Mahir Emreli: "Azərbaycanlı azarkeşlər Almaniyada yaxşı nəticə qazanmağımı istəyirlər"

Mahir Emreli: "Azərbaycanlı azarkeşlər Almaniyada yaxşı nəticə qazanmağımı istəyirlər"

Azərbaycanlı azarkeşlər də klubumuzu dəstəkləyirlər və burada məndən yaxşı nəticə gözləyirlər.

"Report"un məlumatına görə, bunu Almaniyanın "Nürnberq" komandasında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli klubun rəsmi televiziyasına müsahibəsində deyib.

27 yaşlı hücumçu II Bundesliqa təmsilçisinin sosial şəbəkə hesablarında azərbaycanlıların çoxluq təşkil etməsinə toxunub:

"Burada pis şey görmürəm. Almaniyada ölkəmizi təmsil edirik. Buna görə hər attığımız addım önəmlidir. Həmişə ölkədən kənarda oynamaq, dünyaya bizim futbolçuları göstərmək, oyunçularımız üçün qapı açmaq arzum idi. Düşünürəm ki, ölkəmdəkilərin də mənə böyük ümidləri var. Onları məyus etməmək üçün əlimdən gələni etməyə çalışıram".

Forvard ötən turda "Fortuna" (Düsseldorf) komandası ilə matçdakı (2:2) nəticənin onları məyus etdiyini bildirib:

"Ardıcıl iki oyundur ki, son dəqiqələrdə qol buraxırıq. Bu səbəbdən özümüzü pis hiss edirik. Çünki rəqiblərdən daha yaxşı oynayırdıq. Növbəti görüşlərdə yaxşı nəticələr qazanacağımıza ümid edirəm".

Emreli XV turda, dekabrın 6-da səfərdə üz-üzə gələcəkləri "Elversberq"lə oyun barədə danışıb:

"Rəqibi təhlil edirik. Özümüzü növbəti qarşılaşmaya hazırlayacağıq. Bu matçda əlimizdən gələni edəcəyik. Gözəl stadionda oynamaq daha çox motivasiya verir. Həm də ən vacib olan fanatlardır. Tərəfdarlarımız hara getməyimizdən asılı olmayaraq, bizə dəstək olur, şou göstərirlər. Amma bəzən özümü səfərdəki kimi hiss etmirəm. Buna nümunə olaraq "Hoffenhaym"la (Almaniya Kuboku) matçı göstərə bilərəm. Özümü Nürnberqdəyik kimi hiss edirdim".

II Bundesliqa təmsilçisində 4 qola imza atan oyunçu "beşinci qolu nə vaxt vuracaqsınız" sualını da cavablandırıb:

"Məni həmişə komandanın nəticəsi və 3 xal qazanması daha çox maraqlandırır".

Emreli qol sevinci zamanı komanda yoldaşı Stefanos Tsimasla birlikdə Kriştianu Ronaldunun hərəkətini təkrarlamalarına da münasibət bildirib:

"Ronaldu ən böyük oyunçulardan biridir. Amma mən onun fanatı deyiləm. Stefanos onun azarkeşidir".

Futbol
“Kəpəz”in gürcüstanlı futbolçusu: “Hakimin yanlış qərarı bizi yarımfinaldan məhrum etdi”

“Kəpəz”in gürcüstanlı futbolçusu: “Hakimin yanlış qərarı bizi yarımfinaldan məhrum etdi”

Futbol
“Sabah”ın qapıçısı 10-cu oyununu qol buraxmadan keçirib

“Sabah”ın qapıçısı 10-cu oyununu qol buraxmadan keçirib

Futbol
"Hayduk" - "Qəbələ" oyununun hakimləri bəlli olub

"Hayduk" - "Qəbələ" oyununun hakimləri bəlli olub

Futbol
“Barselona”nın prezidenti: “Super Liqa 2025-ci ildə reallığa çevrilə bilər”

“Barselona”nın prezidenti: “Super Liqa 2025-ci ildə reallığa çevrilə bilər”

Futbol
"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazanıb

"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazanıb

Futbol
İnfantino: Mundialda komanda sayı artırılacaq

İnfantino: Mundialda komanda sayı artırılacaq

Futbol
Macarıstanlı oyunçu plastik tapançaya görə ömürlük futboldan uzaqlaşdırılıb

Macarıstanlı oyunçu plastik tapançaya görə ömürlük futboldan uzaqlaşdırılıb

Futbol
"Qarabağ"ın iki futbolçusu Azərbaycan millisində qol hesabını açıb

"Qarabağ"ın iki futbolçusu Azərbaycan millisində qol hesabını açıb

Futbol
Mahir Emrelinin "Dinamo"ya qayıdacağı tarix bəlli olub

Mahir Emrelinin "Dinamo"ya qayıdacağı tarix bəlli olub

Futbol
Tərlan Əhmədov: “Komandanı toparlamaq çətin idi”

Tərlan Əhmədov: “Komandanı toparlamaq çətin idi”

Futbol
Qurban Qurbanov: "Nant" qrupun ən təhlükəli komandasıdır"

Qurban Qurbanov: "Nant" qrupun ən təhlükəli komandasıdır"

Futbol
Voyislav Stankoviç: “Qışda "Neftçi" daha güclü olacaq"

Voyislav Stankoviç: “Qışda "Neftçi" daha güclü olacaq"