Paris-2024-ün qalibi: "Kəpəz"in taleyi mənim karyerama bənzəyir"

Paris-2024-ün qalibi: "Kəpəz"in taleyi mənim karyerama bənzəyir"

"Kəpəz"in taleyi mənim karyerama bənzəyir.

Bunu "Report"a açıqlamasında Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarının qalibi, parataekvondoçu İmaməddin Xəlilov deyib.

Ötən gün Gəncədə "Kəpəz" klubunun qonağı olan 26 yaşlı idmançı təəssuratlarını bölüşüb:

"Məni "Kəpəz"in məşqinə kubun icraçı direktoru Cabir İbrahimov dəvət etdi. Gəncədəki stadionun tikintisi ilə tanış oldum. "Kəpəz"in ilk 8 turda məğlub olduğunu bilirəm. "Kəpəz"in taleyi mənim karyerama bənzəyir. Mən də ilk 7 il dayanmadan məğlub olurdum. Səkkizinci ilimdə isə parataekvondo üzrə Olimpiya çempionu oldum. Futbolçularla bu barədə söhbət etdim. Onlar da məni Paris-2024-də qazandığım uğurla bağlı təbrik etdilər".

O, doğma şəhərinin klubunun azarkeşi olduğunu və daha əvvəllər bir neçə oyunu stadiondan canlı izlədiyini bildirib:

"Mən əvvəlki illərdə "Kəpəz"i dəstəkləyən fan-klublardan birinin üzvü olmuşam. Şükürlər olsun ki, komanda uğursuzluq seriyasına son qoydu və ilk qələbəsini qazandı. Məncə, "Kəpəz" mövsümün sonunda turnir cədvəlinin ilk "dördülüy"ündə yer alacaq və avrokuboklara vəsiqə əldə edəcək".

Qeyd edək ki, klubla görüş zamanı İmaməddin Xəlilova "Kəpəz"in forması hədiyyə olunub.

Futbol
"Neftçi"də zədəli futbolçuların son durumu açıqlanıb

"Neftçi"də zədəli futbolçuların son durumu açıqlanıb

Futbol
Azərbaycan Premyer Liqasının oyunundan sonra baş məşqçi ilə futbolçu dalaşıb

Azərbaycan Premyer Liqasının oyunundan sonra baş məşqçi ilə futbolçu dalaşıb

Futbol
Azərbaycan millisi tarixində mütləq rekord vurulub

Azərbaycan millisi tarixində mütləq rekord vurulub

Futbol
"Barselona" La Liqanı məhkəməyə verib

"Barselona" La Liqanı məhkəməyə verib

Futbol
“Səbail”in kapitanı: “Hamımız gözləyirik ki, Argentina finalda uduzsun”

“Səbail”in kapitanı: “Hamımız gözləyirik ki, Argentina finalda uduzsun”

Futbol
Azərbaycanlı futbolçu dünya reytinqində ilk “10-luq”dan kənarda qalıb

Azərbaycanlı futbolçu dünya reytinqində ilk “10-luq”dan kənarda qalıb

Futbol
“Barselona” İspaniya Superkubokunda rekordu yeniləyib

“Barselona” İspaniya Superkubokunda rekordu yeniləyib

Futbol
Azərbaycan millisinin məşqçisi İtaliya klubu ilə müqavilə imzalayıb

Azərbaycan millisinin məşqçisi İtaliya klubu ilə müqavilə imzalayıb

Futbol
"Nant"ın futbolçusu: "Qarabağ"a qarşı daha aqressiv oynamalı idik"

"Nant"ın futbolçusu: "Qarabağ"a qarşı daha aqressiv oynamalı idik"

Futbol
"Neftçi" İtaliyada "Roma"ya minimal hesabla uduzub

"Neftçi" İtaliyada "Roma"ya minimal hesabla uduzub

Futbol
Portuqaliya millisinin baş məşqçisi istefaya göndəriləcək

Portuqaliya millisinin baş məşqçisi istefaya göndəriləcək

Futbol
Veteran futbolçu: "Hər zaman yığmaya yerli mütəxəssisin başçılıq etməsini istəmişəm"

Veteran futbolçu: "Hər zaman yığmaya yerli mütəxəssisin başçılıq etməsini istəmişəm"