Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib

Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib

Gəncə İdman Sarayında şəhər icra hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılıqları ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri baş tutub.

"QELEBE.AZ"un Qərb bürosunun məlumatına görə, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki vitse-konsulu Şota Dolidze, Özbəkistanın Gəncədəki fəxri konsulu Kənan Cəlilov, Quru Qoşunları komandanının müavini general-mayor Vasif Kazımov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, idarə, müəssisə, təşkilat rəhbərləri, idmançılar və gənclər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb, xatirəsinə dərin ehtiram ifadə olunub.

Sonra turnirin açılış mərasimi baş tutub. Mərasim Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

N.Bayramov çıxışında bildirib ki, ölkəmizdə idman siyasətinin əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə idmanın inkişafına xüsusi diqqət yetirib. Əsası Ümummilli Lider tərəfindən qoyulan idman siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxış edən natiqlər Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin bütün sahələrinə olduğu kimi, idman sahəsinə göstərdikləri misilisiz xidmətlərindən bəhs ediblər.

Çıxışlardan sonra açılış mərasiminin bədii hissəsi baş tutub. Baletmeyster Sənan Cavadovun rəhbərliyi ilə “Xəmsə” uşaq rəqs ansamblının “Qələbə” rəqsi, Zeynəb Abdullayevanın “Ağlımdan çıxmırsan” və Söhrab İbrahimovun bədii rəhbərlik etdiyi Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçalanlar ansamblının ifası tamaşçılar tərəfindən coşqu ilə qarşılanıb.

Bədii hissə yekunlaşdıqdan sonra yarışa start verilib.

Yarışda yeniyetmə oğlanlardan ibarət 4 komanda mübarizə aparıb. Federasiya tərəfindən regionlarda təsis edilən Gəncə, Tovuz, Hacıqabul və Oğuz kollektivləri qüvvəsini sınayıb. Birinci görüşdə Gəncə və Hacıqabul komandaları üz-üzə gəliblər. Turnirin final oyununda Oğuz və Hacıqabul komandaları qarşılaşıblar. Görüşdə Oğuz komandası qələbə qazanaraq yarışı ilk pillədə tamamlayıb.

Yekunda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı rəsmilərlə birgə komandalara diplom, medal, qalib kollektivə isə kubok təqdim edib.

Sonda xatirə şəkli çəkdirilib.

Komanda
Yüksək Liqa: Yeni ilin ilk oyununda "Azərreyl" qələbə qazanıb

Yüksək Liqa: Yeni ilin ilk oyununda "Azərreyl" qələbə qazanıb

Komanda
Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat alıb

Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat alıb

Komanda
Azərbaycanın həndbol yığması bu gün Böyük Britaniya ilə qarşılaşacaq

Azərbaycanın həndbol yığması bu gün Böyük Britaniya ilə qarşılaşacaq

Komanda
“Real Madrid”in prezidenti qəzetdən 1 avro təzminat alıb

“Real Madrid”in prezidenti qəzetdən 1 avro təzminat alıb

Komanda
Voleybol üzrə Avropa çempionatına ev sahibliyi hüququ Ukraynadan alınıb

Voleybol üzrə Avropa çempionatına ev sahibliyi hüququ Ukraynadan alınıb

Komanda
Dünya çempionatı: İtaliyanın yarımfinaldakı rəqibi müəyyənləşib

Dünya çempionatı: İtaliyanın yarımfinaldakı rəqibi müəyyənləşib

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda cavab oyununa çıxacaq

Azərbaycan təmsilçisi Çağırış Kubokunda cavab oyununa çıxacaq

Komanda
Voleybol üzrə dünya çempionatında bütün yarımfinalçılar bəlli olub

Voleybol üzrə dünya çempionatında bütün yarımfinalçılar bəlli olub

Komanda
Atıcılıq üzrə dünya çempionatına ev sahibliyi Rusiyadan Azərbaycana keçib

Atıcılıq üzrə dünya çempionatına ev sahibliyi Rusiyadan Azərbaycana keçib

Komanda
Atıcılıq üzrə “Zəfər Kuboku” başlayıb

Atıcılıq üzrə “Zəfər Kuboku” başlayıb

Komanda
Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Komanda
Beynəlxalq Paralimpiya Komitəsi Rusiya və Belarusun üzvlüyünü dayandırıb

Beynəlxalq Paralimpiya Komitəsi Rusiya və Belarusun üzvlüyünü dayandırıb