Azərbaycanın U-19 millisinin baş məşqçisi: İkinci yer bizim üçün yaxşı nəticədir

Azərbaycanın U-19 millisinin baş məşqçisi: İkinci yer bizim üçün yaxşı nəticədir

Komandanın oyunlarından razı qaldım. İkinci yer bizim üçün yaxşı nəticədir.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycanın 19 yaşadək (U-19) oğlanlardan ibarət millisinin baş məşqçisi Elxan Abdullayev Moldovada təşkil edilən yoldaşlıq turniri ilə bağlı fikirlərini bölüşərkən deyib.

O, turnirdə məqsədlərinin yaxşı oyun sərgiləmək olduğunu söyləyib: “Turnirdə ikinci olduq. Türkiyə millisi bizdən 1 yaş böyük uşaqlarla çıxış edirdi. Yəni U-20 idi, heyətdə 2005 təvəllüdlü futbolçular oynayırdı. Bundan əlavə, Türkiyə elit-raundu keçən komandadır. Qarşıda onları Fransa, İspaniya və Danimarka ilə qrup oyunları gözləyir. Ona görə də yarışın favoriti sayılırdılar. Yəni bizimlə eyni səviyyədə olan rəqib deyil. Məqsədimiz sırf Türkiyə millisini udmaq deyil, yaxşı futbol göstərmək idi. Nəticə də çox önəmlidir. Bir ildən çoxdur beynəlxalq oyunlarda çıxış etmirdik. Noyabrdakı yarışa hazırlaşırıq. Moldova millisi də rəqibimiz olacaq. Mənfi və ya müsbət tərəflər var idi. Bu yaşda olan komandada çatışmazlıqlar çox olur. Çox işləmək, irəli baxmaq lazımdır. Futbolçular üçün böyük təcrübədir. Fikrimcə, çox yaxşı turnir idi. Belə turnirlər nə qədər çox olsa, millimiz və futbolçularımız üçün bir o qədər müsbət hal sayılır”.

Baş məşqçi noyabra qədər daha 3 toplanış nəzərdə tutulduğunu vurğulayıb: “Avqust, sentyabr və oktyabr aylarında təlim-məşq toplanışı olacaq. Hələ ki, rəqiblərimiz bəlli deyil, kimlərlə, hansı turnirdə oynayacağımıza qərar verməmişik”.

Qeyd edək ki, U-19 turnirdəki ilk iki matçında Qazaxıstan yığmasına 2:0 hesabı ilə qalib gəlib, Türkiyə millisinə məğlub olub - 0:5. Komanda sonuncu görüşdə Moldova ilə heç-heçə oynayıb - 1:1.

Futbol
Dünyanın ən yaxşı hakimi bəlli olub

Dünyanın ən yaxşı hakimi bəlli olub

Futbol
Qara Qarayev: "Olimpiakos" öz qapısı qarşısında ikiqat divar hörmüşdü"

Qara Qarayev: "Olimpiakos" öz qapısı qarşısında ikiqat divar hörmüşdü"

Futbol
"Olimpiakos"un hücumçusu "Qarabağ"la oyunu buraxa bilər

"Olimpiakos"un hücumçusu "Qarabağ"la oyunu buraxa bilər

Futbol
Azərbaycan millisi seçmə mərhələni heç-heçə ilə başa vurub

Azərbaycan millisi seçmə mərhələni heç-heçə ilə başa vurub

Futbol
Millətlər Liqası: Azərbaycan Qazaxıstana qalib gələrək qrup ikincisi olub

Millətlər Liqası: Azərbaycan Qazaxıstana qalib gələrək qrup ikincisi olub

Futbol
“Turan Tovuz”un yoxlama oyunundakı rəqibi dəyişib

“Turan Tovuz”un yoxlama oyunundakı rəqibi dəyişib

Futbol
DÇ-2022: Seneqal millisi Qətərlə oyunda 2-ci qolu vurub

DÇ-2022: Seneqal millisi Qətərlə oyunda 2-ci qolu vurub

Futbol
DÇ-2026-nın formatı dəyişdirilə bilər

DÇ-2026-nın formatı dəyişdirilə bilər

Futbol
Ukrayna Rusiyanın FIFA və UEFA-dan kənarlaşdırılmasını tələb edir

Ukrayna Rusiyanın FIFA və UEFA-dan kənarlaşdırılmasını tələb edir

Futbol
DÇ-2022: Mərakeş - Portuqaliya matçında 2-ci hissə başlayıb

DÇ-2022: Mərakeş - Portuqaliya matçında 2-ci hissə başlayıb

Futbol
“Turan Tovuz” Moldova millisinin futbolçusunu transfer edib

“Turan Tovuz” Moldova millisinin futbolçusunu transfer edib

Futbol
"Olimpiakos"un qapıçısı: "Qarabağ"a qalib gələ bilərdik"

"Olimpiakos"un qapıçısı: "Qarabağ"a qalib gələ bilərdik"