“Qəbələ”nin idman direktoru: Şuaybu AFFA əməkdaşları tərəfindən də yoxlanıldı, heç bir problem yoxdur - MÜSAHİBƏ

“Qəbələ”nin idman direktoru: Şuaybu AFFA əməkdaşları tərəfindən də yoxlanıldı, heç bir problem yoxdur - MÜSAHİBƏ

"Qəbələ"nin idman dirketoru Səbuhi Səfiyarlı “QELEBE.AZ”a müsahibə verib. Klub rəsmisi komandanın I Liqada yeni mövsümə hazırlığı, transferlər, akademiyanın durumu, klubun sponsor problemi və qarşıdakı planlarla bağlı fikrilərini bölüşüb.

- Komanda yeni mövsümə necə hazırlaşıb və əsas hədəflər nədən ibarətdir?

- Hədəflərimiz bəllidir, növbəti mövsümdən Azərbaycan Premyer Liqasına qayıtmaq istəyirik. İşlərimiz də bu istiqamətdədir. Düzdür, I Liqaya oyunçu gətirmək çətindir. Hər istədiyini həyata keçirə bilmirsən. İmkan daxilində heyəti gücləndirməyə çalışdıq.

- Digər klubları təhlil etmisiz? Ümumiyyətlə, I Liqada durumu necə qiymətləndirirsiniz?

- I Liqada iştirak edən komandaların oynadıqları meydanlar ürəkaçan deyil. Hazırda çempionatın ən böyük problemi budur. Heyət baxımından hərə öz imkanı daxilində güclənməyə çalışır. Yaxşı komandalar var. Premyer Liqaya vəsiqə qazanmaq istəyən heç bir kluba asan olmayacaq. Özümüzü kimdənsə fərqləndirmək istəməzdim. Yaxşı heyət yığanlar var, hansı ki, birinci yer uğrunda mübarizə aparacaqlar.

- Transfer məsələləri yekunlaşıb, yoxsa yenilik gözlənilir?

- Yeni transferlər ola bilər. Güclü futbolçular axtarırıq. İstədiyimizi tapa bilsək, danışıqlara başlamaq mümkündür.

- “Qəbələ” növbəti mövsümdən Premyer Liqaya vəsiqə qazansa, hazırkı transferlərin aqibəti necə olacaq? Komandada qalacaqlar?

- Futbolçuların müqavilə müddətləri fərqlidir. Bəzilərində 1, "1+1" və ya 2 illikdir. Hamısı haqqında eyni sözü demək olmaz.

- Hepatit B virusuna yoluxduğu deyilən Abdullahi Şuaybunun test nəticələri necə oldu?

- Şuaybu AFFA əməkdaşları tərəfindən də yoxlanıldı, heç bir problem yoxdur. “Liv Bona Dea”da verdiyi testin nəticəsi neqativ oldu.

- AFFA “Qəbələ”yə maliyyə yardımı məsələsində lazımi səviyyədə kömək etdi?

- Akademiyanın yaşaması, infrastrukturun qorunması üçün imkan daxilində dəstək göstərildi. Biz də akademiyanın durumunu buna uyğunlaşdırmağa çalışdıq. Strategiyanı təhlil etdik, U-16 yaş qrupu üzrə keçirilən turnirdən geri çəkildik. Yəni bir yaş qrupu üzrə çempionatda olmayacağıq. Qalan qrupların 90 faizini qorumağa çalışdıq. Klubun himayədarlarının və bəzi dostların köməyi ilə maliyyə yardımı olundu. İmkan daxilində hər şeyi qorumağa çalışdıq. Bir yaş qrupu üzrə təmsil olunmamağımız, məncə, minimum itkidir. Əslində itki sayılmır. Sadəcə, həmin uşaqları daha yuxarı yaş qrupuna - U-17-yə keçirdik. Komandanı tam dağıtmadıq. Buradakı istedadlı uşaqlar özlərindən bir yaş böyüklərlə yola davam edəcəklər.

- Akademiyanın sponsor məsələsi nə yerdə qalıb?

- Əvvəlki sponsorla müqavilə müddəti bitdikdən sonra yolları ayırdıq. İki şirkətlə müqaviləmiz davam edir. I Liqaya düşməyimizə baxmayaraq, bizimlə davam etdiklərinə görə həmin şirkətlərə minnətdarlığımızı bildiririk. I Liqada sponsor tapmaq çətindir. Bu hətta Premyer Liqa klubları üçün belə çətindir. Düzdür, oyunlarımız canlı yayımlanacaq. Amma istədiyimiz kimi olmayacaq. Çünki azarkeş, auditoriya məsələsi var.

- Akademiya və əsas komanda ilə bağlı başqa hansı planlar var?

- Məqsəd əsas komandanı gücləndirib Premyer Liqaya qayıtmaqdır. Bəzi layihələrimizi müvəqqəti təxirə salmışıq. Yəqin ki, qayıtdıqdan sonra davam edəcəyik. Seçimləri bu il də həyata keçirdik. 500-dən çox uşaq qatılmışdı. “Qəbələ” akademiyası uşaqlar üçün yenə də maraqlıdır, müraciət edənlər çoxdur. Biz də imkan daxilində qəbul etməyə çalışırıq. Amma təbii ki, Premyer Liqada olduğu kimi deyil.

Futbol
Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb

Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb

Futbol
Avropa Liqası: Pley-offun püşkü atılıb

Avropa Liqası: Pley-offun püşkü atılıb

Futbol
Murad Musayev: “Krasnodar”ın Kadiyə təklif etdiyi maliyyə şərtləri daha yaxşı olacaq”

Murad Musayev: “Krasnodar”ın Kadiyə təklif etdiyi maliyyə şərtləri daha yaxşı olacaq”

Futbol
KİV: Tarixin ən titullu futbolçusu Dani Alves cinsi təcavüzdə ittiham olunur

KİV: Tarixin ən titullu futbolçusu Dani Alves cinsi təcavüzdə ittiham olunur

Futbol
Çingiz Abdullayev "Neftçi"nin Müşahidə Şurasından gedib

Çingiz Abdullayev "Neftçi"nin Müşahidə Şurasından gedib

Futbol
DÇ-2022-də qalmaqal: Etoo azarkeşi döyüb - VİDEO

DÇ-2022-də qalmaqal: Etoo azarkeşi döyüb - VİDEO

Futbol
DÇ-2022: Argentinanın Fransaya, cənubi amerikalıların avropalılara qarşı üstünlüyü - TƏHLİL

DÇ-2022: Argentinanın Fransaya, cənubi amerikalıların avropalılara qarşı üstünlüyü - TƏHLİL

Futbol
Azərbaycan - Qazaxıstan oyununu almaniyalı hakimlər idarə edəcək

Azərbaycan - Qazaxıstan oyununu almaniyalı hakimlər idarə edəcək

Futbol
Çilili baş məşqçi Braziliya millisinə rəhbərlik edə bilər

Çilili baş məşqçi Braziliya millisinə rəhbərlik edə bilər

Futbol
PSJ Messi ilə müqaviləni uzatmaq istəyir

PSJ Messi ilə müqaviləni uzatmaq istəyir

Futbol
Pike karyerasının son matçında qırmızı vərəqə alıb

Pike karyerasının son matçında qırmızı vərəqə alıb

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Uduzduğumuz oyundan sonra dönüş yaratmaq istəyirdik"

"Qəbələ"nin baş məşqçisi: "Uduzduğumuz oyundan sonra dönüş yaratmaq istəyirdik"