Azərbaycanın bədii gimnastika üzrə millisi Fransadakı yarışda finala yüksəlib
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın Tiye şəhərində keçirilən 35-ci beynəlxalq Qran-pridə finala yüksəliblər.
"Report"un məlumatına görə, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət milli həlledici raunda vəsiqə qazanıb.
Onlar 5 halqa, eləcə də 3 lent və 2 topla hərəkətlərin icrasında fərqləniblər.

https://mail.qelebe.az//uploads/photo/azerbaycanin-bedii-gimnastika-uzre-millisi-fransadaki-yarishda-finala-yukselib.webp











