Azərbaycan millisinin baş məşqçisi: Ümid edirəm ki, Millətlər Liqasında yazdığımız tarixi təkrarlayacağıq

Azərbaycan millisinin baş məşqçisi: Ümid edirəm ki, Millətlər Liqasında yazdığımız tarixi təkrarlayacağıq

Ümid edirəm ki, Millətlər Liqasında yazdığımız tarixi təkrarlayacağıq.

Bunu “Report”a açıqlamasında Azərbaycanın qadın futbolçulardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının seçmə mərhələsində keçirəcəkləri Macarıstan və İsveçrə ilə matçalara hazırlıq prosesi barədə danışarkən deyib.

Mütəxəssis iyulun 1-dən etibarən komandanın hazırlıqlara başladığını söyləyib:

“Rusiyada və Qazaxıstanda oynayan futbolçularımız liqalar davam etdiyinə görə iyulun 7-də təlim-məşq toplanışına qoşulacaqlar. Kollektivdə əhval-ruhiyyə yaxşıdır”.

Baş məşqçi futbolçuların praktikalarının azlığından narahat olduğunu deyib:

“Milli üzvlərinin əksəriyyəti Türkiyədə oynayır. İyunun 5-də orada daxili çempionatlar başa çatıb. Bu ayın əvvəlində klubların yığışacağını düşünürdük. Amma orada da liqaların başlama vaxtı dəqiqləşməyib. Rusiya və Qazaxıstandan dəvət etdiyimiz futbolçulardan əlavə, komandanın digər üzvlərinin hamısı düşərgədədir”.

S.Əsgərov əsasən Macarıstanla matça kökləndiklərini vurğulayıb:

“Avropa çempionatının seçmə mərhələsinin son iki matçını Macarıstan və İsveçrəyə qarşı keçirəcəyik. Fikrimizi evdə Macarıstanla oynayacağımız görüşə yönəltmişik. Məqsədimiz evdəki xal qazanmaqdı. Qələbə bizim üçün möhtəşəm nəticə olar. Hesablamamıza görə, belə olan halda qrupu ikinci pillədə bitirmək və B Liqasında qalmaq şansımız var. 1 xal qazansaq, pley-offda iştirak etsək də, C Liqasına düşəcəyik. Hazırda 4 xalımız var. Ümid edirəm ki, Millətlər Liqasında yazdığımız tarixi təkrarlayacağıq. Bunun üçün mübarizə aparacağıq. Macarıstanla matça maksimum şəkildə köklənmişik. Komanda oyunun ağırlığını başa düşür”.

O, heyətdə itkilər olduğuna diqqət çəkib:

“Təəssüf ki, iki oyunçumuz sarı vərəqə limitini doldurduğu üçün Macarıstanla görüşdə bizə kömək edə bilməyəcək. Aysun Seydiyevanın gözlənilməz əməliyyatı da planlarımızı pozdu. Ümid edirəm ki, milliyə dəvət olunan digər futbolçular boşluqları dolduracaqlar və istədiyimiz nəticəni qazanacağıq”.

Qeyd edək ki, Azərbaycan millisi iyulun 12-də “Liv Bona Dea Arena”da Macarıstan, 16-da isə Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.

Futbol
"Səbail" klubu yeni hücumçu transfer edib

"Səbail" klubu yeni hücumçu transfer edib

Futbol
Poqba əməliyyat olunub

Poqba əməliyyat olunub

Futbol
Rumıniya klubunun sahibi: “Regekampfın planı “Styaua”ya qayıtmaqdır”

Rumıniya klubunun sahibi: “Regekampfın planı “Styaua”ya qayıtmaqdır”

Futbol
Qara Qarayev: "Neftçi" bizimlə oyunlara xüsusi motivasiya ilə çıxır"

Qara Qarayev: "Neftçi" bizimlə oyunlara xüsusi motivasiya ilə çıxır"

Futbol
İngiltərə klubu ağır məğlubiyyətdən sonra baş məşqçini qovub

İngiltərə klubu ağır məğlubiyyətdən sonra baş məşqçini qovub

Futbol
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb

Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb

Futbol
AFFA və “Qarabağ”ın rəsmiləri klubun “Traktor” ilə yoldaşlıq oyunu keçirmək ehtimalını şərh ediblər

AFFA və “Qarabağ”ın rəsmiləri klubun “Traktor” ilə yoldaşlıq oyunu keçirmək ehtimalını şərh ediblər

Futbol
UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq

UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq

Futbol
Felipe Santos: “Qarabağ”la oyunlarda gücümüzü göstərdik” - MÜSAHİBƏ

Felipe Santos: “Qarabağ”la oyunlarda gücümüzü göstərdik” - MÜSAHİBƏ

Futbol
Lionel Messi Maradonanın rekordunu yeniləyib

Lionel Messi Maradonanın rekordunu yeniləyib

Futbol
"Qarabağ" - "Frayburq" oyununun biletləri satışa çıxarılıb

"Qarabağ" - "Frayburq" oyununun biletləri satışa çıxarılıb

Futbol
"Qarabağ"dan ayrılan hücumçunun Fransa klubunda debüt tarixi açıqlanıb

"Qarabağ"dan ayrılan hücumçunun Fransa klubunda debüt tarixi açıqlanıb