Azərbaycan çempionu olmuş Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Azərbaycan çempionu olmuş Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Azərbaycan çempionu olmuş Vətən müharibəsi şəhidi, atlet Arif Qeybiyevin xatirəsi Astarada yad edilib.

"QELEBE.AZ" xəbər verir ki, Azərbaycan Atletika Federasiyasının (AAF) baş katibi Məhərrəm Sultanzadə, qurumun İcraiyyə Komitəsinin üzvü, Respublika Olimpiya Mərkəzinin direktoru Şəlalə Yaqubova, beynəlxalq əlaqələr və inkişaf şöbəsinin müdiri Kənan Məhərrəmov, Astara rayonu üzrə gənclər və idman sektorunun müdiri Rufan Şirinov və federasiyanın Astaradakı nümayəndəsi Rəşad Əliyev Ərçivan qəsəbəsində şəhidin ailə üzvləri ilə görüşüb.

Daha sonra şəhidin rayondakı məzarı ziyarət edilib. Görüşdə AAF-ın prezidenti Cavid Qurbanovun şəhidin ailəsinə diləklərini çatdıran qurum rəsmiləri Arif Qeybiyevin atletikada əldə etdiyi yüksək nailiyyətlərdən danışaraq, onun həm idmançı kimi, həm də şərəfli döyüş yolu ilə örnək olduğunu vurğulayıblar.

Qeyd edək ki, Arif Qebiyev dəfələrlə kros qaçışı üzrə Azərbaycan çempionu olmaqla yanaşı, müxtəlif yerli və beynəlxalq yarışların qalib və mükafatçısı olub. Sentyabrın 27-də Füzuli istiqamətindəki döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn Arif Qeybiyev "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Fərdi
Bakıda keçiriləcək beynəlxalq turniri 16 ölkənin telekanalı yayımlayacaq

Bakıda keçiriləcək beynəlxalq turniri 16 ölkənin telekanalı yayımlayacaq

Fərdi
MOK rəsmisi: "Azad edilmiş ərazilərdə mütləq idman infrastrukturu da olacaq"

MOK rəsmisi: "Azad edilmiş ərazilərdə mütləq idman infrastrukturu da olacaq"

Fərdi
Azərbaycan tennisçisi erməniyə qalib gələrək növbəti mərhələyə yüksəlib

Azərbaycan tennisçisi erməniyə qalib gələrək növbəti mərhələyə yüksəlib

Fərdi
Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub

Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub

Fərdi
Dünya Kuboku: Azərbaycan yığması gümüş medal qazanıb

Dünya Kuboku: Azərbaycan yığması gümüş medal qazanıb

Fərdi
Alim Nəbiyev: "Çəkiölçmə mərasiminə kostyumla qatılmaq mənim imicimdir"

Alim Nəbiyev: "Çəkiölçmə mərasiminə kostyumla qatılmaq mənim imicimdir"

Fərdi
Azərbaycan karateçiləri Yunanıstanda beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycan karateçiləri Yunanıstanda beynəlxalq turnirdə iştirak edəcəklər

Fərdi
Azərbaycanda daha 3 idman federasiyası ləğv olunub

Azərbaycanda daha 3 idman federasiyası ləğv olunub

Fərdi
Əfsanəvi tennisçi 20 il sonra öz antirekordunu təkrarlayıb

Əfsanəvi tennisçi 20 il sonra öz antirekordunu təkrarlayıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın bədii gimnastı finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın bədii gimnastı finala yüksəlib

Fərdi
Azərbaycan cüdoçularının Olimpiya Dünya Reytinqindəki mövqeləri bəlli olub

Azərbaycan cüdoçularının Olimpiya Dünya Reytinqindəki mövqeləri bəlli olub

Fərdi
Azərbaycanın Avropa çempionatında iştirak etmiş cüdoçuları Vətənə qayıdıb

Azərbaycanın Avropa çempionatında iştirak etmiş cüdoçuları Vətənə qayıdıb