Cerrard “Əl-İttifaq”ın məşq vaxtlarını “Liverpul”un oyunlarını nəzərə alaraq təyin etdiyini etiraf edib

Cerrard “Əl-İttifaq”ın məşq vaxtlarını “Liverpul”un oyunlarını nəzərə alaraq təyin etdiyini etiraf edib

Səudiyyə Ərəbistanının “Əl-İttifaq” komandasını çalışdıran Stiven Cerrard yetirmələrinin məşq vaxtlarını keçmişdə kapitanı olduğu “Liverpul”un oyun saatlarını nəzərə alaraq təyin etdiyini etiraf edib.

“QELEBE.AZ” xəbər verir ki, bu barədə ingiltərəli baş məşqçi “The Redmen” internet televiziya kanalının efirində söyləyib.

Mersisaydlıların yetirməsi olan və 1998-2015-ci illərdə onların heyətində çıxış etmiş Cerrard keçmiş komandasının oyunlarına baxa bilmək üçün Səudiyyə klubunun oyunçularının məşqlərini məhz gecə saatlarına təyin etdiyini boynuna alıb.

“Liverpul”un oyun günlərində məşqlər? Onlara (“Liverpul”un oyunlarına – red.) az diqqət vermirəm. Bütün cədvəlimiz “qırmızılar”ın matçlarını nəzərə alaraq tərtib edilib. Oyunçular mənə qarşı kin bəsləyirlər: bəzən biz axşam saat 9 və ya 10-da məşq edirdik”, – o vurğulayıb.

Qeyd edək ki, Səudiyyənin yerləşdiyi saatı qurşağı Britaniyanınkını iki saat qabaqlayır. Məsələn, yerli vaxt 15:00-da başlanan İngiltərə Premyer Liqası matçları Səudiyyə vaxtı ilə 19:00 radələrində başa çatır.

Cerrard 2023-cü ilin iyulundan “Əl-İttifaq”a başçılıq edir. Cari mövsümdə 44 yaşlı mütəxəssisin çalışdırdığı komandanın nəticələri elə də ürəkaçan deyil: mümkün 21 xaldan cəmi 10 xal. Ötən mövsüm isə “Dəhnənin cəngavərləri” yarışı altıncı pillədə bitirmişdilər.

Daha əvvəl Cerrard baş məşqçi kimi Şotlandiyanın “Reyncers”i və İngiltərənin “Aston Villa”sını çalışdırıb. Qlazqo təmsilçisi ilə yerli çempionatın birincisi olan Cerrardın Birminhemdəki fəaliyyəti isə uğurlu olmayıb.

“Qırmızılar”ın əfsanəsi olan İngiltərə millisinin eks-üzvü “Liverpul” tarixinin ən yaxşı futbolçusu hesab edilir. Cerrard “Liverpul”un heyətində 710 matça çıxıb və 186 qola imza atıb.

Xatırladaq ki, apreldə “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah “Mançester Yunayted”lə səfər qarşılaşmalarında 5 qol vurmuş “Liverpul”un sabiq kapitanı Stiven Cerrardın rekordunu yeniləmişdi.

Fevralda nüfuzlu “FourFourTwo” jurnalı ingiltərəlini ən yaxşı britaniyalı futbolçular siyahısına əlavə etmişdi. Eyni dərgi İngiltərə Premyer Liqası tarixinin ən yaxşı 100 futbolçusu reytinqində sözügedən idmançını yeddinci yerə layiq görmüşdü.

Futbol
"Neftçi" və PFL rəhbərliyi arasında görüş olub

"Neftçi" və PFL rəhbərliyi arasında görüş olub

Futbol
Rusiyalı baş məşqçi Azərbaycanı Ermənistandan üstün tutduğunu açıqlayıb

Rusiyalı baş məşqçi Azərbaycanı Ermənistandan üstün tutduğunu açıqlayıb

Futbol
"Çelsi" Avstriya klubunun 40 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub

"Çelsi" Avstriya klubunun 40 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub

Futbol
Azərbaycan millisinin qapıçısı Qazaxıstan klubuna keçib

Azərbaycan millisinin qapıçısı Qazaxıstan klubuna keçib

Futbol
Zubir: “Son dəqiqələrdə qol buraxmaq məyusedicidir”

Zubir: “Son dəqiqələrdə qol buraxmaq məyusedicidir”

Futbol
FIFA "Qalatasaray"a müvəqqəti transfer qadağası qoyub

FIFA "Qalatasaray"a müvəqqəti transfer qadağası qoyub

Futbol
"Mançester Yunayted"in futbolçusu yenidən saxlanılıb

"Mançester Yunayted"in futbolçusu yenidən saxlanılıb

Futbol
İngiltərə klubu "Real Madrid"in müdafiəçisini transfer etmək istəyir

İngiltərə klubu "Real Madrid"in müdafiəçisini transfer etmək istəyir

Futbol
"Napoli" Kvaratsxeliya ilə yeni müqavilə imzalamaq istəyir

"Napoli" Kvaratsxeliya ilə yeni müqavilə imzalamaq istəyir

Futbol
Rusiya millisinin oyunundan öncə stadionda işıqlar sönüb

Rusiya millisinin oyunundan öncə stadionda işıqlar sönüb

Futbol
“Turan Tovuz” – “Qarabağ” oyununda rekord qeydə alınıb

“Turan Tovuz” – “Qarabağ” oyununda rekord qeydə alınıb

Futbol
Şəhid övladları "Qarabağ"ın oyununu izləyiblər

Şəhid övladları "Qarabağ"ın oyununu izləyiblər