"Araz-Naxçıvan"ın yeni transferi: Bakı heyrətamizdir

"Araz-Naxçıvan"ın yeni transferi: Bakı heyrətamizdir

Bir neçə gündür Bakıdayam, heyrətamiz şəhəriniz var. Burada olmaqdan xoşbəxtəm.

"Report"un məlumatına görə, bunu "Araz-Naxçıvan”ın yeni transferi Karlos Jatoba klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Braziliyalı futbolçu “qırmızı-ağlar”ı seçmə səbəbini izah edib: “İstənilən oyunçu yeni çağırışlara hər zaman hazır olmalıdır. Təklif alanda qısa araşdırma apardım, komanda maraq yaratdı. Planlarla tanış oldum, klubun böyümək istiqamətində çalışdığını gördüm. İddialı olmasını bəyəndim"

İlkin təəssüratlarını da bölüşən yarımmüdafiəçi uğur qazanmaq üçün birlikdə olmağın önəmini vurğulayıb: “Yaxşı məşqçilər korpusu və futbolçu heyətimiz var. Əgər bir olsaq, bir-birimiz üçün meydanda “döyüşsək”, mübarizə aparsaq, sığortalaya bilsək, yaxşı nəticələr qazanacağıq”.

K.Jatoba Azərbaycan çempionatı haqda da danışıb: “Son mövsümün gərgin keçdiyini bilirəm. Premyer Liqada oyun sayı çoxdur. Buna görə də yaxşı hazırlaşmalıyıq. Bunun öhdəsindən gələ biləcək fiziki hazırlıq məşqçimiz var. Onun tapşırıqlarını icra etməklə fiziki planda yaxşı hazırlaşa biləcəyimizi düşünürəm. Çempionatın ilk 2 turu isə çox önəmlidir. Rəqibin kimliyindən asılı olmayaraq hər iki matçda qələbə qazanmalıyıq”.

Futbol
AFFA Mirbağır İsayevin cəzasını azaldıb

AFFA Mirbağır İsayevin cəzasını azaldıb

Futbol
"Barselona" Jerar Pikenin müqaviləsini yeniləməyəcək

"Barselona" Jerar Pikenin müqaviləsini yeniləməyəcək

Futbol
Konfrans Liqası: "Başakşehir" Şotlandiya klubunu darmadağın edib

Konfrans Liqası: "Başakşehir" Şotlandiya klubunu darmadağın edib

Futbol
AFFA-nın vitse-prezidenti: "İddiamız böyük olmalıdır ki, biz də böyüyək"

AFFA-nın vitse-prezidenti: "İddiamız böyük olmalıdır ki, biz də böyüyək"

Futbol
Bu gün Premyer Liqada Azərbaycan derbisi keçiriləcək

Bu gün Premyer Liqada Azərbaycan derbisi keçiriləcək

Futbol
İngiltərə millisinin müdafiəçisi DÇ-2022-ni buraxacaq

İngiltərə millisinin müdafiəçisi DÇ-2022-ni buraxacaq

Futbol
Lionel Messi DÇ-2022-dən sonra PSJ-nin ilk oyununu buraxa bilər

Lionel Messi DÇ-2022-dən sonra PSJ-nin ilk oyununu buraxa bilər

Futbol
"Liverpul" 3 futbolçusunu satışa çıxarıb

"Liverpul" 3 futbolçusunu satışa çıxarıb

Futbol
Futbol əfsanəsi Pele vəfat edib

Futbol əfsanəsi Pele vəfat edib

Futbol
Luka Modriç Xorvatiya millisində tarixi nailiyyətə imza atıb

Luka Modriç Xorvatiya millisində tarixi nailiyyətə imza atıb

Futbol
Tərlan Əhmədov: “Eşitdiyimə görə, Şuaybu ilə maraqlananlar var”

Tərlan Əhmədov: “Eşitdiyimə görə, Şuaybu ilə maraqlananlar var”

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Hərdən komanda şəklində oyundan qopuruq"

"Qəbələ"nin baş məşqçisi: "Hərdən komanda şəklində oyundan qopuruq"