Azərbaycan Şahmat Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib

Azərbaycan Şahmat Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib

Azərbaycan Şahmat Federasiyası (AŞF) İcraiyyə Komitəsinin 2024-cü ildə ilk iclası keçirilib.

Bu barədə “QELEBE.AZ”a federasiyadan məlumat verilib.

İclasda çıxış edən qurumun prezidenti Mahir Məmmədov dövlət tərəfindən şahmata daim diqqət və qayğının göstərildiyini xatırladıb. Məhz bunun nəticəsində bu günlərdə Kanadada keçirilən İddiaçılar Turnirində dünyanın güclü 8 şahmatçısı sırasında Azərbaycan təmsilçisinin də yer aldığı vurğulanıb. Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovdan sonra Nicat Abasovun İddiaçılar Turnirində iştirak edən üçüncü azərbaycanlı şahmatçı olduğu bildirilib.

Yeniyetmə şahmatçı Xaqan Əhmədin FIDE-nin Şahmat Akademiyasında hazırlığı, eləcə də dünyanın tanınmış mütəxəssisləri Vladimir Çuçelov və Boris Qelfandın azərbaycanlı şahmatçılarla təlimləri barədə İcraiyyə Komitəsinin üzvlərinə məlumat verilib.

İclasda peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə şahmatı tədris edən məşqçilərin sertifikatlaşdırması barədə qərar qəbul edilib. Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək kişi və qadınlardan ibarət Azərbaycan komandalarının heyəti müzakirə olunub. Federasiyanın loqosunun müasir dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə rebrendinqə ehtiyac yaranması barədə fikir mübadiləsi aparılıb.

Fərdi
İƏT ölkələri Azərbaycana təşəkkür edib

İƏT ölkələri Azərbaycana təşəkkür edib

Fərdi
Rusiyanın 5 qat olimpiya çempionu ölkəni tərk edib

Rusiyanın 5 qat olimpiya çempionu ölkəni tərk edib

Fərdi
Azərbaycan millisinin cüdoçusu dünya çempionatından əvvəl zədələnib

Azərbaycan millisinin cüdoçusu dünya çempionatından əvvəl zədələnib

Fərdi
AKAF prezidenti: "Müraciətləri nəzərə alaraq, bu layihəni keçirməyə qərar verdik"

AKAF prezidenti: "Müraciətləri nəzərə alaraq, bu layihəni keçirməyə qərar verdik"

Fərdi
Azərbaycanda eyni vaxtda 30 idman kompleksində üzgüçülük yarışı keçiriləcək

Azərbaycanda eyni vaxtda 30 idman kompleksində üzgüçülük yarışı keçiriləcək

Fərdi
AGF-in baş katibinə “Tərəqqi” medalı təqdim edilib

AGF-in baş katibinə “Tərəqqi” medalı təqdim edilib

Fərdi
Gövhər Beydullayeva: “Bir tur əvvəldən çempion olacağımı hiss etmişdim”

Gövhər Beydullayeva: “Bir tur əvvəldən çempion olacağımı hiss etmişdim”

Fərdi
Fərid Qayıbov: "Addımlarımız səmərəli və qətiyyətli olmalıdır"

Fərid Qayıbov: "Addımlarımız səmərəli və qətiyyətli olmalıdır"

Fərdi
Azərbaycanın ən güclü yeniyetmə boksçuları müəyyənləşib

Azərbaycanın ən güclü yeniyetmə boksçuları müəyyənləşib

Fərdi
Tarixin ən yaxşı şahmatçıları bəlli olub

Tarixin ən yaxşı şahmatçıları bəlli olub

Fərdi
Şəhid olanlar arasında Azərbaycan boksçusu da var - FOTO

Şəhid olanlar arasında Azərbaycan boksçusu da var - FOTO

Fərdi
Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçiləri 5-ci medalı qazanıb

Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçiləri 5-ci medalı qazanıb