AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib, aşağı liqalarla bağlı qərarlar verilib

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib, aşağı liqalarla bağlı qərarlar verilib

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

"QELEBE.AZ" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantıda 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasında, I-ci Liqa yarışlarında və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2023) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“İmişli” PFK, “Şamaxı” FK İB

2. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

“İrəvan” FK, “Qaradağ Lökbatan” FK, MOİK PFK, “Zaqatala” PFK

3. I-ci Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“Araz Saatlı” FK, “Baku Sportinq” FK, “Difai” FK, “Cəbrayıl” FK, “Füzuli” FK, “Karvan” Yevlax FK, “Kür-Araz” FK, “Qaradağ Lökbatan” FK, “Mingəçevir FK” İB, MOİK PFK, “Şahdağ Qusar” FK “Zaqatala” PFK

4. I-ci Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

“Ağdaş” İK, “Dinamo” (Bakı) FK İB, “Göygöl” FK, “İrəvan” FK, Lerik FK, “Sheki City”, “Şəfa” FK, “Şəmkir” PFK

5. Yüksək Qızlar Liqasında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“Baku Juniors” İK, “Balxurma Bakalən” FK

Qeyd: “Balxurma Bakalən” FK növbəti mövsümdən etibarən Dirçəliş FK adı ilə çıxış edəcək.

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Qeyd: Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2023) 14-cü maddəsinə müvafiq olaraq, 2024/2025-ci illər mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün I Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.

Futbol
“Neftçi”nin sabiq futbolçusu: “Qarabağ”ın uğurlu çıxışı mənə xoş gəlmir”

“Neftçi”nin sabiq futbolçusu: “Qarabağ”ın uğurlu çıxışı mənə xoş gəlmir”

Futbol
Azərbaycanın iki futzalçısı şəhəri tərk edə bilmədiyi üçün heyətdən çıxarılıb

Azərbaycanın iki futzalçısı şəhəri tərk edə bilmədiyi üçün heyətdən çıxarılıb

Futbol
Qəzada ağır xəsarət alan hakim-inspektor: “Düşünürdüm ki, avtomobil partlayacaq”

Qəzada ağır xəsarət alan hakim-inspektor: “Düşünürdüm ki, avtomobil partlayacaq”

Futbol
Təqdimat mərasiminə gətirilən aslan yunanıstanlı futbolçunu qorxudub

Təqdimat mərasiminə gətirilən aslan yunanıstanlı futbolçunu qorxudub

Futbol
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Qəbələ"nin şikayətini təmin edib

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Qəbələ"nin şikayətini təmin edib

Futbol
"Qəbələ"nin prezidenti: "Çətin rəqiblə düşmüşük"

"Qəbələ"nin prezidenti: "Çətin rəqiblə düşmüşük"

Futbol
"Qarabağ" dünya reytinqində 8 pillə irəliləyib

"Qarabağ" dünya reytinqində 8 pillə irəliləyib

Futbol
Frank Riberi karyerasını bitirir

Frank Riberi karyerasını bitirir

Futbol
Canni de Byazi: “Pozitiv yoldayıq, komanda inkişaf edir”

Canni de Byazi: “Pozitiv yoldayıq, komanda inkişaf edir”

Futbol
“Turan Tovuz”a qalib gələn komanda bütün futbolçularını satır

“Turan Tovuz”a qalib gələn komanda bütün futbolçularını satır

Futbol
Uruqvay Cənubi Koreya ilə qolsuz bərabərə qalıb

Uruqvay Cənubi Koreya ilə qolsuz bərabərə qalıb

Futbol
"Barselona"nın futbolçusu ərəb klubuna keçir

"Barselona"nın futbolçusu ərəb klubuna keçir