"Qarabağ"ın rəqibi aşağı liqa klubuna uduzaraq Almaniya Kuboku ilə vidalaşıb
UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Frayburq" Almaniya Kubokunda mübarizəni dayandırıb.
"Report"un məlumatına görə, Kristian Ştrayxın baş məşqçi olduğu komanda 1/16 finalda "Sankt-Pauli" ilə qarşılaşıb.
Görüş II Bundesliqa təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 43-cü dəqiqədə Lukas Daşner vurub.
Qeyd edək ki, “Qarabağ” G qrupundakı ilk oyununu Almaniyada “Frayburq”a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında VI tur matçı noyabrın 3-də Bakıda olacaq.

https://mail.qelebe.az//uploads/photo/qarabagin-reqibi-ashagi-liqa-klubuna-uduzaraq-almaniya-kuboku-ile-vidalashib.webp











