Şuşada Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib

Şuşada Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada 10-cu dəfə keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının açılış mərasimi baş tutub.

"Report" xəbər verir ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkil etdiyi turnirin açılış mərasimi Şuşa otelində olub.

Əvvəlcə Şuşa rayonunda Azərbaycanın xüsusi nümayəndəliyinin baş məsləhətçisi Süleyman Rüstəmov çıxış edərək qonaqları salamlayıb.

Sonra Vüqar Həşimovun ömür yoluna və karyerasına həsr olunan video nümayiş etdirilib. Ardınca Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov çıxış edərək turnirdə güclü şahmatçıların iştirak etdiyini vurğulayıb.

M.Məmmədov Vüqar Həşimovun dünyanın tanınmış şahmatçılarından biri olduğunu qeyd etməklə turnirin böyük tarixə malik olduğunu bildirib.

Əvvəlki illərdə Şəmkir, Bakı və Qəbələdə baş tutan Vüqar Həşimov Memorialının tarixi anlarını əks etdirən video göstərilib. Bundan sonra isə söz Memorialın Təşkilat Komitəsinin rəhbəri, Vüqar Həşimovun atası Qasım Həşimova verilib. O, ailəsi adından turnirin ənənəvi olaraq hər il keçirilməsinə dəstək olan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Açılış mərasiminin sonunda Vüqar Həşimov Memorialının baş hakimi Rauf Hacılı şahmatçılara qaydalar barədə məlumat verib. Sonra püşk mərasimi təşkil olunub. Şahmatçılar xüsusi saatları seçərək sıra nömrələrini müəyyənləşdirib.

Rapid yarışında I turda rəmzi olaraq ilk gedişləri Vüqar Qasım Həşimov, Mahir Məmmədov, Paraolimpiya Oyunlarının ikiqat qalibi, dəfələrlə dünya və Avropa çempionu İlham Zəkiyev və Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibinin müavini Mədət Quliyev edib.

Qeyd edək ki, turnirdə Azərbaycanı üç şahmatçı təmsil edir. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır. Turnirdə eyni zamanda Nodirbek Abdussatorov (Özbəkistan), şahmat tacı uğrunda görüşdə iştirak etmiş Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) mübarizə aparırlar.

Yarışın qalibi rapid və blits üzrə oyunların nəticələrinin cəminə əsasən müəyyənləşəcək.

Fərdi
Turan Bayramov: "Gümüş medalı şəhid qardaşlarımıza həsr edirəm"

Turan Bayramov: "Gümüş medalı şəhid qardaşlarımıza həsr edirəm"

Fərdi
Rəşad Rəsullu: "Bizə elə legioner cüdoçu lazımdır ki, gələn kimi nəticə versin"

Rəşad Rəsullu: "Bizə elə legioner cüdoçu lazımdır ki, gələn kimi nəticə versin"

Fərdi
Kanoe və avarçəkmə üzrə Serbiyadakı dünya çempionatı baş tutmaya bilər

Kanoe və avarçəkmə üzrə Serbiyadakı dünya çempionatı baş tutmaya bilər

Fərdi
Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb

Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın qrup komandası finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qrup komandası finala yüksəlib

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi üçün uğursuz gün

Dünya çempionatı: Azərbaycanın şahmat millisi üçün uğursuz gün

Fərdi
Vüqar Talıbov: "Qızıl medala hava-su kimi ehtiyacım var idi"

Vüqar Talıbov: "Qızıl medala hava-su kimi ehtiyacım var idi"

Fərdi
Azərbaycanın şahmat komandaları Avropa Kubokuna qələbə ilə başlayıb

Azərbaycanın şahmat komandaları Avropa Kubokuna qələbə ilə başlayıb

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə 10-cu olub

Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə 10-cu olub

Fərdi
Azərbaycanı olimpiadada təmsil etmiş fiqurlu konkisürən karyerasını bitirib

Azərbaycanı olimpiadada təmsil etmiş fiqurlu konkisürən karyerasını bitirib

Fərdi
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək

Fərdi
ACF-in vitse-prezidenti: "Dünya çempionatında qızıl medal qazanmaq istəyirik"

ACF-in vitse-prezidenti: "Dünya çempionatında qızıl medal qazanmaq istəyirik"