AVRO-2024: Portuqaliya - Çexiya matçında hesab açılıb - YENİLƏNİB 4
Almaniyada təşkil olunan Avropa çempionatının final mərhələsinin I turu çərçivəsində keçirilən Portuqaliya - Çexiya görüşündə hesab bərabərləşib.
"Report" xəbər verir ki, çexiyalı futbolçu Robin Hranak 69-cu dəqiqədə avtoqol müəllifi olub.
Çexiya millisinin heyətində 62-ci dəqiqədə Lukaş Provod fərqlənib.
Qeyd edək ki, F qrupunun digər matçında Türkiyə millisi Gürcüstan komandasını 3:1 hesabı ilə məğlubiyyətə uğradıb
Almaniyada təşkil olunan Avropa çempionatının final mərhələsinin I turu çərçivəsində keçirilən Portuqaliya - Çexiya görüşündə ikinci hissə başlayıb.
"Report" xəbər verir ki, hazırda davam edən görüşdə hesab açılmayıb.
Qeyd edək ki, F qrupunun digər matçında Türkiyə millisi Gürcüstan komandasını 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Almaniyada təşkil olunan Avropa çempionatının final mərhələsinin I turu çərçivəsində keçirilən Portuqaliya - Çexiya görüşündə ilk hissə başa çatıb.
"Report" xəbər verir ki, komandalar fasiləyə 0:0 hesablı bərabərliklə yollanıblar.
Qeyd edək ki, F qrupunun digər matçında Türkiyə millisi Gürcüstan komandasını 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda daha bir matça start verilib.
"Report"un məlumatına görə, I turun Portuqaliya - Çexiya qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayıb.
Görüşü italiyalı hakim Marko Quida idarə edir.
F qrupunun digər matçında Türkiyə millisi Gürcüstan komandasını 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

https://mail.qelebe.az//uploads/photo/avro-2024-portuqaliya-chexiya-matchinda-hesab-achilib-yenilenib-4.webp











