Azərbaycan millisinin məşqçisi: Hakimlər səhv qərarlarla məşqçilərin taleyi ilə oynamamalıdırlar

Azərbaycan millisinin məşqçisi: Hakimlər səhv qərarlarla məşqçilərin taleyi ilə oynamamalıdırlar

Hakimlər səhv qərarlarla məşqçilərin taleyi ilə oynamamalıdırlar.

Bunu “Report”a Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib.

Premyer Liqada hakim idarəçiliyi ilə bağlı danışan təcrübəli mütəxəssis ədalət təmsilçilərini diqqətli olmağa çağırıb: “Referilərin bir qərarı görüşlərin nəticəsi ilə yanaşı, məşqçilərin də gələcəyinə təsir edir. Buna nümunə olaraq 28-ci turun "Sumqayıt" - "Araz Naxçıvan" görüşündə qonaqların qapısına təyin olunan şübhəli penalti qərarını göstərə bilərəm. Həmin penalti qolla nəticələndi və komanda uduzdu. Növbəti həftə naxçıvanlılar "Neftçi"yə qalib gələ bilmədilər və baş məşqçi Azər Bağırov istefa verdi”.

A.Əsədov bu gün XXXI tur çərçivəsində baş tutacaq “Turan Tovuz” – “Sumqayıt” matçında hakim idarəçiliyinin şəffaf olacağına inandığını söyləyib. O, həmçinin görüşün əhəmiyyəti barədə danışıb: “Qonaqlar meydan sahiblərini 2 xal qabaqlayırlar. Qərb təmsilçisi qələbə qazanarsa, turnir cədvəlində ciddi dəyişikliklər olacaq. Ayxan Abbasovun komandası bir qədər daha şanslı görünür. Çünki doğma meydanda oynayırlar və tovuzlu azarkeşlərin dəstəyini hiss edəcəklər. "Turan Tovuz" son oyunlarda yaxşı nəticələr göstərir”.

Futbol
"Neftçi"nin müdafiəçisi "Səbail"ə keçib

"Neftçi"nin müdafiəçisi "Səbail"ə keçib

Futbol
"Qarabağ" və "Neftçi"nin maraqlandığı futbolçu "Zenit"də qalıb

"Qarabağ" və "Neftçi"nin maraqlandığı futbolçu "Zenit"də qalıb

Futbol
"Kəpəz"in müvəqqəti baş məşqçisi açıqlanıb

"Kəpəz"in müvəqqəti baş məşqçisi açıqlanıb

Futbol
"Mançester Yunayted" Ronaldu ilə müqaviləyə xitam verib

"Mançester Yunayted" Ronaldu ilə müqaviləyə xitam verib

Futbol
“Mançester Yunayted” Ronaldonu 720 min avro cərimələyəcək

“Mançester Yunayted” Ronaldonu 720 min avro cərimələyəcək

Futbol
“Yuventus”la bağlı yenidən cinayət işi açılıb

“Yuventus”la bağlı yenidən cinayət işi açılıb

Futbol
Qurban Qurbanov: "Bu gün fikir bildirmək asan deyil"

Qurban Qurbanov: "Bu gün fikir bildirmək asan deyil"

Futbol
"Sabah"ın futbolçusu: "Neftçi" ilə oyunda istənilən nəticə qeydə alına bilər"

"Sabah"ın futbolçusu: "Neftçi" ilə oyunda istənilən nəticə qeydə alına bilər"

Futbol
Polşa millisinin baş məşqçisi istefaya göndərilib

Polşa millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
AFFA rəsmisi və "Qarabağ"ın nümayəndəsi UEFA-nın tədbirinə qatılıb

AFFA rəsmisi və "Qarabağ"ın nümayəndəsi UEFA-nın tədbirinə qatılıb

Futbol
Pelenin ölümü səbəbindən Braziliyada üç günlük matəm elan olunub

Pelenin ölümü səbəbindən Braziliyada üç günlük matəm elan olunub

Futbol
"Mançester Yunayted" Ronaldunun yerinə niderlandlı hücumçunu transfer edir

"Mançester Yunayted" Ronaldunun yerinə niderlandlı hücumçunu transfer edir