“Qarabağ”ın futbolçusu: İki qolluq üstünlüyü qoruya bilməmək kədərləndirici haldır

“Qarabağ”ın futbolçusu: İki qolluq üstünlüyü qoruya bilməmək kədərləndirici haldır

Bizi ən çox təəssüfləndirən qələbəni əldən verməyimizdir. İki qolluq üstünlüyü qoruya bilməmək kədərləndirici haldır.

Bu sözləri "Report"a açıqlamasında UEFA Avropa Liqasının 1/8 finalında keçirilən “Qarabağ” – “Bayer 04” matçından sonra Ağdam təmsilçisinin futbolçusu Patrik Andrade deyib.

Yarımmüdafiəçi matçı belə şərh edib: "Oyun bizim üçün olduqca yaxşı keçdi. Vurduğumuz qollar keçdiyimiz ağır məşqlərin, əzmkarlığın nəticəsidir. Yekunda onlar hesabı bərabərləşdirsə də, komandanı qarşıda bir matç gözləyir. Hazırda isə diqqətimizi “Zirə” ilə çempionat görüşünə yönəldəcəyik. Addım-addım daha yaxşısını etməyə çalışırıq. Futbolda hər şey baş verir. İki dəfə fərqlənsək də, sonradan qapımızda eyni sayda qollar gördük. Səhvlərimiz üzərində ciddi şəkildə işləyəcəyik".

31 yaşlı kabo-verdeli futbolçu "Bayer 04"ə qarşı matçda üstünlüklərini qoruya bilmədikləri üçün məyus olduğunu bildirib: "Əlbəttə ki, 2:2 hesabı ilk matç üçün bizi qane edə bilməz. Qələbə qazana bilərdik, amma bacarmadıq. Bu hesab bizi müəyyən qədər məyus etdi. Bunu sizə necə izah edəcəyimi bilmirəm. Qəribə hisslər yaşayıram. Belə qollar buraxmamaq üçün qarşıdakı matçlarda daha yaxşısını etməyə çalışacağıq. Bu, “Bayer 04”ün builki rekord seriyasına son qoymaqdan daha pisdir".

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə (2:2) edib. Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

Futbol
"Qarabağ"ın aparıcı futbolçusu "Frayburq"la oyunu buraxacaq

"Qarabağ"ın aparıcı futbolçusu "Frayburq"la oyunu buraxacaq

Futbol
Zinəddin Zidanın oğlu İspaniyanın aşağı liqa klubuna keçib

Zinəddin Zidanın oğlu İspaniyanın aşağı liqa klubuna keçib

Futbol
"Neftçi"nin futbolçusu: "Qarabağ" layiqli qələbə qazandı"

"Neftçi"nin futbolçusu: "Qarabağ" layiqli qələbə qazandı"

Futbol
Bakı kəndləri arasında futbol turnirində 3-cü tura yekun vurulub

Bakı kəndləri arasında futbol turnirində 3-cü tura yekun vurulub

Futbol
“Real Madrid” mövsümün ilk El-Klasikosunda “Barselona”ya qalib gəlib

“Real Madrid” mövsümün ilk El-Klasikosunda “Barselona”ya qalib gəlib

Futbol
Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Futbol
Azərbaycan millisinin futzalçısı: "Xal itirməyə haqqımız yoxdur"

Azərbaycan millisinin futzalçısı: "Xal itirməyə haqqımız yoxdur"

Futbol
"Neftçi"nin futbolçusu Azərbaycan pasportu alıb

"Neftçi"nin futbolçusu Azərbaycan pasportu alıb

Futbol
"Barselona"nın kapitanı karyerasını ABŞ-da davam etdirəcək

"Barselona"nın kapitanı karyerasını ABŞ-da davam etdirəcək

Futbol
La Liqa: “Xetafe” “Elçe”yə qalib gəlib

La Liqa: “Xetafe” “Elçe”yə qalib gəlib

Futbol
Mahmud Qurbanov: "Bütün komanda yaxşı oynadı"

Mahmud Qurbanov: "Bütün komanda yaxşı oynadı"

Futbol
Azərbaycan Premyer Liqası: Qərb derbisində qalib müəyyənləşməyib

Azərbaycan Premyer Liqası: Qərb derbisində qalib müəyyənləşməyib