İngiltərə Premyer Liqası: “Tottenhem” rəqibini darmadağın edib, MY və “Çelsi” sülhə razılaşıb

İngiltərə Premyer Liqası: “Tottenhem” rəqibini darmadağın edib, MY və “Çelsi” sülhə razılaşıb

İngiltərə Premyer Liqasının 10-cu turu çərçivəsində Londonun “Tottenhem” komandası Birminhemin “Aston Villa”sını, “Mançester Yunayted” isə paytaxtın “Çelsi”sini qəbul edib.

“Report” xəbər verir ki, baş hakim Kreyq Pousonun idarə etdiyi “Tottenhem” – “Aston Villa” matçı “Tottenhem Hotspur Stedium”da, Robert Consunun nəzarət etdiyi “Mançester Yunayted” – “Çelsi” matçı isə “Old Trafford”da baş tutub.

Londonda baş tutmuş qarşılaşma ev sahiblərinin böyükhesablı qələbəsi ilə yadda qalıb. Hesabı 32-ci dəqiqədə “aslanlar” açıb: 22 yaşlı hücumçu Morqan Rocers italiyalı qapıçı Qulyelmo Vikarionu məyus edib. Birinci hissə qonaqların hesabdakı üstünlüyü ilə başa çatıb.

İkinci hissəyə isə “mahmızlar” fəal başlayıb: 49-cu dəqiqədə uelsli Brennan Conson kapitan Son Hın Minin ötürməsindən maksimum yararlanıb. 75-ci dəqiqədə Şimali London təmsilçisi lövhədəki rəqəmləri öz xeyrinə dəyişib: Dominik Solanke isveçli yarımmüdafiəçi Deyan Kulusevskinin dəqiq ötürməsindən sonra topu tora göndərib. Cəmi dörd dəqiqə sonra Solanke dubla imza ataraq fərqi artırıb. Oyunda son nöqtəni isə əlavə edilmiş altıncı dəqiqədə ingiltərəli Ceyms Medison cərimə zərbəsindən vurduğu baxımlı qolla qoyub – 4:1.

Mançesterdə keçirilmiş matç qarşılıqlı qollarla yadda qalıb. Birinci hissə qolsuz keçsə də, ikinci hissədə komandalar qapıya yol tapıblar. 70-ci dəqiqədə “qırmızı şeytanlar”ın yarımmüdafiəçisi Brunu Fernandeş penaltidən fərqlənib. Lakin Ruud van Nistelroyun yetirmələrinin sevinci dörd dəqiqə çəkib: Moyses Kaysedo status-kvonu bərpa edib. Növbəti dəqiqələrdə oyun qarşılıqlı hücumlarla davam etsə də, heç bir komanda hesabı dəyişməyə müvəffəq olmayıb – 1:1.

Qeyd edək ki, 10 oyundan sonra “Tottenhem” 16 xalla yeddinci pilləyə yüksəlib. Məğlub etdiyi rəqibi “Aston Villa” isə 18 xalla altıncı pillədə qalıb. “Old Trafford”dan bir xalla dönən “Çelsi” “Arsenal”ı geridə qoyaraq ilk dördlüyə daxil olub, “zadəganlar”ın 18 xalı var. 10 oyuna cəmi 12 xal qazanmış “Mançester Yunayted” isə “Vest Hem”i ötərək 13-cü pilləyə yüksəlməklə yetinib.

Turnir cədvəlinin vahid lideri Arne Slotun rəhbərlik etdiyi “Liverpul”dur (25 xal). Onun ən yaxın təqibçisi Pep Qvardiolanın “Mançester Siti”sidir (23 xal).

Çempionatın bombardiri isə 11 qolla Erlinq Holanndır.

Futbol
Çempionlar Liqası: Daha 4 komanda 1/8 finala vəsiqə qazanıb

Çempionlar Liqası: Daha 4 komanda 1/8 finala vəsiqə qazanıb

Futbol
İngiltərə Liqa Kuboku: “Mançester Siti” “Liverpul”a qalib gəlib

İngiltərə Liqa Kuboku: “Mançester Siti” “Liverpul”a qalib gəlib

Futbol
"Qarabağ" Bakıda "Olimpiakos"la heç-heçə edib

"Qarabağ" Bakıda "Olimpiakos"la heç-heçə edib

Futbol
Canni de Byazi iki futbolçudan imtina edib

Canni de Byazi iki futbolçudan imtina edib

Futbol
Neymar PSJ-də qırmızı vərəqlərin sayında antirekord müəyyənləşdirib

Neymar PSJ-də qırmızı vərəqlərin sayında antirekord müəyyənləşdirib

Futbol
DÇ-2022: Mərakeş İspaniyanı məğlub edərək 1/4 finala çıxıb

DÇ-2022: Mərakeş İspaniyanı məğlub edərək 1/4 finala çıxıb

Futbol
UEFA "Qarabağ"la bağlı paylaşım edib

UEFA "Qarabağ"la bağlı paylaşım edib

Futbol
Regekampf "Styaua"nın sükanı arxasına əsas namizədlərdən biridir

Regekampf "Styaua"nın sükanı arxasına əsas namizədlərdən biridir

Futbol
"Çelsi" Fransa millisinin yarımmüdafiəçisi ilə anlaşıb

"Çelsi" Fransa millisinin yarımmüdafiəçisi ilə anlaşıb

Futbol
Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub

Futbol
Azərbaycan Premyer Liqası: "Zirə" "Turan Tovuz"a qalib gəlib

Azərbaycan Premyer Liqası: "Zirə" "Turan Tovuz"a qalib gəlib

Futbol
İtaliya futbolunda qeyri-adi hadisə: Hakim kənara vurulan topu qol kimi qeydə alıb

İtaliya futbolunda qeyri-adi hadisə: Hakim kənara vurulan topu qol kimi qeydə alıb