Lənkəranda stolüstü tennis yarışı keçirilib

Lənkəranda stolüstü tennis yarışı keçirilib

Lənkəran Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “BEAKTİVE” Avropa İdman Həftəsi layihəsi çərçivəsində stolüstü tennis yarışı keçirilib.

Stolüstü Tennis Federasiyasından “Report”a verilən məlumata görə, turnirə Lənkəran, Astara, Masallı, Lerik, Cəlilabad, Biləsuvar, Saatlı, Sabirabad, Salyan, Hacıqabul, Şirvan, İmişli və Beyləqandan ümumilikdə 70-ə yaxın iştirakçı qatılıb.

Maraqlı mübarizənin nəticələrinə əsasən qadınlardan Güllü Qafarova (Salyan) baş mükafata layiq görülüb. Fatimə Ələkbərova (Salyan) ikinci, Azərin Qafarova (Salyan) üçüncü yeri tutub.

Kişilərin mübarizəsindən İlkin Abdulov (Şirvan) qalib ayrılıb. Mehman Səmədov (Salyan) gümüş, Elnur Yahyayev (Salyan) bürünc medal qazanıb.

Fərqlənən idmançılara, həmçinin fəal iştiraklarına görə paralimpiyaçılar Vüsal Sadıqovla Mədinə Nəhmətovaya AGİN-in və Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunub.

Qeyd edək ki, yarışın təşkilində əsas məqsəd sağlam həyat tərzinin təbliği və idmanın kütləviliyinin təmin olunmasıdır.

Fərdi
Türkiyənin məşhur tennisçisi karyerasını başa vurub

Türkiyənin məşhur tennisçisi karyerasını başa vurub

Fərdi
Ronaldu Səudiyyə klubuna keçdiyinə dair yayılan şaiyələrə aydınlıq gətirib

Ronaldu Səudiyyə klubuna keçdiyinə dair yayılan şaiyələrə aydınlıq gətirib

Fərdi
Azərbaycanın 2 karateçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın 2 karateçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Fərdi
“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında Gənclər və İdman Nazirliyi də təmsil olunur

“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında Gənclər və İdman Nazirliyi də təmsil olunur

Fərdi
Jurnalistlər arasında kartinq yarışı keçirilib

Jurnalistlər arasında kartinq yarışı keçirilib

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov hindistanlı şahmatçıya məğlub olub

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov hindistanlı şahmatçıya məğlub olub

Fərdi
Gənclər və İdman Nazirliyi "Heydər Əliyev İli" ilə bağlı videoçarx hazırlayıb

Gənclər və İdman Nazirliyi "Heydər Əliyev İli" ilə bağlı videoçarx hazırlayıb

Fərdi
Balabəy Ağayev: "Paris olimpiadasında qızıl medal qazanmağı hədəfləyirəm"

Balabəy Ağayev: "Paris olimpiadasında qızıl medal qazanmağı hədəfləyirəm"

Fərdi
Azərbaycan əsilli gimnast dünya çempionu olub - VİDEO

Azərbaycan əsilli gimnast dünya çempionu olub - VİDEO

Fərdi
Azərbaycanın cüdo üzrə Avropa çempionu: “Hədəfim qızıl medal qazanmaq idi”

Azərbaycanın cüdo üzrə Avropa çempionu: “Hədəfim qızıl medal qazanmaq idi”

Fərdi
Bakıda kikboksinq üzrə Respublika Kuboku start götürüb

Bakıda kikboksinq üzrə Respublika Kuboku start götürüb

Fərdi
Azərbaycan Tennis Federasiyasının seçki iclası olacaq

Azərbaycan Tennis Federasiyasının seçki iclası olacaq