“Qəbələ”nin yeni idman direktoru: “Klub işinə qayıtmaq fikrim yox idi”

“Qəbələ”nin yeni idman direktoru: “Klub işinə qayıtmaq fikrim yox idi”

“Klub işinə qayıtmaq fikrim yox idi”.

Bunu “Report”a açıqlamasında “Qəbələ”nin yeni idman direktoru Səbuhi Səfiyarlı “qırmızı-qaralar”a dönməsi ilə bağlı danışarkən deyib.

O, kluba qayıtmasını əvvəllər burada çalışması ilə əlaqələndirib: “Təxminən 3-4 gün əvvəl klub rəhbərliyindən təklif gəldi. Açığı, mənim üçün gözlənilməz oldu. Düşündüm ki, rəhbərlik gəlişimin “Qəbələ”yə kömək olacağını, çətin vəziyyətdə nəsə edəcəyimi fikirləşirsə, bundan imtina edə bilmərəm. Çünki burada çalışanların hər biri mənim üçün əzizdir. Bu üzdən qayıtmaq qərarına gəldim”.

S.Səfiyarlının fikrincə, bu mövsüm uğursuz nəticələr göstərən komandada əsas problem inamsızlıqdır: “Nəyisə dəyişmək üçün hələ tezdir. Kənardan görünənlə daxildə yaşananlar fərqlidir. Vəziyyətlə tanış olmağa vaxt lazımdır. Düzdür, vaxt da yoxdur, ardıcıl oyunlar keçirilir. Əslində komanda pis çıxış etmir. İstər “Sumqayıt”, istərsə də “Neftçi” ilə matçı zəif keçirməmişdi. Oyun planında problem görünmür. Bəlkə heyət bir az kasaddır. Həm də futbolçularda psixoloji cəhətdən sanki bir az inamsızlıq var. Sonuncu pillədə qərarlaşan kollektivdə bu hal tez-tez yaşanır. Rəhbərlik və məşqçi korpusu ilə birlikdə bu problemi aradan qaldırmaq lazım gələcək”.

İdman direktoru hakimlikdən gileylənib: “Son oyunlarda sarı, qırmızı vərəqələrin çoxluğu, qapımıza təyin olunan penaltilər psixoloji gərginliyə yol açır. Qırmızı vərəqələrin, qapımıza təyin olunan penaltilərin sayının azalmasını arzulayırıq. Biz də başqa komandalar kimi “Qəbələ”nin qapısına yüz faizlik penaltini vermədilər, futbolçusuna qırmızı vərəqə göstərmədilər” deyilməsini istəyirik. Təəssüf ki, 50/50-yə olan epizodlarda qərarlar əleyhimizə verilir”.

Qeyd edək ki, 20 turdan sonra “Qəbələ” 14 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.

Futbol
"Barselona"nın futbolçusu evində döyülərək qarət olunub

"Barselona"nın futbolçusu evində döyülərək qarət olunub

Futbol
DÇ-2022: Açılış oyununda hesab açılıb

DÇ-2022: Açılış oyununda hesab açılıb

Futbol
FİFA Mahir Emrelini futboldan uzaqlaşdırıb

FİFA Mahir Emrelini futboldan uzaqlaşdırıb

Futbol
Luiş Fiqu dünya rekordu vurub, Ginnesin rekordlar kitabına düşəcək - VİDEO

Luiş Fiqu dünya rekordu vurub, Ginnesin rekordlar kitabına düşəcək - VİDEO

Futbol
"Zirə" klubu Təmkin Xəlilzadənin müqaviləsini ləğv edib

"Zirə" klubu Təmkin Xəlilzadənin müqaviləsini ləğv edib

Futbol
"Araz-Naxçıvan" Serbiya klubuna uduzaraq qrupda qalıb

"Araz-Naxçıvan" Serbiya klubuna uduzaraq qrupda qalıb

Futbol
Azərbaycan millisi Türkiyə yığması ilə yoldaşlıq oyunları keçirəcək

Azərbaycan millisi Türkiyə yığması ilə yoldaşlıq oyunları keçirəcək

Futbol
"Şamaxı" futbolçusu ilə yollarını ayırıb

"Şamaxı" futbolçusu ilə yollarını ayırıb

Futbol
"Neftçi" gecikməyə, "Sumqayıt" suya, "Səbail" himnə görə cərimələnib

"Neftçi" gecikməyə, "Sumqayıt" suya, "Səbail" himnə görə cərimələnib

Futbol
Azərbaycan millisi tarixi nəticəyə imza atıb

Azərbaycan millisi tarixi nəticəyə imza atıb

Futbol
Türkiyə Super Liqasında azarkeş meydanda futbolçuya təpik vurub - FOTO

Türkiyə Super Liqasında azarkeş meydanda futbolçuya təpik vurub - FOTO

Futbol
Rusiya klubunun baş məşqçisi istefaya göndərilib

Rusiya klubunun baş məşqçisi istefaya göndərilib