“Şahdağ”da beynəlxalq xizək alpinizmi yarışı keçirilir

“Şahdağ”da beynəlxalq xizək alpinizmi yarışı keçirilir

Beynəlxalq Xizək Alpinizm Federasiyasının (International Ski Mountaineering Federation-ISMF), Qış idman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə xizəkçilər arasında yarış keçirilir.

"QELEBE.AZ"un Şimal bürosunun məlumatına görə, idman tədbirində “Şahdağ” Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov, Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Beynəlxalq Xizək Alpinizm Federasiyasının Baş hakimi Oriol Montero, Gənclər və İdman nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov iştirak edirlər.

Tədbirdə 11 ölkəni təmsil edən 60 yaxın idmançı xizək yarışının “sprint yürüşü” üzrə birincilik uğrunda mübarizə aparırlar.

Turnirin keçirilməsinin əsas məqsədi ölkədə qış idman növlərini təşviq etmək, insanlar arasında xizək idman növlərinə marağı artırmaq, həmçinin mərkəzin beynəlxalq yarışların təşkili istiqamətində təcrübəsini genişləndirməkdir.

Onu da qeyd edək ki, iki gün davam edəcək turnirin sonunda qaliblər “Şahdağ” Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyası tərəfindən medallar və diplomlarla təltif olunacaqlar, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim ediləcək.

Qeyd edək ki, "Şahdağ" Beynəlxalq Xizək Alpinizmi yarışı martın 10-da vertikal növ üzrə davam edəcək.

Fərdi
Yaponiyanın Azərbaycandakı səfiri və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

Yaponiyanın Azərbaycandakı səfiri və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

Fərdi
Azərbaycan idmançılarının oktyabr üçün reytinq cədvəli bəlli olub

Azərbaycan idmançılarının oktyabr üçün reytinq cədvəli bəlli olub

Fərdi
İran millisinin üzvü idman rəsmilərinin qarşısında çarşabını çıxarıb

İran millisinin üzvü idman rəsmilərinin qarşısında çarşabını çıxarıb

Fərdi
“Shuttle Time Azerbaijan 2022” layihəsi Naxçıvan və Qaxda həyata keçirilib

“Shuttle Time Azerbaijan 2022” layihəsi Naxçıvan və Qaxda həyata keçirilib

Fərdi
Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisi bu gün mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisi bu gün mübarizəyə başlayır

Fərdi
Azərbaycanın yaxt komandası ilk dəfə beynəlxalq yarışda iştirak edəcək

Azərbaycanın yaxt komandası ilk dəfə beynəlxalq yarışda iştirak edəcək

Fərdi
Şəfəq Hüseynli Portuqaliyanın AŞ Antidopinq Konvensiyasına uyğunluğu monitorinqində iştirak edib

Şəfəq Hüseynli Portuqaliyanın AŞ Antidopinq Konvensiyasına uyğunluğu monitorinqində iştirak edib

Fərdi
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək

Fərdi
AMADA Türkiyə Dopinqlə Mübarizə Komissiyası ilə əməkdaşlığı genişləndirir

AMADA Türkiyə Dopinqlə Mübarizə Komissiyası ilə əməkdaşlığı genişləndirir

Fərdi
Erməni boksçu Azərbaycan təmsilçisi ilə döyüşə çıxmayıb

Erməni boksçu Azərbaycan təmsilçisi ilə döyüşə çıxmayıb

Fərdi
Boks üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsi başa çatıb

Boks üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsi başa çatıb

Fərdi
Azərbaycan güləş millisinin baş məşqçisi: "Dünyada nadir komandalardanıq"

Azərbaycan güləş millisinin baş məşqçisi: "Dünyada nadir komandalardanıq"