rəqibdir”

İsveç səviyyə baxımından bizə uyğun rəqibdir.

Bunu “Report”a açıqlamasında Azərbaycanın futzal millisinin keçmiş üzvü Namiq Məmmədkərimov yığmanın AVRO-2026-nın əsas mərhələsində keçirəcəyi İsveçlə matçda şansları dəyərləndirərkən deyib.

44 yaşlı futzalçı 3 xal qazanmağın mümkünlüyünü vurğulayıb:

“İsveç yığması futzalda səviyyə baxımından o qədər də üstün sayılmır. Azərbaycan millisi isə, demək olar ki, yeni qurulub və yerli futzalçılardan ibarətdir. Heyətdə gənc və təcrübəsiz oyunçular var. Bununla belə, meydana qələbə üçün çıxmalıyıq. Səviyyə baxımından bizə uyğundurlar. İnanıram ki, qələbə qazanacağıq. Sadəcə, müdafiədə səliqəli oynamalı, həmçinin bacardığımız qədər tez qol vurmalıyıq ki, rəqib “ayılmasın”. Belədə böyükhesablı qələbə də əldə edə bilərik”.

O, millinin qrupdan çıxmaq şanslarını dəyərləndirib:

“Qrupdakı digər rəqiblərdən Xorvatiya futzalda hegemonluq edən, öz dəsti-xətti olan yığmadır. Həmişə çətin rəqib olub. Onlara məhz qrup lideri kimi baxıram. Yunanıstan da İsveçlə eyni səviyyədə olan millidir. Qrupda bu komandalar arasında keçirilən oyunu izlədim. Yunanıstan 4:1 hesabı ilə qələbə qazandı. Qrup ikincisi kimi məhz öz yığmamızı görürəm. İkinci yeri tutanlar pley-offda oynayacaq”.

Millinin sabiq üzvü heyətlə bağlı düşüncələrini bölüşüb və azarkeşləri dəstəyə səsləyib:

“Qapıçımız Emin Kürdov zədələnib. Yəqin ki, onu Qazaxıstanda legioner həyatı yaşayan Rövşən Hüseynli əvəzləyəcək. O, yaxşı formadadır, komandaya çox faydası dəyəcək. Həmçinin eyni sözləri Fərid Atakişiyev haqqında da söyləyə bilərəm. Sonda azarkeşlərimizdən də dəstək göstərmələrini istəyirəm. Hər birini oyuna baxmağa səsləyirəm. Heyətdə milliləşdirilmiş futzalçılar, legionerlər yoxdur. Komanda yerlilərdən təşkil olunub, baxmayaraq ki, aralarında təcrübəsiz olanlar da var. Pisi də bizimdir, yaxşısı da. Ona görə də dəstəyimizi əsirgəməməliyik”.

Qeyd edək ki, Azərbaycan - İsveç matçı bu gün Bakı İdman Sarayında, saat 20:00-da start götürəcək.

Futbol
Yuri Syomin: "Azərbaycanda futbolçular hər toqquşmada yerə yıxılırdı"

Yuri Syomin: "Azərbaycanda futbolçular hər toqquşmada yerə yıxılırdı"

Futbol
Ronaldunun posteri "Old Trafford" stadionundan götürülüb

Ronaldunun posteri "Old Trafford" stadionundan götürülüb

Futbol
"Bavariya" Xorvatiya millisinin üzvü ilə müqaviləni yeniləyib

"Bavariya" Xorvatiya millisinin üzvü ilə müqaviləni yeniləyib

Futbol
"Qarabağ"ın yeni transferi: "Yenidən futboldan zövq almaq istəyirəm"

"Qarabağ"ın yeni transferi: "Yenidən futboldan zövq almaq istəyirəm"

Futbol
“Flamenqo” üçüncü dəfə “Libertadores” kubokunu qazanıb

“Flamenqo” üçüncü dəfə “Libertadores” kubokunu qazanıb

Futbol
Lionel Messi: "Uzun müddət oynayacağımı düşünmürəm"

Lionel Messi: "Uzun müddət oynayacağımı düşünmürəm"

Futbol
"Neftçi"nin futbolçusu Gürcüstan millisinə dəvət alıb

"Neftçi"nin futbolçusu Gürcüstan millisinə dəvət alıb

Futbol
İngiltərə millisinin müdafiəçisi DÇ-2022-ni buraxacaq

İngiltərə millisinin müdafiəçisi DÇ-2022-ni buraxacaq

Futbol
Tərlan Əhmədov: "Məğlubiyyət xoş deyil"

Tərlan Əhmədov: "Məğlubiyyət xoş deyil"

Futbol
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cəzalandırıb

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cəzalandırıb

Futbol
"Çelsi" yeni baş məşqçisini açıqlayıb

"Çelsi" yeni baş məşqçisini açıqlayıb

Futbol
Avropa Liqası: "Qarabağ"ın Fransadakı matçının biletləri satışa çıxarılıb

Avropa Liqası: "Qarabağ"ın Fransadakı matçının biletləri satışa çıxarılıb