Qurban Qurbanov: İlk oyunun hesabı bizi aldatmamalıdır

Qurban Qurbanov: İlk oyunun hesabı bizi aldatmamalıdır

İlk oyunun hesabı bizi aldatmamalıdır.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın “Braqa” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis ilk görüşdə səfərdə 4:2 hesablı qələbə qazanmalarına baxmayaraq, ehtiyatı əldən verməyəcəklərini bildirib: “Çox vacib, dəyərli oyundur. Bu matç ətrafında çox danışmaq istəmirəm. Fikrimizi tam rəqibə yönəltmişik. Cavab qarşılaşmasında daha intizamlı oynamalıyıq. İnanıram ki, futbolçularımız soyuqqanlı olacaq və düzgün oynayacaqlar. Matçı yaxşı notda başa vurmaq istəyirik. Şans varsa, bundan istifadə etməyə çalışacağıq".

Baş məşqçi "Braqa"nın böyük klub olduğunu vurğulayıb: "Braqa" böyük klubdur. Azarkeşlərinin qələbə tələb etməsi gözləniləndir. Başqa cür ola bilməz. Çünki onların mərhələ keçmək şansı daha çox idi. "Braqa"nın gücünü bilirik. Onların keyfiyyətinə, bacarığına bələd idik. Qələbə qazanmağımız o demək deyil ki, biz onlardan üstünük. Futbolçulara hələ orada demişdim ki, Bakıdakı qarşılaşmada daha yaxşı oynamalıyıq ki, bu rəqibi üstələyək. "Braqa"nın rəqibə xoş olmayan oyun üslubu, böyük təcrübəsi var. İllərlə bu cür gərgin oyunlar keçiriblər, buna öyrəşiblər".

Qurban Qurbanov bu cür uğurların Azərbaycan futboluna böyük kömək olacağına inanır: "Azərbaycan futbolunda belə durum yaranıb ki, Avropada istənilən uğur bizim üçün vacibdir. Stabil olmaq üçün belə uğurlara ehtiyacımız var. Pley-offda belə qalibiyyətlər futbolçuların, azarkeşlərin inamı üçün önəmlidir. Belə də futbol camiəsi böyüyür, birləşir. Futbol da bunsuz mümkün deyil. Mənim üçün daha vacib olan futbolu bu cür sevmək, inanmaqdır. Bunu ən böyük uğur adlandırmaq olar. Amma belə yanaşsaq, yerimizdə qala bilərik. Hər il bir addım irəli gedəndə həvəsli, inamlı oluruq. Təkcə azarkeşlər yox, dövlət orqanları da bu cür matçlara maraq göstərirlər. Bura həmişə böyük komandaların gəlməsini istəmişəm. Bu, bizə inamı artırar. İlk oyunda qalib gəlsək də, hələ mərhələ keçməmişik. Səfərdə qalib gələrək işimizin öhdəsindən gəlmişik. Ancaq bunu davam etdirmək istəyirik".

Qeyd edək ki, fevralın 22-də keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq.

Futbol
İspaniya Kosta-Rikanı darmadağın edib

İspaniya Kosta-Rikanı darmadağın edib

Futbol
Çempionlar Liqası: "Leyptsiq"dən qələbə, Mahir Emrelinin komandası uduzub

Çempionlar Liqası: "Leyptsiq"dən qələbə, Mahir Emrelinin komandası uduzub

Futbol
Qurban Qurbanov Veşoviçin mümkün transferinə münasibət bildirib

Qurban Qurbanov Veşoviçin mümkün transferinə münasibət bildirib

Futbol
Messi gələn yay "Barselona"ya qayıdacaq

Messi gələn yay "Barselona"ya qayıdacaq

Futbol
İstanbul nəhəngi 6 legioneri ilə vidalaşır

İstanbul nəhəngi 6 legioneri ilə vidalaşır

Futbol
“Neft Daşları”nda “Neftçi” Futbol Klubu ilə neftçilər arasında yoldaşlıq görüşü keçirilib

“Neft Daşları”nda “Neftçi” Futbol Klubu ilə neftçilər arasında yoldaşlıq görüşü keçirilib

Futbol
"Olimpiakos" "Qarabağ"la oyundan öncə yeni qapıçı transfer edib

"Olimpiakos" "Qarabağ"la oyundan öncə yeni qapıçı transfer edib

Futbol
"Olimpiakos" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Olimpiakos" futbolçusu ilə müqavilənin müddətini uzadıb

Futbol
ABŞ-Uels oyunu başlayıb

ABŞ-Uels oyunu başlayıb

Futbol
"Barselona" ispaniyalı müdafiəçi ilə anlaşıb

"Barselona" ispaniyalı müdafiəçi ilə anlaşıb

Futbol
"Qarabağ"ın yeni transferi: "Yenidən futboldan zövq almaq istəyirəm"

"Qarabağ"ın yeni transferi: "Yenidən futboldan zövq almaq istəyirəm"

Futbol
"Olimpiakos" ulduz futbolçunun transferini açıqlayıb

"Olimpiakos" ulduz futbolçunun transferini açıqlayıb