AFFA Məşqçilər Komitəsinin sədri: "İstərdim ki, Avropa çempionatında Gürcüstan nağılının sonluğu yaxşı bitsin"

AFFA Məşqçilər Komitəsinin sədri: "İstərdim ki, Avropa çempionatında Gürcüstan nağılının sonluğu yaxşı bitsin"

İstərdim ki, Avropa çempionatında Gürcüstan nağılının sonluğu yaxşı bitsin.

Bunu "QELEBE.AZ"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

Təcrübəli mütəxəssis Almaniyada keçirilən Avropa çempionatının başa çatan qrup mərhələsinin oyunları ilə bağı danışıb: "Vaxt olduqca bütün görüşləri izləməyə çalışıram, baxa bilmədiyim matçların nəticələrini öyrənirəm. Maraqlı turnir izləyirik. Bizi təəccübləndirən hesablar oldu. Qonşu ölkə Gürcüstan yığmasının çıxışını xüsusi qeyd etmək istərdim. Futbolçularda olan komanda ruhu onları irəli aparır. Bu səbəbdən çəkinmədən hər bir rəqibə qarşı mübarizə apara bilirlər. Məşqçi və futbolçular bir məqsəd uğrunda mübarizə aparırlar və bu səbəbdən onların işləri uğurlu alınır. Gürcüstan millisi tək nəticə ilə yox, sərgilədiyi oyunla da xoş təsir bağışlayır. Gürcüstanın belə bir uğura imza atması bizi sevindirir. Adətən nağılların sonluğu həmişə maraqlı bitir. İstərdim ki, Gürcüstan nağılının sonluğu da yaxşı bitsin. Pley-offdakı rəqibləri üç oyundan sonra qapısında qol görməyən İspaniya olacaq. Nəticədən asılı olmayaraq, Gürcüstan futbol tarixində yeni səhifə açıb".

Azərbaycan yığmasının sabiq baş məşqçisi qardaş ölkə Türkiyə millisinin 1/8 finala vəsiqə qazanmasına da münasibət bildirib: "Dünən Çexiya üzərində qələbə qazandılar. Pley-offda rəqibləri daha güclü olacaq. Avstriya yığması hər zaman rəqiblərinə başağrı olub. Lakin "ay-ulduzlular"da olan vətənpərvərlik ruhu onlara bu görüşdə uğur qazandıra bilər. Türkiyə millisi AVRO-2008-dən bu yana qrup mərhələsindən çıxa bilməyib. Hər birimiz inanırıq ki, qardaş ölkənin yığması bizi sevindirəcək. Şansları bərabər sayıram. Bu oyunda ələ düşən hər fürsəti qola çevirməlidirlər".

V.Sadıqov AVRO-2024-ün gərgin mübarizə şəraitində keçdiyini və favorit komandaların çoxluq təşkil etdiyini söyləyib: "Aşkar favorit yığmanın adını çəkmək çətindir. İspaniya, İtaliya, Almaniya, Fransa, İngiltərə və Niderland kimi böyük futbol ölkələrinin komandalarının ifasında maraqlı görüşlər izləyirik. Portuqaliya yığmasını da xüsusi qeyd etmək istəyirəm. 2016-cı ildə olduğu kimi yenidən çempion ola bilərlər. Baxmayaraq ki, dünən Gürcüstan millisinə məğlub oldular. Bundan başqa, İngiltərə yığması söz-söhbətlərə son qoya bilər. Hər Avropa çempionatı öncəsi onların qarşısına çempion olmaq məqsədi qoyulsa da, alınmır. Bəlkə AVRO-2024 onlar üçün düşərli olar".

Qeyd edək ki, 1/8 final mərhələsinin qarşılaşmaları 29 iyun - 2 iyul aralığında baş tutacaq. AVRO-2024 iyulun 14-də başa çatacaq.

Futbol
Laurentsiu Regekampf: "Qəbələ"nin futbolçuları aqressiv və kobud oynayırdılar"

Laurentsiu Regekampf: "Qəbələ"nin futbolçuları aqressiv və kobud oynayırdılar"

Futbol
Argentinadakı oyunda 10 futbolçu meydandan qovulub, "Boka Xuniors" məğlub elan edilib

Argentinadakı oyunda 10 futbolçu meydandan qovulub, "Boka Xuniors" məğlub elan edilib

Futbol
"Neftçi" hücumçusu ilə yollarını ayırıb

"Neftçi" hücumçusu ilə yollarını ayırıb

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

Futbol
Serbiya və Monteneqro millisinin sabiq futbolçusu 115 kq kokainlə saxlanılıb

Serbiya və Monteneqro millisinin sabiq futbolçusu 115 kq kokainlə saxlanılıb

Futbol
UEFA "Neftçi"yə ödəniş edib

UEFA "Neftçi"yə ödəniş edib

Futbol
"Neftçi"də zədəli futbolçuların son durumu açıqlanıb

"Neftçi"də zədəli futbolçuların son durumu açıqlanıb

Futbol
Premyer Liqa: "Qarabağ" "Qəbələ"ni, "Şamaxı" "Zirə"ni qəbul edəcək

Premyer Liqa: "Qarabağ" "Qəbələ"ni, "Şamaxı" "Zirə"ni qəbul edəcək

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" "Sabah"ı, "Səbail" "Şamaxı"nı qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Neftçi" "Sabah"ı, "Səbail" "Şamaxı"nı qəbul edəcək

Futbol
Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulur

Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulur

Futbol
DÇ-2022: Argentina və Fransanın uğurlu start, Avstraliya və Tunisin sürpriz arzusu - TƏHLİL

DÇ-2022: Argentina və Fransanın uğurlu start, Avstraliya və Tunisin sürpriz arzusu - TƏHLİL

Futbol
“Marca” “Qızıl top”u kimin qazanacağını açıqlayıb

“Marca” “Qızıl top”u kimin qazanacağını açıqlayıb