Bakıda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib

Bakıda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib

Bakıda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının XVII Plenar Assambleyası təşkil edilib.

"Report" xəbər verir ki, ölkəmizdə ilk dəfə baş tutan tədbirdə 24 ölkədən 60-a yaxın nümayəndə iştirak edib.

Tədbir zamanı Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın videomüsahibəsi təqdim edilib. O, assambleyanın önəmindən danışıb, iştirakçılara uğurlar arzulayıb.

Daha sonra tədbirdə çıxış edən Azərbaycan Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Florian Zenqstşmid son illər ölkəmizdə qış idman növlərinin inkişafı, lazımi infrastrukturun yaradılması, yerli idmançıların formalaşdırılması, o cümlədən insanların qış idman növlərinə marağının artırılması istiqamətində həm dövlət, həm də federasiya tərəfindən əhəmiyyətli işlərin görüldüyünü və bu sahəyə xüsusi diqqət ayrıldığını bildirib. O, cari ilin mart ayında Azərbaycanda xizək alpinizmi üzrə beynəlxalq seriya yarışının keçirilməsinin, buz meydançasının açılmasının, həmçinin ilkin mərhələdə bir sıra qış idman növlərinin istifadəyə verilməsinin bu sahənin inkişafının bariz nümunəsi olduğunu qeyd edib.

F.Zenqstşmid 2025-ci ilin yanvar ayında “Şahdağ” Turizm Mərkəzində keçiriləcək xizək alpinizmi üzrə Dünya Kubokunun ən yüksək səviyyədə təşkili ilə bağlı müvafiq işlərin aparıldığını və yamacların yarışın keçirilməsi üçün hazır vəziyyətə gətirildiyini diqqətə çatdırıb.

Görüşdə çıxış edən Beynəlxalq Xizək Alpinizmi Federasiyasının prezidenti Requla Meyer Azərbaycanda xizək idman növlərinə marağın artmasını və beynəlxalq standartlara cavab verən yamacların və infrastruktun yaradılmasını yüksək qiymətləndirib. R.Meyer beynəlxalq federasiyanın gələcəkdə də Avropa və dünya çempionatları kimi irimiqyaslı yarışların Azərbaycanda keçirilməsinə hazır olduğunu bildirib.

Assambleyada aparılan müzakirələr zamanı Beynəlxalq Xizək Alpinizmi Federasiyası tərəfindən il ərzində həyata keçirilən tədbirlər, qarşıda duran hədəflər və nəzərdə tutulan layihələr haqqında məlumat verilib, yeni üzvlər qəbul edilib.

Fərdi
Azərbaycanı olimpiadada təmsil etmiş fiqurlu konkisürən karyerasını bitirib

Azərbaycanı olimpiadada təmsil etmiş fiqurlu konkisürən karyerasını bitirib

Fərdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası dünya çempionatına dəvət alıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası dünya çempionatına dəvət alıb

Fərdi
Gövhər Beydullayevadan sonra Abdulla Qədimbəyli də dünya çempionu olub

Gövhər Beydullayevadan sonra Abdulla Qədimbəyli də dünya çempionu olub

Fərdi
Ulu Öndərin xatirəsinə həsr edilən beynəlxalq yarış başa çatıb

Ulu Öndərin xatirəsinə həsr edilən beynəlxalq yarış başa çatıb

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni Almatıda bürünc medal qazanıb

Azərbaycanın fiqurlu konkisürəni Almatıda bürünc medal qazanıb

Fərdi
V1 Challenge Bakı Kuboku keçirilib

V1 Challenge Bakı Kuboku keçirilib

Fərdi
Azərbaycan cüdoçularının Bakıdakı Böyük Dəbilqədə ilk rəqibləri bəlli olub

Azərbaycan cüdoçularının Bakıdakı Böyük Dəbilqədə ilk rəqibləri bəlli olub

Fərdi
Rafiq Hüseynov: “Azərbaycan yığması üçün rəqibin kimliyinin önəmi yoxdur”

Rafiq Hüseynov: “Azərbaycan yığması üçün rəqibin kimliyinin önəmi yoxdur”

Fərdi
Azərbaycanlı güləşçi Dünya Kubokunda bürünc medal qazanıb

Azərbaycanlı güləşçi Dünya Kubokunda bürünc medal qazanıb

Fərdi
Azərbaycanın yunan-Roma güləşçisi dünya ikincisi olub

Azərbaycanın yunan-Roma güləşçisi dünya ikincisi olub

Fərdi
Baş katib: “Hazırda Azərbaycan cüdosunda çatışmayan 3 əsas məqam var”

Baş katib: “Hazırda Azərbaycan cüdosunda çatışmayan 3 əsas məqam var”

Fərdi
"Shusha Chess 2022": Teymur Rəcəbov Şəhriyar Məmmədyarovla qarşılaşacaq

"Shusha Chess 2022": Teymur Rəcəbov Şəhriyar Məmmədyarovla qarşılaşacaq