“Neftçi”nin futbolçusu: “Doğmalarımın necə xoşbəxt olduqlarını təsəvvür edirəm”

“Neftçi”nin futbolçusu: “Doğmalarımın necə xoşbəxt olduqlarını təsəvvür edirəm”

“Qeyri-adi hisslər keçirirəm. Artıq ölkəmi beynəlxalq arenada təmsil etmək şansımın olduğu üçün doğmalarımın da necə xoşbəxt olduqlarını təsəvvür edirəm”.

Bunu “Neftçi”nin futbolçusu Azər Əliyev Azərbaycan pasportu alması ilə bağlı klubun saytına açıqlamasında deyib.

Bakını çox bəyəndiyini, klubda hər şeyin onu qane etdiyini bildirən futbolçu milli komanda ilə bağlı fikirlərini də bölüşüb: “Bakını çox bəyənirəm. Rahat şəraitdə oynamağa və məşq etməyə imkan verən çox yaxşı havası var. Gözəl şəhərdir. Burada olmayan bütün dostlarıma deyirəm ki, onlar belə gözəllik görməyiblər. Klubda da hər şey yaxşıdır, məni qane edir. Düzdür, bəzən çətinliklər olub, amma ümid edirəm ki, hər şey arxada qalıb, qarşıda bizi yalnız yaxşı şeylər gözləyir. Tezliklə milli komandada debüt edəcəyimə və qarşıya qoyulan vəzifələrin həllində milliyə kömək edə biləcəyimə ümid edirəm”.

Oyunçu zünü daha çox hansı mövqedə yaxşı hiss etməsi ilə bağlı danışarkən qeyd edib ki, universal futbolçu kimi hər mövqeyi özünəməxsus şəkildə bəyənir: “Standart ifadələrlə deyə bilərəm ki, istənilən mövqedə faydalı olmağa hazıram, amma yenə də müdafiənin sol cinahında oynamağı daha çox xoşlayıram. Bununla belə, 23 yaşıma qədər gah sağ cinah yarımmüdafiəçisi mövqeyində, gah da hücumçunun arxasında çıxış etmişəm”.

Komandanın hazırkı vəziyyəti haqqında danışan Azər Əliyev qarşıdakı “Sabah”la matça da toxunub: “Sabah” yaxşı məşqçisi olan iddialı komandadır. Lakin təbii ki, biz hər bir matçda olduğu kimi, bu dəfə də meydana yalnız qələbə qazanmaq üçün çıxacağıq”.

Futbol
Mahir Emrelinin "Dinamo"ya qayıdacağı tarix bəlli olub

Mahir Emrelinin "Dinamo"ya qayıdacağı tarix bəlli olub

Futbol
Azərbaycan çempionatında qırmızı vərəqələrin sayında antirekord qeydə alınıb

Azərbaycan çempionatında qırmızı vərəqələrin sayında antirekord qeydə alınıb

Futbol
Zinəddin Zidan: "Yenidən baş məşqçiliyə qayıtmağa yaxınam"

Zinəddin Zidan: "Yenidən baş məşqçiliyə qayıtmağa yaxınam"

Futbol
Premyer Liqa: "Qəbələ" "Kəpəz"i, "Sumqayıt" "Zirə"ni qəbul edəcək

Premyer Liqa: "Qəbələ" "Kəpəz"i, "Sumqayıt" "Zirə"ni qəbul edəcək

Futbol
"Kəpəz" əvəzedici komandaya göndərilən 3 futbolçu ilə müqaviləni pozur

"Kəpəz" əvəzedici komandaya göndərilən 3 futbolçu ilə müqaviləni pozur

Futbol
Bəhlul Mustafazadə: "Qələbələrin davamlı olmasını istəyirik"

Bəhlul Mustafazadə: "Qələbələrin davamlı olmasını istəyirik"

Futbol
Moldovalı hücumçu: "Azərbaycanla oyunda yaxşı nəticə üçün hər şeyi edəcəyik"

Moldovalı hücumçu: "Azərbaycanla oyunda yaxşı nəticə üçün hər şeyi edəcəyik"

Futbol
“Qarabağ”ın rəqibi rumıniyalı futbolçunu transfer edir

“Qarabağ”ın rəqibi rumıniyalı futbolçunu transfer edir

Futbol
Ronaldunun karyerasını başa vuracağı tarix bəlli olub

Ronaldunun karyerasını başa vuracağı tarix bəlli olub

Futbol
Ötən ilin ən yaxşı hakimi müəyyənləşib

Ötən ilin ən yaxşı hakimi müəyyənləşib

Futbol
Paris və daha beş şəhər DÇ-2022-ni boykot edib

Paris və daha beş şəhər DÇ-2022-ni boykot edib

Futbol
"Qarabağ" Almaniyada "Frayburq"a məğlub olub

"Qarabağ" Almaniyada "Frayburq"a məğlub olub