Türkiyə - Portuqaliya oyununda meydana azarkeş girib
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun Türkiyə - Portuqaliya matçında meydana azarkeş girib.
"Report"un məlumatına görə, hadisə 82-ci dəqiqədə baş verib.
Azyaşlı fanat ulduz hücumçu Kriştianu Ronalduya tərəf qaçıb və onunla şəkil çəkdirib. Azarkeşin stadiondan çıxarılmasından sonra qarşılaşma davam etdirilib.
Qeyd edək ki, Portuqaliya komandası hazırda 3:0 hesabı ilə öndədir.

https://mail.qelebe.az//uploads/photo/turkiye-portuqaliya-oyununda-meydana-azarkesh-girib.webp












