“Zirə”nin qapıçısı: “Avropadakı “Qarabağ” Azərbaycan çempionatındakından fərqlidir”

“Zirə”nin qapıçısı: “Avropadakı “Qarabağ” Azərbaycan çempionatındakından fərqlidir”

Avropadakı “Qarabağ” Azərbaycan çempionatındakından fərqlidir.

“Report” xəbər verir ki, bunu “Zirə”nin portuqaliyalı futbolçusu Tiaqo Silva ölkəsinin “zerozero.pt” saytına müsahibəsində deyib.

23 yaşlı qapıçı Portuqaliya klubu “Braqa”nın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Qarabağ” barədə məlumat verib. O, Azərbaycan çempionunun avrokuboklarda daha balanslı oyun sərgilədiyini düşünür: “Qarabağ” burada daha çox dominant, meydanın rəqibə aid hissəsində oynamağı sevir. Avropada isə əksinədir. Sürətli keçidləri olur. Çünki çox sürətli hücumçuları var. Boş mövqe tapsalar, bundan effektli şəkildə yararlanacaqlar”.

O, “Braqa”nı cütün favoriti adlandırıb: “Ancaq onlar oyuna ciddi yanaşmalıdırlar. Asan olacağını düşünürlərsə, yanlışlığa yol verirlər. “Qarabağ”ın evdə uğurlu nəticə qazanmaq şansı çoxdur. Çünki “Braqa” Bakıya yorğun gələcək. Üstəlik, uzun yol qət edəcəklər. Azərbaycan komandası yanvardan bəri çox motivasiyalıdır. İlin əvvəlində onlarla yoxlama görüşü keçirdik, hələ o vaxtdan “Braqa” haqqında danışırdılar. Püşkatmadan bəri, yəni aylardır “Braqa” ilə oyunlara hazırlaşırlar”.

Tiaqo Silvanı ən çox narahat edən məqam hava şəraitidir: “Son bir neçə gündə hava yaxşılaşıb, lakin hər an küləkli ola bilər. Bu da xeyli çətinliklər yaradır. Soyuqlara dözmək olur, amma küləklə mübarizə aparmaq çətindir. Elə oyunlarımız olub ki, topa zərbə vururuq, geri qayıdır. Belə hal yaşanarsa, matç cəlbedici olmayacaq. Həmin vaxta qədər havanın daha yaxşı olacağına ümid edirəm”.

Qolkiperin fikrincə, Ağdam təmsilçisi yüksək templə ayaqlaşa bilmir: “Düşünürəm ki, “Qarabağ” “Bayer 04” ilə oyundakı kimi qapalı futbol sərgiləyəcək. Belədə “Braqa” topla sürətli davranmalı olacaq. “Qarabağ”ın futbolçuları yüksək intensivliyə öyrəşməyiblər. Top bir qapıçıdan digərinə sürətlə keçərsə, çətinlik çəkəcəklər. Portuqaliyada daha sürətli oyunlar keçirilir. Burada belə deyil. “Qarabağ”ın bizə, “Sabah”a və “Neftçi”yə qarşı gərgin oyunları olur. Amma digər komandalar çox qapalıdır və daha ləng çıxış edirlər. “Braqa” çempionatın ən yaxşı hücumçularından birinə sahibdir. “Qarabağ”ın müdafiəçiləri isə təkbətək mübarizə aparan rəqiblərə öyrəşməyiblər”.

Silva “Qarabağ”ın ölkədaxili yarışlarda uğurunun əsas səbəbini sabitlikdə görür: “Qarabağ” Azərbaycanın ən yaxşı komandasıdır, ona hörmətlə yanaşmaq lazımdır. Biz isə sistemi bir az dəyişdik və indi onlarla mübarizə aparırıq. “Qarabağ”ın bizdən üstün olduğunu düşünmürəm. Sadəcə, imkanları genişdir, daha sabitdirlər. Titul uğrunda mübarizə aparmaq üçün iki eyni səviyyəli heyətə malikdirlər. Bizdə nisbətən kasad heyət var”.

Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında cavab matçı fevralın 22-də Bakıda reallaşacaq.

Futbol
"Qarabağ"ın rəqibi böyük hesablı qələbə qazanıb

"Qarabağ"ın rəqibi böyük hesablı qələbə qazanıb

Futbol
Robert Levandovskiyə üç, karyerasını bitirən Pikeyə dörd oyunluq cəza verilib

Robert Levandovskiyə üç, karyerasını bitirən Pikeyə dörd oyunluq cəza verilib

Futbol
Murad Musayev: “Sabah”ın uğurlarının burada nə qədər çalışmağımla əlaqəsi yoxdur, klub təkcə məndən ibarət deyil”

Murad Musayev: “Sabah”ın uğurlarının burada nə qədər çalışmağımla əlaqəsi yoxdur, klub təkcə məndən ibarət deyil”

Futbol
"Sabah"ın keçmiş hücumçusu: “Azərbaycanda keçirdiyim 3 ildən zövq aldım”

"Sabah"ın keçmiş hücumçusu: “Azərbaycanda keçirdiyim 3 ildən zövq aldım”

Futbol
Ukrayna Futbol Assosiasiyasının prezidenti həbs olunub

Ukrayna Futbol Assosiasiyasının prezidenti həbs olunub

Futbol
Avropa Liqası: "Qarabağ"ın müdafiəçisi ilk "5-lik"də yer alıb

Avropa Liqası: "Qarabağ"ın müdafiəçisi ilk "5-lik"də yer alıb

Futbol
“Real” klubu Fransa Futbol Federasiyasından üzrxahlıq tələb edib

“Real” klubu Fransa Futbol Federasiyasından üzrxahlıq tələb edib

Futbol
“Şamaxı” Qazaxıstan təmsilçisi ilə heç-heçə edib

“Şamaxı” Qazaxıstan təmsilçisi ilə heç-heçə edib

Futbol
Azərbaycan millisi Şimali Makedoniya ilə oyunda 2-ci qolu vurub

Azərbaycan millisi Şimali Makedoniya ilə oyunda 2-ci qolu vurub

Futbol
Arno Paypers: "Bakıda Azərbaycan millisinə qarşı oynamaq çətin deyil"

Arno Paypers: "Bakıda Azərbaycan millisinə qarşı oynamaq çətin deyil"

Futbol
Qırğızıstan və Moldova yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb

Qırğızıstan və Moldova yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb

Futbol
Ralf Ranqnik: "Azərbaycan millisinə yuxarıdan aşağı baxmaq olmaz"

Ralf Ranqnik: "Azərbaycan millisinə yuxarıdan aşağı baxmaq olmaz"