Kolumbiyanın azlıqda qalib gəldiyi yarımfinal matçı dava ilə bitib

Kolumbiyanın azlıqda qalib gəldiyi yarımfinal matçı dava ilə bitib

Kolumbiya milli futbol komandası uruqvaylı rəqiblərini yenərək Amerika Kubokunun finalına vəsiqə qazanıb. Gərgin keçən oyundan sonra uruqvaylı futbolçularla kolumbiyalı azarkeşlər arasında dava düşüb.

“Report” xəbər verir ki, ABŞ-nin Şimali Karolina ştatının Şarlotta şəhərində keçirilən oyun kolumbiyalıların minimal hesablı qələbəsi ilə başa çatıb.

Oyunda yeganə qolu ilk hissənin sonunda İngiltərənin “Kristal Pelas”ında yarımmüdafiə mövqeyində çıxış edən 30 yaşlı Cefferson Lerma vurub. Birinci hissəyə əlavə edilmiş vaxtda isə “Kristal Pelas”ın bir başqa oyunçusu Daniel Munyos ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Matçın favoritləri sayılan uruqvaylıların təzyiqinə baxmayaraq, oyunda hesab dəyişməyib. Beləliklə, Kolumbiya qitə yarışmasının finalına çıxıb. Komandanın rəqibi Argentina yığması olacaq.

Oyundan dərhal sonra uruqvaylı futbolçularla kolumbiyalı azarkeşlər arasında əlbəyaxa dava düşüb. Tribunaya qalxaraq davada iştirak etmiş futbolçular arasında “Liverpul”un hücumçusu Darvin Nunyes və “Barselona”nın müdafiəçisi Ronald Arauxo olub. Çaxnaşmada azarkeşlərdən birinin Nunyesin başına zərbə endirdiyi görüntülənib.

“El Observador” nəşrinə qarşıdurmanın səbəblərini açıqlayan Uruqvay millisinin müdafiəçisi Xose Ximenes bunun futbolçuların ailələrinin təhlükə altında olması ilə əlaqələndirib:

“Kolumbiyanın <…> azarkeşləri bütün ailələrimizə təhlükə yaratdılar və mikrofonla danışmağa imkan vermədilər. Bu fəlakətdir, ailələrimiz təhlükə altında idi. Yeni doğulmuş balaca uşaqları olan əzizlərimizi götürmək üçün tribunalara qalxmalı olduq. Bir dənə də olsun polis yox idi, onlar yarım saatdan sonra getdilər, biz isə özümüzküləri qoruyurduq. Hər oyun ailələrimiz içməyi bacarmayan iki-üç nəfərin ucbatından əziyyət çəkir”.

Futbol
İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdə "Lids"i məğlub edib

İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdə "Lids"i məğlub edib

Futbol
Azərbaycan kubokunda iştirakçı sayı açıqlanıb

Azərbaycan kubokunda iştirakçı sayı açıqlanıb

Futbol
DÇ-2022: İngiltərə millisinin yekun heyəti bəlli olub

DÇ-2022: İngiltərə millisinin yekun heyəti bəlli olub

Futbol
Kadi Borgesin Rusiya klubuna keçidi rəsmiləşib

Kadi Borgesin Rusiya klubuna keçidi rəsmiləşib

Futbol
Mançester derbisində 9 qol vurulub

Mançester derbisində 9 qol vurulub

Futbol
“Qarabağ” və “Sumqayıt”ın kapitanları Premyer Liqada yubiley oyununu keçirib

“Qarabağ” və “Sumqayıt”ın kapitanları Premyer Liqada yubiley oyununu keçirib

Futbol
Minifutbol üzrə Azərbaycan millisi 2023-cü ilin noyabrında mundiala qatılacaq

Minifutbol üzrə Azərbaycan millisi 2023-cü ilin noyabrında mundiala qatılacaq

Futbol
Andrey Şevçenko Polşa millisinin baş məşqçisi ola bilər

Andrey Şevçenko Polşa millisinin baş məşqçisi ola bilər

Futbol
Avropa Liqası: "Arsenal"ın təxirə salınan oyununun vaxtı bəlli olub

Avropa Liqası: "Arsenal"ın təxirə salınan oyununun vaxtı bəlli olub

Futbol
Çempionlar Liqasında qrup mərhələsinin bombardirləri bəlli olub

Çempionlar Liqasında qrup mərhələsinin bombardirləri bəlli olub

Futbol
DÇ-2022: Xorvatiya - Belçika oyununda 2-ci hissə başlayıb

DÇ-2022: Xorvatiya - Belçika oyununda 2-ci hissə başlayıb

Futbol
"Sumqayıt" komandasının yeni baş məşqçisi açıqlanıb

"Sumqayıt" komandasının yeni baş məşqçisi açıqlanıb