"Zirə"nin qapıçısı: Təhlillərə əsasən ilk 3 penaltini hara vuracaqlarını bilirdim

"Zirə"nin qapıçısı: Təhlillərə əsasən ilk 3 penaltini hara vuracaqlarını bilirdim

Təhlillərə əsasən ilk 3 penaltini hara vuracaqlarını bilirdim. Amma son ikisi öz hissiyyatımla bağlıdır.

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Zirə"nin qapıçısı Tiaqo Silva Bakıda Xorvatiyanın "Osiyek" komandasına penaltilər seriyasında qalib gəldikləri (əsas və əlavə vaxtda 2:2) UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra deyib.

Braziliyalı qolkiper komandası ilə qürur duyduğunu bildirib:

"Yaxşı çempionatı təmsil edən və futbol ölkəsindən gələn bir kollektivə qarşı mübarizə aparıb, layiqli qələbə qazandıq. Bunun üçün xoşbəxtik. Onlar hər həftə Xorvatiyanın böyük klublarına qarşı mübarizə aparırlar. Amma ümumilikdə nəticədən məmnunuq. Pley-offda “Omoniya” ilə oyunlara köklənməliyik”.

24 yaşlı portuqaliya oyunçu penaltilər seriyasından əvvəl baş məşqçi Rəşad Sadıqovun onunla söhbət etdiyini vurğulayıb:

"Mənə bildirdi ki, “Şerif”lə keçirdiyimiz penaltilər seriyasında o qədər də məmnun qalmayıb. Baş məşqçimiz bizim doğrularımızı və səhvlərimizi bilir. Mən bunu pozitiv qəbul edirəm. Bəlkə də bunun nəticəsidir ki, penaltilər seriyasında uğurlu oldum".

O, pley-offda qarşılaşacaqları Kiprin “Omoniya” kollektivi haqqında da danışıb:

"Biz heç kimdən çəkinmirik. Rəqibin kimliyindən aslı olmayaraq, bu kollektiv və komanda sonadək mübarizə aparacaq. İnanırıq ki, bunun nəticəsində də istədiyimizə nail olacağıq".

Futbol
Azərbaycan millisinin rəqibi: “AVRO-2024-də bunu unutdurmalıyıq”

Azərbaycan millisinin rəqibi: “AVRO-2024-də bunu unutdurmalıyıq”

Futbol
UEFA "Qarabağ"a yarım milyon avro ödəniş edib

UEFA "Qarabağ"a yarım milyon avro ödəniş edib

Futbol
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib

Futbol
Marko Veşoviç: “Səbail” Azərbaycan çempionatının ən zəif komandasıdır”

Marko Veşoviç: “Səbail” Azərbaycan çempionatının ən zəif komandasıdır”

Futbol
Musa Qurbanlı Azərbaycan çempionatlarında 38-ci pokerin müəllifi olub

Musa Qurbanlı Azərbaycan çempionatlarında 38-ci pokerin müəllifi olub

Futbol
Mirabdulla Abbasov: "Neftçi"yə qalib gəlmək istəyirik"

Mirabdulla Abbasov: "Neftçi"yə qalib gəlmək istəyirik"

Futbol
Qurban Qurbanov: "Olimpiakos" bu matça son şans kimi baxır"

Qurban Qurbanov: "Olimpiakos" bu matça son şans kimi baxır"

Futbol
Türkiyə millisində baş məşqçi ilə bağlı qərar açıqlanıb

Türkiyə millisində baş məşqçi ilə bağlı qərar açıqlanıb

Futbol
“Əl-Nəsr” Ronaldonun formasından 22 milyon 638 min dollar qazanc götürüb

“Əl-Nəsr” Ronaldonun formasından 22 milyon 638 min dollar qazanc götürüb

Futbol
Obameyanq "Çelsi"yə keçib

Obameyanq "Çelsi"yə keçib

Futbol
Qurban Qurbanov: "Komandada bir az narahatlıq var idi"

Qurban Qurbanov: "Komandada bir az narahatlıq var idi"

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Uduzduğumuz oyundan sonra dönüş yaratmaq istəyirdik"

"Qəbələ"nin baş məşqçisi: "Uduzduğumuz oyundan sonra dönüş yaratmaq istəyirdik"