Aleksandr Tarakanov: "Dünyanın ən güclü yığmaları ilə rəqabət apara biləcək komanda hazırlayırıq"

Aleksandr Tarakanov: "Dünyanın ən güclü yığmaları ilə rəqabət apara biləcək komanda hazırlayırıq"

"Dünyanın ən güclü yığmaları ilə rəqabət apara biləcək komanda hazırlayırıq".

"QELEBE.AZ" xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Aleksandr Tarakanov deyib.

“Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov bizi - idmançıları və məşqçiləri dəstəkləyir, hər bir çıxışımızı izləyir, məşq və yarışlarla bağlı bütün məsələlərin həllində iştirak edir. Federasiya hər zaman bizimlədir”, - Tarakanov qeyd edib.

Onun sözlərinə görə, qeyri-olimpiya çəki dərəcələrində bu yaxınlarda keçirilən yarışda Azərbaycan yunan-Roma güləşçiləri yüksək nəticə göstərib: üç idmançı çempion olub, biri isə beşinci yeri tutub:

“Bu, təkcə güləşçilər və məşqçilər üçün deyil, həm də bütün federasiya üçün uğurdur və biz bu nəticə ilə fəxr edə bilərik”.

Buna baxmayaraq, Tarakanov komandanın olimpiadada cəmi bir medal qazanmasına görə azərbaycanlı azarkeşlərdən üzr istəyib:

“Biz daha yüksək nailiyyətlərə ümid edirdik, amma idman həmişə bir sınaqdır. İndi güclü komanda hazırlayırıq və maksimum rəqabət yaratmaq üçün olimpiya çəkilərini hədəfləyirik".

Tarakanov 21-23 yaşlı gənc güləşçilərin U-23 kateqoriyası üzrə dünya və Avropa çempionatlarında ölkəmizi təmsil edəcəyini, bunun milli komandanı gücləndirəcəyini və rəqabət qabiliyyətinin lazımi dərəcədə artırılacağını vurğulayıb:

“Azərbaycan güləşçiləri artıq beynəlxalq arenada yüksək nəticələr əldə edirlər. Əminəm ki, Los-Ancelesdə də eyni parlaq qələbələrlə geri dönəcəyik”.

Fərdi
Parisdə Fərid Qayıbovun sədrliyi ilə CİGEPS-in növbəti iclası öz işinə başlayıb

Parisdə Fərid Qayıbovun sədrliyi ilə CİGEPS-in növbəti iclası öz işinə başlayıb

Fərdi
Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb - YENİLƏNİB-5

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb - YENİLƏNİB-5

Fərdi
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi mübarizəni iki medalla başa vurublar

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi mübarizəni iki medalla başa vurublar

Fərdi
Azərbaycan millisinin boksçuları ölkə birinciliyində finala yüksəliblər

Azərbaycan millisinin boksçuları ölkə birinciliyində finala yüksəliblər

Fərdi
Dünya çempionatı: Hacı Əliyev bu gün mübarizəyə başlayır

Dünya çempionatı: Hacı Əliyev bu gün mübarizəyə başlayır

Fərdi
Antonio Espinos: "Bakıdakı yarış ilin son Premyer Liqa turniri olacaq"

Antonio Espinos: "Bakıdakı yarış ilin son Premyer Liqa turniri olacaq"

Fərdi
Arif Rəhimov Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəhbəri vəzifəsindən azad olunub

Arif Rəhimov Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəhbəri vəzifəsindən azad olunub

Fərdi
Elnur Məmmədli: "Bu ada layiq görülmək mənim üçün qürur və məsuliyyətdir"

Elnur Məmmədli: "Bu ada layiq görülmək mənim üçün qürur və məsuliyyətdir"

Fərdi
Oqtay Əsədov yenidən Azərbaycan Tennis Federasiyasının prezidenti seçilib

Oqtay Əsədov yenidən Azərbaycan Tennis Federasiyasının prezidenti seçilib

Fərdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular açıqlanıb

Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular açıqlanıb

Fərdi
Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 medal qazanıb

Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 medal qazanıb

Fərdi
Sayns “Formula 1” üzrə ABŞ Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

Sayns “Formula 1” üzrə ABŞ Qran-prisinin təsnifat mərhələsinin qalibi olub