"Sumqayıt"ın oyunçusu: "Məğlubiyyətdən sonra komandada atmosfer yaxşı olmadı"

"Sumqayıt"ın oyunçusu: "Məğlubiyyətdən sonra komandada atmosfer yaxşı olmadı"

Məğlubiyyətdən sonra komandada atmosfer yaxşı olmadı.

"Report" xəbər verir ki, bunu "Sumqayıt"ın oyunçusu Kaelen Meloun "Ordu"ya uduzduqları (80:103) Azərbaycan Basketbol Liqasının I turunun oyunu ilə bağlı klubun mətbuat xidmətinə müsahibəsində deyib.

O, qarşılaşmanın əvvəlində çox səhv etdiklərini bildirib:

"Ötürmələrdə aşağı göstəricilərlə oynadıq. Bu da oyunda böyük fərq yaratdı. Rəqib hücumda çox yaxşı idi, topla da yaxşı rəftar edirdi. Müdafiədə daha etibarlı oynamalıyıq. Ümumiyyətlə, bizdə çatışmayan komanda oyunudur. Çünki əksəriyyətimiz burada yeniyik. Hələ də bir-birimizə öyrəşməmişik. Buna baxmayaraq, çalışırıq ki, məşqçinin bizə aşıladığı taktikanı doğru həyata keçirək. Hələ ki, anlaşmada problemlər var".

Basketbolçu II turda "Lənkəran"a qarşı keçirəcəkləri matç haqqında da fikirlərini bölüşüb:

"Son 3 gündə məşq prosesi çox faydalı oldu. Rəqibin oyununu təhlil etmişik. Amma daha çox öz oyunumuza köklənməliyik. Hələ ki, heyətimiz kifayət qədər kompakt deyil. Əsas atışlara diqqət ayırırıq. Mən hələlik bu liqada yeniyəm. Komandaları tanımağa çalışıram. İndiki vəziyyətdə hansısa komandaya üstünlük verə bilmərəm. İstənilən halda, hər oyun bizim üçün çətin olacaq. Əsas məsələ yaxşı müdafiə olunmaqdır. İlk oyunda azarkeşlər bizi çox yaxşı dəstəklədilər. Bu, çox xoşuma gəldi".

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında yeni mövsümünün püşkü atılıb

Həndbol üzrə Azərbaycan çempionatında yeni mövsümünün püşkü atılıb

Komanda
AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

Komanda
Atıcılıq üzrə “Zəfər Kuboku” başlayıb

Atıcılıq üzrə “Zəfər Kuboku” başlayıb

Komanda
Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib   

Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib  

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında iştirak edəcək komandalar bəlli olub

Həndbol üzrə Azərbaycan çempionatında iştirak edəcək komandalar bəlli olub

Komanda
Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib

Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib

Komanda
Azərbaycanın qadın voleybol millisi bu gün Sloveniyanın qonağı olacaq

Azərbaycanın qadın voleybol millisi bu gün Sloveniyanın qonağı olacaq

Komanda
Maykl Cordanın rekordu təkrarlanıb

Maykl Cordanın rekordu təkrarlanıb

Komanda
Bakıda həndbol üzrə Avropa çempionatının ilkin təsnifat turnirinin açılışı olub

Bakıda həndbol üzrə Avropa çempionatının ilkin təsnifat turnirinin açılışı olub

Komanda
Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Komanda
Xokkey üzrə Dünya Kuboku təxirə salınıb

Xokkey üzrə Dünya Kuboku təxirə salınıb

Komanda
Beynəlxalq Paralimpiya Komitəsi Rusiya və Belarusun üzvlüyünü dayandırıb

Beynəlxalq Paralimpiya Komitəsi Rusiya və Belarusun üzvlüyünü dayandırıb