Qurban Qurbanov: Bu, Azərbaycanın “Qarabağ”ı idi, mənim “Qarabağ”ım idi

Qurban Qurbanov: Bu, Azərbaycanın “Qarabağ”ı idi, mənim “Qarabağ”ım idi

Bu, Azərbaycanın “Qarabağ”ı idi, mənim “Qarabağ”ım idi.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bolqarıstan təmsilçisi "Ludoqorets"ə (Bolqarıstan) qarşı UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis 7:2 hesablı qələbəni şərh edib:

"Futbolçularımı təbrik edirəm. Bu matçda məğlub olsaydıq da, oyundan həzz alırdım. Bakıda da bu komandanın gücünü görmüşdük. Bizə xoş olmayan oyun üslubuna malikdirlər. Bunun da qarşısını almalı idik. Hesabda öndə olsaq da, standart vəziyyətlərdən iki qol buraxdıq. Rəqibin ən üstün tərəfi olan əks-hücumlarda bir az diqqətsiz oynadıq. Amma oyunu ələ almağı bacardıq. Futbolçularla da söhbətimiz olmuşdu ki, sonadək soyuqqanlı oynamalıyıq. İlk dəqiqələrdə bir az həyəcan olsa da, oyunu tam ələ ala bildilər. Ümidsiz deyildim və futbolçulara demişdim ki, belə matçlardan çox keçmişik. Onlara hətta 120 dəqiqə oynamalı ola biləcəyimizi söyləmişdim. Psixoloji cəhətdən buna hazır olmalı idik. Futbolçularıma yalnız “afərin”, “əhsən” düşür. Bütün Azərbaycanı, azarkeşlərimizi təbrik edirəm. Bu oyun sanki bir triller idi. Bu, Azərbaycanın “Qarabağ”ı idi, mənim “Qarabağ”ım idi. “Qarabağ”ımı təbrik edirəm”.

Q.Qurbanov Çempionlar Liqasının pley-offunda qarşılaşacaqları “Dinamo” (Zaqreb, Xorvatiya) oyunu barədə də danışıb: “Hazırda rəqib haqda heç bir məlumatın yoxdur. Bütün fikirlərimiz bu oyunda idi. “Dinamo” birbaşa pley-offda bizi gözləyən rəqibdir. Çox böyük təcrübəyə malik komandadır. Qarşıdakı günlərdə yaxından tanımağa çalışacağıq. Mərhələ keçdikcə, qarşıda daha ciddi, daha təcrübəli rəqiblər gözləyir. Buna hazır olmalıyıq. Bu matçın sevincini taz yaddan çıxarmalı və növbəti görüşə hazır olmağa çalışmalıyıq. Amma zədəlilərimiz problem yarada bilər. Belə qarşılaşmaların gedişində rotasiyalar etmək çox vacibdir. İnanıram ki, futbolçularım tam hazır olacaq. Çox istədim ki, bu kollektiv Çempionlar Liqasının əsas mərhələsində oynasın. Bu günə kimi çox böyük iş gördük. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək. Onlar bizə həmişə inanıblar, güvəniblər”.

Qeyd edək ki, səfərdə rəqibinə 7:2 hesabı ilə qalib gələn "Qarabağ" qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsinə yüksəlib. Ağdam təmsilçisinin bu mərhələdəki rəqibi "Dinamo" (Zaqreb) kollektivi olacaq.

Futbol
Kilian Mbappe PSJ-də qalmaq üçün üç şərt irəli sürüb

Kilian Mbappe PSJ-də qalmaq üçün üç şərt irəli sürüb

Futbol
Cənubi Afrika Respublikası daha bir dünya çempionatına ev sahibliyi edə bilər

Cənubi Afrika Respublikası daha bir dünya çempionatına ev sahibliyi edə bilər

Futbol
Qvardiola “Mançester Siti” ilə müqaviləsini yeniləyib

Qvardiola “Mançester Siti” ilə müqaviləsini yeniləyib

Futbol
Premyer Liqanın 2 klubu avrokuboklarda iştirak üçün müraciət etməyib

Premyer Liqanın 2 klubu avrokuboklarda iştirak üçün müraciət etməyib

Futbol
Azərbaycan Premyer Liqası oyununda insident baş verib

Azərbaycan Premyer Liqası oyununda insident baş verib

Futbol
"Neftçi" - "Qarabağ" oyununun başlama saatı açıqlanıb

"Neftçi" - "Qarabağ" oyununun başlama saatı açıqlanıb

Futbol
Daha bir ölkə dünya çempionatı üçün yekun heyətini açıqlayıb

Daha bir ölkə dünya çempionatı üçün yekun heyətini açıqlayıb

Futbol
“Qarabağ” və “Sumqayıt”ın kapitanları Premyer Liqada yubiley oyununu keçirib

“Qarabağ” və “Sumqayıt”ın kapitanları Premyer Liqada yubiley oyununu keçirib

Futbol
"Qarabağ" "Qəbələ"ni, "Sabah" "Kəpəz"i sınağa çəkəcək

"Qarabağ" "Qəbələ"ni, "Sabah" "Kəpəz"i sınağa çəkəcək

Futbol
Almaniya mundialla vidalaşıb, Yaponiya və İspaniya 1/8 finalda

Almaniya mundialla vidalaşıb, Yaponiya və İspaniya 1/8 finalda

Futbol
KİV: Pelenin vəziyyəti pisləşib

KİV: Pelenin vəziyyəti pisləşib

Futbol
"Qarabağ" Premyer Liqada yeni nailiyyətə imza atıb

"Qarabağ" Premyer Liqada yeni nailiyyətə imza atıb