Azərbaycan millisinin baş məşqçisi: “Futbolumuz legioner limitinin dəyişdirilməsinə hazır deyil” – MÜSAHİBƏ

Azərbaycan millisinin baş məşqçisi: “Futbolumuz legioner limitinin dəyişdirilməsinə hazır deyil” – MÜSAHİBƏ

AFFA Klublar Komitəsinin son iclasında Azərbaycan Premyer Liqasında əcnəbi futbolçulara tətbiq olunan limitin “8+3” qaydasına əsasən müəyyənləşdirilməsi məsələsi müzakirə edilib.

Bəzi klubların bu təklifə müsbət reaksiya göstərməsi futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

Əksər mütəxəssislər hesab edirlər ki, hazırkı “7+4” formatının dəyişdirilməsi yerli oyunçuların inkişafına mane ola bilər. Bu cür düşünənlər arasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev də var.

44 yaşlı çalışdırıcı “QELEBE.AZ”a müsahibəsində limitin artırılmasının ölkə futboluna ziyan vuracağını bildirib.

- Klublar Komitəsinin son iclasında legioner limitinin dəyişdirilərək “8+3” edilməsi təklif olunub. Bu ideyanı necə qarşıladınız?
- Dərindən təhlil olunmalı mövzudur. Söhbət Azərbaycan futbolunun gələcəyindən gedir. Şəxsən mən legioner limitinin artırılmasının tərəfdarı deyiləm. Futbolumuz buna hələ hazır deyil. Ümumiyyətlə, Azərbaycan futbolu televiziya arxasında əyləşib, 10 komandalı çempionata baxmaqdan ibarət deyil. I və II Liqa, həmçinin əvəzedicilərin çempionatı var. Gələcəyi fikirləşiriksə, onları da nəzərə almalıyıq. Liqa sayı yeni artırılıb, komandaların maddi-texniki bazaları istənilən səviyyədə deyil. 3-5 il ərzində səviyyə artar, klubların şəraiti düzələr, ondan sonra bu barədə düşünmək olar. Premyer Liqada klub sayı 14, 16 olarsa, o zaman limiti müzakirə etməyə dəyər.

- 21 yaşadək oyunçularla bağlı limit 2023-cü ildə ləğv olundu. U-21-in baş məşqçisi kimi, yəqin ki, bu, ən çox sizə mənfi təsir göstərdi...
- Açığı, mən yığmaya təyin olunanda bu məsələ gündəmdə deyildi. 21 yaşadək oyunçularla bağlı limit ləğv olunandan sonra əl-qolumuz bağlandı. Balaca uşaq da bilir ki, legioner limitinin artırılması milli komandalara təsir edir. Hazırda Premyer Liqa oyunlarına baxa bilmirik. İşimiz ancaq əvəzedicilərin çempionatına və I Liqa matçlarına baxmaqdan ibarətdir.

- Razısınız ki, legioner limiti artırılsa, I Liqa və Əvəzedicilər Liqası da bundan zərər görəcək?
- Əlbəttə. “8+3” formatını ortaya atanların I Liqadan və Əvəzedicilər Liqasından xəbərləri yoxdur. Bu təklifi edənlər dərindən fikirləşsinlər ki, 3 ildən sonra Azərbaycan futbolu hansı durumda ola bilər. Söhbət yerli kadrların yetişdirilməsindən gedir. Limiti artırsaq, yerli futbolçular harada oynayacaqlar? Bəziləri bununla rəqabət olacağını düşünürlər. Futbolçu oynamadıqda özünü göstərə bilmir. Belədə rəqabətə necə tab gətirə bilər?

- Hazırda Premyer Liqada limit “7+4” formatındadır. Klublardakı əcnəbi oyunçuların səviyyəsi ürəyinizcədir?
- Legionerləri yığıb gətirməklə deyil. Klublardakı əcnəbilərin hazırkı durumlarını görürük. Düzdür, səviyyəli legionerlər var. Ancaq legioner xatirinə gələnlər də çoxdur. Bu iddianı ortaya atanlar Azərbaycan futboluna nə qazandıracaqlarını düşünsünlər.

- Bəs siz nəyin tərəfdarısınız?
- Hazırkı limitin qalmasını istəyən klubları dəstəkləyirəm. Hələ ki, “7+4”ü saxlamaq lazımdır. Məndən olsa, hətta “6+5” edərdim ki, yerli uşaqlar daha çox oynasınlar.

- Bu il əsas yığmalar arasında UEFA Millətlər Liqasına start veriləcək. Millimizi bu yarışa hazır saymaq olar?
- Sizin də dediyiniz kimi, qarşıdan UEFA Millətlər Liqası, onun da ardından DÇ-2026-nın seçmə mərhələsi gəlir. Millinin bəzi oyunçularının yaşı artıq 30-u keçib. 2-3 ildən sonra əvəzlənməli olacaqlar. Bəs onların yerinə kimlər oynayacaqlar? Yığmaların nəticələrindən hər dəfə məyusluq keçiririk. Limit söhbətini ortaya atanda bunları da düşünmək lazımdır.

Futbol
Ronaldunun karyerasını başa vuracağı tarix bəlli olub

Ronaldunun karyerasını başa vuracağı tarix bəlli olub

Futbol
Çingiz Abdullayev "Neftçi"nin Müşahidə Şurasından gedib

Çingiz Abdullayev "Neftçi"nin Müşahidə Şurasından gedib

Futbol
"Olimpiakos" əzmkar qələbə ilə 2-ci pilləyə yüksəlib

"Olimpiakos" əzmkar qələbə ilə 2-ci pilləyə yüksəlib

Futbol
"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazanıb

"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazanıb

Futbol
De Byazi: “3 təklifi rədd edib Azərbaycanda qaldım”

De Byazi: “3 təklifi rədd edib Azərbaycanda qaldım”

Futbol
Avropa Liqası: "Qarabağ" bu gün pley-offa vəsiqəni təmin edə bilər

Avropa Liqası: "Qarabağ" bu gün pley-offa vəsiqəni təmin edə bilər

Futbol
Azərbaycan millisinin futbolçusu zədələnib

Azərbaycan millisinin futbolçusu zədələnib

Futbol
"Marakana" stadionunun yaxınlığındakı küçəyə Pelenin adı verilib

"Marakana" stadionunun yaxınlığındakı küçəyə Pelenin adı verilib

Futbol
"Qarabağ"ın rəqibi xal itirib

"Qarabağ"ın rəqibi xal itirib

Futbol
Mahir Emreli “Dinamo”nun əsas oyunçusu olacaq

Mahir Emreli “Dinamo”nun əsas oyunçusu olacaq

Futbol
AFFA İcraiyyə Komitəsinin Canni De Byazi ilə bağlı qərar verəcəyi vaxt bəlli olub

AFFA İcraiyyə Komitəsinin Canni De Byazi ilə bağlı qərar verəcəyi vaxt bəlli olub

Futbol
Belçikadan minimal hesablı qələbə -

Belçikadan minimal hesablı qələbə -