"Şahdağ Qusar"ın kapitanı: Hədəfimiz II Liqada çempion olub I Liqaya yüksəlməkdir

"Şahdağ Qusar"ın kapitanı: Hədəfimiz II Liqada çempion olub I Liqaya yüksəlməkdir

Hədəfimiz II Liqada çempion olub I Liqaya yüksəlməkdir.

Bunu "Report"a açıqlamasında "Şahdağ Qusar"ı klubunun kapitanı Rahid Əmirquliyev II Liqada XV tur çərçivəsində lider "Baku Sportinq"ə qarşı matç (1:1) barədə deyib.

34 yaşlı yarımmüdafiəçi qış fasiləsindən sonra keçirilən ilk görüşü dəyərləndirib: "Çempionatın liderinə qarşı oynayırdıq. Qələbə qazanıb xal fərqini azaltmaq istəyirdik. Oyuna pis başlamamışdıq. İlk hissəni 1:0 hesabı ilə öndə başa vurduq. Ancaq ikinci hissədə qol buraxdıq və görüş heç-heçə nəticələndi. Əslində, pis nəticə deyil. Hər şey bununla bitmir. Qarşıda daha yaxşı nəticələr qazanacağıq".

Azərbaycan millisinin sabiq futbolçusu komandanın hədəflərindən danışıb: "Məqsədimiz çempionluqdur. II Liqanın lideri ilə xal fərqi bir qədər çoxdur. Düşünürəm ki, bunu aradan qaldıracağıq. Bunun üçün gücümüz var. Sona qədər vuruşacağıq. Çempion olmaq istəyirik".

R.Əmirquliyev "Şahdar Qusar"ın hazırkı durumu barədə fikirlərini bölüşüb: "Mənim nəsə deməyim düzgün olmaz. Bu barədə rəhbərlik daha dəqiq danışa bilər. Yaxşı komandamız var. Fasilədən sonra heyətə yeni oyunçular qoşulub. Onlar komandaya uyğunlaşmalıdırlar. Çempion olmaq üçün komandamızda hər şey var. Bunu meydanda göstərmək lazımdır".

Qeyd edək ki, 15 turdan sonra hesabında 31 xal olan "Şahdağ Qusar" hazırda 4-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 38 xalla "Baku Sportinq" başçılıq edir.

Futbol
"Bavariya" baş məşqçisi ilə bağlı qərarını açıqlayıb

"Bavariya" baş məşqçisi ilə bağlı qərarını açıqlayıb

Futbol
“Neftçi” 17 ilin rekordunu təkrarlayıb

“Neftçi” 17 ilin rekordunu təkrarlayıb

Futbol
DÇ-2022: Mundial iştirakçılarının Azərbaycan Premyer Liqasındakı təmsilçiləri

DÇ-2022: Mundial iştirakçılarının Azərbaycan Premyer Liqasındakı təmsilçiləri

Futbol
Avropa Liqası: "Qarabağ"ın hücumçusu 1-ci olub, müdafiəçisi "5-lik"də yer alıb

Avropa Liqası: "Qarabağ"ın hücumçusu 1-ci olub, müdafiəçisi "5-lik"də yer alıb

Futbol
“Fənərbaxça”nın stadionunun adı dəyişdirilir

“Fənərbaxça”nın stadionunun adı dəyişdirilir

Futbol
Mahir Emreli “Dinamo Zaqreb”in heyətində dubl edib

Mahir Emreli “Dinamo Zaqreb”in heyətində dubl edib

Futbol
Maksim Medvedev: “Hakimin bir az bizə qarşı antipatiyası var idi”

Maksim Medvedev: “Hakimin bir az bizə qarşı antipatiyası var idi”

Futbol
“Qəbələ” “Səbail”lə oyunda əzmkar qələbə qazanıb

“Qəbələ” “Səbail”lə oyunda əzmkar qələbə qazanıb

Futbol
“Qarabağ” daha bir futbolçusunu satmağa yaxındır

“Qarabağ” daha bir futbolçusunu satmağa yaxındır

Futbol
İspaniya məhkəməsi Ronaldo barəsində həbs qərarı çıxarıb

İspaniya məhkəməsi Ronaldo barəsində həbs qərarı çıxarıb

Futbol
“Qarabağ” "Monako"nun sabiq futbolçusu ilə müqavilə imzalayıb

“Qarabağ” "Monako"nun sabiq futbolçusu ilə müqavilə imzalayıb

Futbol
“Çelsi” 70 milyon avroya futbolçu transfer edib

“Çelsi” 70 milyon avroya futbolçu transfer edib