Ağasəlim Mircavadov: Santuş komandanı dünya çempionatının seçmə mərhələsinə hazırlayır

Ağasəlim Mircavadov: Santuş komandanı dünya çempionatının seçmə mərhələsinə hazırlayır

Düşünürəm ki, baş məşqçi komandanı daha çox dünya çempionatının seçmə mərhələsinə hazırlayır.

Bunu “Report”a açıqlamasında AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Azərbaycan yığmasının Millətlər Liqasında İsveç və Slovakiyaya qarşı keçirdiyi oyunlar haqqında danışarkən deyib.

Azərbaycan millisinin sabiq baş məşqçisi komandanın Slovakiya ilə oyunda çox zəif təsir bağışladığını vurğulayıb:

“Baş məşqçinin gələcəklə bağlı planlarını bilmirik. Düzdür, əcnəbi mütəxəssisdir, Azərbaycanın futbolçularını tanımır. Bu səbəbdən tez-tez dəyişiklik edir. Yığma İsveçlə matçda yaxşı oynadı, tez-tez qol vəziyyətləri yaratdılar. Problem müdafiə ilə bağlıdır. Slovakiyaya qarşı çox zəif oynadılar. Futbolçular sanki bir-birilərini anlamırdılar. İsveçlə oyundan fərqli, istək görünmürdü, həvəsli deyildilər. Ümumiyyətlə, komanda şəklində müdafiə olunmağa öyrəşməmişik. Bunun üzərində işləməliyik”.

76 yaşlı mütəxəssis Fernandu Santuşun Azərbaycan millisini dünya çempionatının seçmə mərhələsinə hazırladığını düşünür:

“Santuş bütün futbolçuları yoxlamaq istəyir. Oktyabrdakı matçlara bəzi oyunçular çağırılmaya bilər. Düşünürəm ki, baş məşqçi komandanı daha çox dünya çempionatının seçmə mərhələsinə hazırlayır. İndiki turnir Avropaya çıxış deyil. Amma bizim kimi yığmalara hazırlıq dönəmi üçün çox yaxşıdır. Komanda əvvəlki taktika ilə oynayır. Sadəcə, Santuş oyunçuların yerini dəyişib. Məsələn, Ramil Şeydayevi ilk oyunda sağ, Toral Bayramovu isə sol cinahda sınayıb. Halbuki Toral “Qarabağ”da sol cinah müdafiəçisi kimi çıxış edir. Bəzi futbolçuların mövqelərini dəyişəndə oyunları alınmır. Səbrli olmaq lazımdır. Millətlər Liqasının sonunda baş məşqçinin fikirlərinin nə olduğunu biləcəyik”.

Qeyd edək ki, Azərbaycan millisi Fernandu Santuşun rəhbərliyi altında Millətlər Liqasında ilk oyunda İsveçə 1:3, ikinci görüşdə isə Slovakiyaya 0:2 hesabı ilə məğlub olub.

Futbol
XXI əsrdə ən çox oyun keçirən futbolçular

XXI əsrdə ən çox oyun keçirən futbolçular

Futbol
Moldova - Azərbaycan oyununu ukraynalı hakimlər idarə edəcək

Moldova - Azərbaycan oyununu ukraynalı hakimlər idarə edəcək

Futbol
Messi Qvardiolanın futbola çox "zərər" verdiyini bildirib

Messi Qvardiolanın futbola çox "zərər" verdiyini bildirib

Futbol
"Champions Chess Tour": Məmmədyarov turniri məğlubiyyətlə başa vurub

"Champions Chess Tour": Məmmədyarov turniri məğlubiyyətlə başa vurub

Futbol
AFFA-nın baş katibi: “FIFA-nın müraciətindən sonra bu məsələ müzakirə olunacaq”

AFFA-nın baş katibi: “FIFA-nın müraciətindən sonra bu məsələ müzakirə olunacaq”

Futbol
Azərbaycanlı hakim Superfinala təyinat alıb

Azərbaycanlı hakim Superfinala təyinat alıb

Futbol
Azərbaycan millisinin futbolçusu zədələnib

Azərbaycan millisinin futbolçusu zədələnib

Futbol
Avropa Liqası: "Qarabağ"ın rəqibi ilk qələbəsini qazanıb

Avropa Liqası: "Qarabağ"ın rəqibi ilk qələbəsini qazanıb

Futbol
“Sumqayıt”ın yoxlama görüşündəki rəqibi dəyişib

“Sumqayıt”ın yoxlama görüşündəki rəqibi dəyişib

Futbol
"Turan Tovuz"un legioneri: "Özümə yeni ev tapdığım üçün xoşbəxtəm"

"Turan Tovuz"un legioneri: "Özümə yeni ev tapdığım üçün xoşbəxtəm"

Futbol
"Barselona"nın futbolçusu əməliyyat olunub

"Barselona"nın futbolçusu əməliyyat olunub

Futbol
Zinəddin Zidan: "Yenidən baş məşqçiliyə qayıtmağa yaxınam"

Zinəddin Zidan: "Yenidən baş məşqçiliyə qayıtmağa yaxınam"