“Gəncə” klubu heyətinə yeni voleybolçu cəlb edib

“Gəncə” klubu heyətinə yeni voleybolçu cəlb edib

“Gəncə” voleybol klubu şəhər voleybol məktəbinin yetirməsi Fidan Dəmirova ilə müqavilə bağlayıb.

“Report” xəbər verir ki, voleybolçu məşqçilər korpusunun seleksiya işi zamanı diqqəti cəlb edib.

Məşqlərdə fəallığı ilə seçilən idmançı ilə mövsümün sonuna qədər sözləşmə imzalanıb. Klub prezidenti Elvar Osmanov bu keçidi yüksək qiymətləndirib, istedadlı yerli voleybolçuların axtarışında olduqlarını bildirib.

Klub rəhbəri gəncəli oyunçu ilə müqavilə imzalamağın sevindirici hal olduğunu söyləyib: “İnanıram ki, Fidan oyunu ilə həm azarkeşlərin, həm də gələcəkdə millilərin məşqçilər korpusunun diqqətini cəlb etməyi bacaracaq. Baş məşqçimiz Sergey Çasnavitski Şəki və Tovuzda da seleksiya məşqlərini izləyib. Hazırda məşqçi ilə bu görüşlərlə bağlı müzakirələr aparırıq. Əsas məqsədimiz yerli yeniyetmə voleybolçuların inkişafına kömək etmək və yığmalar üçün perspektivli idmançılar hazırlamaqdır”.

Qeyd edək ki, “Gəncə” Yüksək Liqada 13 turdan sonra 15 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında yeni mövsümünün püşkü atılıb

Həndbol üzrə Azərbaycan çempionatında yeni mövsümünün püşkü atılıb

Komanda
NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

Komanda
Basketbol üzrə XXVIII Azərbaycan çempionatına start verilib

Basketbol üzrə XXVIII Azərbaycan çempionatına start verilib

Komanda
Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Komanda
“Murov”un Çağırış Kubokundakı növbəti rəqibinin adına aydınlıq gəlib

“Murov”un Çağırış Kubokundakı növbəti rəqibinin adına aydınlıq gəlib

Komanda
Azərbaycanın millisinin  basketbolçusu İspaniya klubunda baxışdadır

Azərbaycanın millisinin basketbolçusu İspaniya klubunda baxışdadır

Komanda
Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Komanda
Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Komanda
Dünya çempionatı: İtaliyanın yarımfinaldakı rəqibi müəyyənləşib

Dünya çempionatı: İtaliyanın yarımfinaldakı rəqibi müəyyənləşib

Komanda
Azərbaycan Basketbol Liqası: "AAAF Xırdalan BK" çətin qələbə qazanıb

Azərbaycan Basketbol Liqası: "AAAF Xırdalan BK" çətin qələbə qazanıb

Komanda
CEV “Xarı bülbül Şuşa” klubu haqqında yazı dərc edib

CEV “Xarı bülbül Şuşa” klubu haqqında yazı dərc edib

Komanda
Voleybol üzrə dünya çempionatında bütün yarımfinalçılar bəlli olub

Voleybol üzrə dünya çempionatında bütün yarımfinalçılar bəlli olub