Azərbaycan Qərb Regional Futbol Federasiyasının prezidenti: Cəza tək Merihə deyil, bütün türklərə verilib

Azərbaycan Qərb Regional Futbol Federasiyasının prezidenti: Cəza tək Merihə deyil, bütün türklərə verilib

Cəza təkcə Merihə deyil, bütün türklərə, məqsədli şəkildə verilib.

Bunu “Report”a açıqlamasında Azərbaycan Qərb Regional Futbol Federasiyasının prezidenti Nadir Nəbiyev Almaniyada təşkil olunmuş Avropa çempionatının 1/4 finalında bu gün keçiriləcək oyunlarda şansları dəyərləndirərkən deyib.

Prezident Avstriyaya vurduğu qoldan sonra göstərdiyi “Bozqurd” işarəsinə görə Türkiyə yığmasının futbolçusu M.Demirala verilən cəzanı qəbulolunmaz hesab edib:

“Digər ölkələrin simvolları necə qəbul olunursa, Türkiyədə də bu belədir, O simvol türkçülüyü bildirir. Haqsız, ədalətsiz qərardır. Cud Bellinqem Slovakiya ilə oyunun 96-cı dəqiqəsində vurduğu qoldan sonra ədəbsiz jest etmişdi. Digər futbolçulara ədəbsizliklərinə görə daha az cəza verirlər. Ona görə də M.Demirala göstərdiyi işarəyə görə verilən cəza ədalətsizdir. Mətbuatdan izləyirəm, ciddi etirazlar var. Bu, futbolçularda qıcıq yarada bilər. Ümid edirəm ki, qıcıq yaxşı mənada effekt verəcək. Bəzən görürsən ki, çox istəmək heç də bəzi komandalarda effektli olmur. Səbrli olmaqla istənilən nəticəni qazana bilərsən”.

Keçmiş hücumçu Türkiyə millisinin müdafiəsində problemlər olduğunu qabardıb: “Açığı, Türkiyə ilə Niderland matçını səbirsizliklə gözləyirəm. Çətin olacaq, hazırda Niderlanda yaxşı formadadır. Türkiyə yığmasının müdafiəsində isə ciddi problemlər var. Üstəgəl Merih Demiralın aldığı cəza böyük itki olacaq. Türkiyə əzmkar oyununu göstərə bilsə, inanıram ki, yaxşı nəticə qazanacaq. Niderlandın hücumları daha effektlidir. Yaxşı hücumçuları var. Türkiyə isə boşluq verir. Bu hər oyunda belədir. Ümid edirəm ki, daha az səhvə yol verərlər”.

N.Nəbiyev İsveçrə ilə oyunda İngiltərəyə daha çox şans tanıyıb: “Son oyunlarda, xüsusən sə Slovakiya ilə matçda İngiltərə yığmasında əzmkarlıq gördüm. İngiltərə komandasına daha çox şans verirəm”.

Qeyd edək ki, İngiltərə - İsveçrə qarşılşaması Bakı vaxtilə saat 20:00-da, Niderland - Türkiyə görüşü isə 23:00-da başlayacaq.

Futbol
FIFA prezidenti mundial müddətində Ukraynada atəşkəsə çağırış edib

FIFA prezidenti mundial müddətində Ukraynada atəşkəsə çağırış edib

Futbol
"Barselona" ispaniyalı müdafiəçi ilə anlaşıb

"Barselona" ispaniyalı müdafiəçi ilə anlaşıb

Futbol
Pele ilə vida mərasiminə qatılmayan futbolçular tənqidlərə məruz qalıblar

Pele ilə vida mərasiminə qatılmayan futbolçular tənqidlərə məruz qalıblar

Futbol
Əfsanəvi qapıçı 6 illik fasilədən sonra Kiyev "Dinamo"suna qayıdıb

Əfsanəvi qapıçı 6 illik fasilədən sonra Kiyev "Dinamo"suna qayıdıb

Futbol
Milli üzvü: “Emin və Ramilin niyə Azərbaycan çempionatını seçdiyini bilmirəm”

Milli üzvü: “Emin və Ramilin niyə Azərbaycan çempionatını seçdiyini bilmirəm”

Futbol
Azərbaycan millisinin futzalçısı: "Bu formanı geyinmək qürurvericidir"

Azərbaycan millisinin futzalçısı: "Bu formanı geyinmək qürurvericidir"

Futbol
"Qarabağ"ın rəqibi "Marsel"in hücumçusunu transfer edir

"Qarabağ"ın rəqibi "Marsel"in hücumçusunu transfer edir

Futbol
Premyer Liqa: "Qəbələ" "Sabah"ı qəbul edəcək

Premyer Liqa: "Qəbələ" "Sabah"ı qəbul edəcək

Futbol
Ronaldo yeni klubu ilə anlaşır

Ronaldo yeni klubu ilə anlaşır

Futbol
Bundesliqa: “Borussiya” Dortmund səfərdə Mönhenqladbax “Borussiya”sına uduzub

Bundesliqa: “Borussiya” Dortmund səfərdə Mönhenqladbax “Borussiya”sına uduzub

Futbol
Hakim Ziyeş Mərakeş millisində xüsusi şərtlərlə oynayır

Hakim Ziyeş Mərakeş millisində xüsusi şərtlərlə oynayır

Futbol
“Qarabağ” Fransa klubunu darmadağın edib - FOTOLENT

“Qarabağ” Fransa klubunu darmadağın edib - FOTOLENT